Ana səhifə »  Sosial »  Suraxanı rayonu qışa hazırdır
A+   Yenilə  A-
Suraxanı rayonu qışa hazırdır
Rayon rəhbərliyi insanların normal yaşayışına təsir edən əngəlləri aradan qaldırmaq üçün effektiv tədbirlər seriyasını davam etdirir
Əhalinin sosial problemlərinin həlli ölkədaxili siyasətin prioritet istiqamətlərindən biri olmaqla dövlət başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu ilin oktyabr ayının 13-də Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqində əhalinin sosial problemlərinin həllinə geniş yer verməklə hökumətin diqqətini bir daha əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəltmişdi.
Əhalinin təbii qazla, elektrik enerjisi, istiliklə fasiləsiz təminatı, xüsusən, payız-qış mövsümündə, sosial problemlərin tutarlı hissəsini əhatə etdiyindən bu sahədə görülən işlər daha vacibdir. 2008-2009-cu illərin payız-qış mövsümünə hazırlığı yüksək səviyyədə təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən bir sıra tədbirlər görülüb. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 179 saylı 22.08.2008-ci il tarixli sərəncamı ilə müvafiq Qərargah yaradılıb və həyata keçiriləcək tədbirlərin planı təsdiq edilib. Yerlərdə işin səmərəli təşkili məqsədi ilə idarə və müəssisələrdə qərargahlar yaradılıb. Rayonun idarə, müəssisə və təşkilatlarının təklifləri nəzərə alınmaqla hazırlanan tədbirlər planı üzrə bir sıra işlər görülüb. Qərargah tərəfindən həyata keçirilən fəaliyyət daim nəzarətdədir.
Məsələnin vacibliyini nəzərə alaraq payız-qış mövsümünə hazırlığın gedişi, bu sahədə qarşıda duran vəzifələr rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında, işçi müşavirələrdə mütəmadi olaraq müzakirə edilib.
Cari ildə Şuranın sentyabr və noyabr aylarında keçirilən iclasında bu məsələnin müzakirəsinə geniş yer verilib, hazırlığın sürətləndirilməsi üçün müvafiq qərar qəbul edilib.
Rayon İcra hakimiyyətinin tədbirlər planına müvafiq olaraq rayon MKTB-də payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı işlənib və həyata keçirilib.
Bu günədək Bakı şəhər Mənzil Kommunal Departamentinin köməkliyi ilə Hövsan qəsəbəsi, İ.Əhlimanov, H.Quliyev, E.Qasımov, O.Şabanov, F.Bayramov, R.Abdullayev, E.Məmmədov küçələrində, 14/15-ci məhəllədə 41367 kv.m, Yeni Günəşli “AB”, “V”, “Q” yaşayış sahələrində 36430 kv.m, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi 359 və 360 saylı binaların həyətinə 4477 kv.m, Qaraçuxur qəsəbəsi 4048-ci məhəllə 1 və 2 saylı binaların həyətinə 3242 kv.m, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi 34A, 89A və 93 saylı binaların həyətinə 3811 kv.m, Zığ qəsəbəsində 3147 kv.m, eyni zamanda, Qaraçuxur qəsəbəsi, R.AIıcanov küçəsindəki parkın ərazisinə, Bülbülə qəsəbəsi, İ.Məmmədov, Zığ qəsəbəsi, H.Aslanov küçələrinə 30648 kv.m. ümumilikdə 151031 kv.m. asfalt örtüyü salınıb. Bundan əlavə, ARDNŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 1000 kv.m, rayonun daxili imkanları hesabına 84 169 kv.m (cəmi 236 200 kv.m) sahəyə asfalt örtüyü salınıb. Məhəllədaxili ərazilərdə asfalt örtüyünün təmiri ilə bağlı işlər davam etdirilir.
O cümlədən, rayon üzrə indiyədək 39 726 kv.m dam örtüyü təmir edilib. Bu sahədə xeyli işlər görülsə də, dam örtüyünün təmiri ilə bağlı İcra hakimiyyətinə çoxsaylı müraciətlər daxil olur. Ona görə mənzil fondu olan təşkilatlar bu məsələyə daha ciddi yanaşmalıdırlar. Payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına müvafiq olaraq yaşayış binalarında 1000 kv.m. ümumi istifadə olunan yerlər şüşələnib, 550 ədəd qapı, 1240 ədəd pəncərə təmir edilib, 3236 p/m divar sobaları və tüstü bacaları təmizlənib, 1160 p/m su navalçaları, 4200 p/m binadaxili istilik xətləri, 3700 p/m binadaxili su boruları, 3300 p/m binadaxili kanalizasiya xətləri təmir edilib. ARDNŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən - 1700 p/m su, 235 p/m kanalizasiya xətləri dəyişdirilib, 360 p/m drenaj xətti və 174 p/m istilik xətti çəkilib.
Qəsəbədaxili yolların qardan vaxtında təmizlənməsi üçün tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq yollar və küçələr rayonun müəssisə və idarələri arasında bölünüb, qar yağarkən yolların sürüşkən hissələrinin buzdan və qardan təmizlənməsi üçün qum ehtiyatı, lazımi texnika və operativ işçi qrupu yaradılıb.
“Azəryolservis” ASC-nin yeni yaradılmış 76 saylı Yol İstismar Sahəsi əsas magistral yolların işlək vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında cari və əsaslı təmir işləri həyata keçirir.
Əhalinin istilik təchizatını yaxşılaşdırmaq məqsədi ilə bütün qazanxanalarda və istilik məntəqələrində hidravliki yoxlamalar keçirilib. Yoxlama zamanı magistral və məhəllədaxili istilik xətlərinin korroziyaya uğrayaraq sıradan çıxmış hissələri aşkar olunaraq təmir edilib. Cari ilin aprel ayından başlayaraq sıradan çıxmış istilik xətlərinin dəyişdirilməsinə başlanılıb. Bütün qazanxana və istilik məntəqələrinin binaları ağardılıb, metal konstruksiyaları rənglənib, 3 elektrik avadanlıqları, qazanlar, nasos qurğuları təmir edilib, istilik mövsümünə tam hazır vəziyyətə gətirilib.
“Azəristiliktəchizat” ASC-nin 9 saylı İSİS-nin xidmət etdiyi ərazidə RlQ-9-dan 153 yaşayış binası, 7 məktəb, 9 uşaq bağçası, 2 səhiyyə müəssisəsi və 3 inzibati bina istilik alır. Qaraçuxur qəsəbəsində 218, 219, 227, 228 və 229 saylı qazanxanalardan 32 yaşayış binası, 2 məktəb və 2 uşaq bağçası istiliklə təmin edilir. 12 saylı İSlS-nin xidmət etdiyi Hövsan qəsəbəsində 171, 207 və 290 saylı qazanxanalardan, 3 və 4 saylı istilik məntəqələrindən 47 yaşayış binası, 6 məktəb, 6 uşaq bağçası, 2 səhiyyə müəssisəsi və 4 inzibati bina qızdırılır.
ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan 8 qazanxanadan 18 yaşayış binası və 2 uşaq bağçası istiliklə təmin olunur.
2008-2009-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC Yeni Günəşli “V” yaşayış sahəsi 7, 8, 9, 10 saylı binalara gedən 114 mm diametrində 120 p/m, “D” yaşayış sahəsi 1, 2, 3, 4, 5 saylı binalara gedən 159 mm diametrli 125 p/m, 20,21 saylı binalara gedən 159 mm diametrli 240 p/m, “D” yaşayış sahəsi 27 saylı binaya gedən 114 mm diametrli 140 p/m, “AB” yaşayış sahəsi 137, 139, 141 saylı binalara gedən 159 mm diametrli 150 p/m, “AB” yaşayış sahəsi 1 saylı istilik məntəqəsindən gələn 219 mm diametrli 90 p/m istilik xətlərini dəyişdirib.
Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 2, 4, 6, 8, 10 saylı binaların istiliklə təminatı üçün “Azəristiliktəchizat” ASC tərəfindən yeni qazanxana tikilib.
İstilik təchizatında yaranan problemlərin bir hissəsi müəssisələrlə bağlı olsa da, binadaxili şəbəkə və qurğuların binaların balans sahibinin öhdəsində olması da müəyyən çətinliklər yaradır. Bu da vaxtaşırı təftiş işlərinin aparılması və operativ təmir işlərinin görülməsində problem yaradır.
Əhalinin istiliklə təminatını yaxşılaşdırmaq məqsədi ilə keçmiş “Azərbalıq” konserninin və Müdafiə Sənayesi Nazirliyinin 2 saylı MİS-in binalarını istiliklə təmin etmək üçün onların tabeliyində olan qızdırıcı sistemlərin bütövlükdə “Azəristiliktəchizat” ASC-in balansına verilməsi və orada əsaslı bərpa işlərinin aparılmasının məqsədəuyğunolması barədə şuranın keçən ilki iclaslarında məsələ qaldırılıb, qərar qəbul edilsə də, bu iş hələ ki, ləng gedir. Bundan əlavə, rayonun yaşayış fonduna malik olan digər müəssisələrin (“Suraxanı Oyl” Əməliyyat Şirkəti, “Qum adası” NQçİ, Suraxanı Maşınqayırma zavodu ATSC və s.) istilik sistemlərinin gələcəkdə “Azərisitiliktəchizat” ASC-in tabeliyinə verilməsi qeyd olunan binaların istiliklə təchizatına müsbət təsir göstərmiş olardı.
ümumilikdə, Suraxanı rayonunda 379 binadan istilik sisteminə qoşulmuş 276 binanın 259-nun istiliklə təmin olunması nəzərdə tutulur. İstilik almayan, yəni, istilik sisteminə qoşulmayan binalardan - Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansında -41, 1 saylı Təmir Tikinti İdarəsinin balansında-16, Suraxanı Maşınqayırma zavodu ATSC-nin balansında-9, Xüsusi təyinatlı MKTB-in balansında-18, Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında-9, Rayon MKTB-in balansında olan 11 bina istilik almır.
Rayon ərazisində yerləşən digər yaşayış binaları başqa yanacaq növləri ilə qızdırılır.
ötən müddət ərzində qarşıya çıxan bir sıra məsələlər həll edilib. Binaların istiliklə təmin olunmasında həll edilməyən bir sıra problemlər hələ qalmaqdadır.
Suraxanı rayonu ərazisində 33 orta ümumtəhsil məktəb, 1 əqli cəhətdən qüsurlu uşaqlar üçün İnternat məktəb, 1 Xarici Dillər Təmayüllü Gimnaziya, 26 məktəbqədər təlim-tərbiyə müəssisəsi, 1 Uşaq evi və “Oriqami” uşaq reabilitasiya mərkəzi var. 65, 79, 85, 89, 97, 101, 104, 114, 118, 140, 141, 154, 208, 226, 232, 315, 316, 317, 318 saylı orta məktəbin, 7 saylı İnternat və Xarici Dillər Təmayüllü Gimnaziyanın fərdi qazanxanası var (Cəmi 22 məktəb).
76, 146, 196, 270, 275, 278, 279, 280, 281, 282, 285 və 290 saylı orta məktəblər mərkəzləşdirilmiş istilik sisteminə qoşulub (Cəmi 12 məktəb).
84 saylı məktəb qaz sobaları ilə qızdırılır.
Fərdi qazanxanası olan məktəblərdən 5-də (85, 87, 89, 118, 208) qazanxana işləmədiyindən istilik təminatı digər vasitələrlə həyata keçirilir. 85 saylı orta məktəbdə ötən ildən fərdi qazanxana tikilməsinə baxmayaraq məktəb direktorunun zəif nəzarəti üzündən qazanxana tam istifadəyə verilməyib. Rayon İcra Hakimiyyətinin gördüyü tədbirlər nəticəsində qazanxananın işə salınması üçün zəruri işlərin görülməsinə başlanılıb. 2 saylı Uşaq Evinin fərdi qazanxanası var və normal işləyir.
Bununla yanaşı, əhalinin məişət qazı ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə rayon Qaz İstismar İdarəsinin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq rayonun qaz təsərrüfatında təftiş işləri aparılıb və rayon üzrə cəmi 1615 p/m müxtəlif diametrli yeni qaz xətləri çəkilib, o cümlədən, ərazilərin qazlaşdırılması diqqət mərkəzində olub. Eyni zamanda, Əmircan qəsəbəsində yeni 2 ədəd QRŞ, Yeni Günəşli S.Cəfərov küçəsində 9 saylı binaya çəkilmiş 65 mm qaz kəmərinin üzərində 1 ədəd qaztəmizləyici və 8 ədəd G-16 markalı qaz sayğacı quraşdırılıb. Bülbülə qəsəbəsi Komsomol dairəsinin yaxınlığında Bakı-Heydər Əliyev adına Beynəlxalq Hava limanına gedən yolun genişləndirilməsi ilə əlaqədar 259 mm-lik qaz kəmərinin yeri dəyişdirilib.
Həmçinin, payız-qış mövsümünə hazırlıqla əlaqədar şəbəkədə təmir, tikinti və quraşdırma işləri aparılıb. Görülən işlərin nəticəsində qaz itkisi minimuma endirilib. Müvafiq sənəd təqdim edən qazanxanaların hamısı qazla təmin edilib. Abonentlərin mənzillərində sayğacların quraşdırılması işi davam etdirilib, ümumi abonentlərin 98,4 faizi sayğacla təmin edilib. Görülən işlərə baxmayaraq əhalinin və qazanxanaların qazla təchizatında problemlər qalmaqdadır. Belə ki, qazın təzyiqi aşağı olduğundan mənzillərə normaya uyğun qaz verilmir. Qazanxanalar isə kifayət qədər qaz almadıqlarına görə istilik rejimini normaya uyğun saxlaya bilmirlər. Qazın verilməsində fasilələr yenə də var. ümumiyyətlə, qazın bölüşdürülməsində sistemsizlik hökm sürməkdədir və əsaslı tədbirlər bu günə qədər görülməyib. Əhali isə qazın azlığından və yaranan fasilələrdən həm İcra Hakimiyyətinə, həm də yuxarı dövlət orqanlarına müraciət etməkdə davam edir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün də bir sıra tədbirlər həyata keçirilib. “Bakıelektrikşəbəkə” ASC-nin Suraxanı enerji təchizatı və satışı idarəsi tərəfindən rayonun qəsəbələrində 5 ədəd kompleks transformator məntəqəsi, 4 ədəd güc və 14 ədəd cərəyan transformatoru quraşdırılıb, 14 ədəd cərəyan transformatoru daha güclüsü ilə əvəzlənib, 12400 metr elektrik hava xətləri və kabel dəyişdirilib. Abonentlərin 90,4 %-i sayğacla təmin edilib. Nəticədə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı yaxşılaşdırılmış, elektrik enerjisi itkisinin qarşısı alınıb. Yeni KTM-lərin yaradılması, kabel və hava elektrik xətlərinin dəyişdirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Bakı-Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən yolun genişləndirilməsi ilə əlaqədar yüksək gərginlikli hava xətlərinin yeraltı kabel xətləri ilə əvəzlənməsi başa çatdırılıb, istifadəyə yararsız elektrik dirəkləri və hava xətləri ərazidən təmizlənib.
ümumiyyətlə, əhali arasında maarifləndirmə işi zəifdir. Binayadək istilik gedir, lakin şaquli paylayıcı xəttin bir mənzildə kəsilməsi digər mənzilləri istiliksiz qoyur.
Vacib məsələlərdən biri də qazanxanaların normal işləməsi üçün təbii qaz, elektrik enerjisi və suyun fasiləsiz və normaya uyğun verilməsidir. Elektrik enerjisinin ötürülməsində məcburi fasilələrin yaranması, təbii qazın təzyiqinin aşağı olması qazanxanaların normal işinə əngəl törədir.
Bu səbəbdən rayon rəhbərliyi insanların bu kimi problemlərlə qarşılaşmaması və normal yaşayışa təsir edən əngəlləri neytrallaşdırmaq, onların təsirini minimuma endirmək üçün effektiv tədbirlər seriyasını davam etdirir.
Ramil VƏLİBƏYOV

 
  • Oxunub:  23340  |  
  • Tarix:  18-12-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA