Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi insanlara qayğının daha bir bariz nümunəsidir

Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi insanlara qayğının daha bir bariz nümunəsidir

25.02.2014 [09:06]

Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi İsmayıllı rayonunda da müvəffəqiyyətlə davam edir. AzərTAc mərkəzi rayon xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Avtandil Rəhimova istinadla xəbər verir ki, humanitar aksiyaya rayon üzrə 75 min nəfərədək vətəndaşın cəlb edilməsi nəzərdə tutulub. Hər gün orta hesabla 1200-1500 nəfər sakin müayinə olunur. Ümumiyyətlə, indiyədək 9200 nəfər həkim yoxlamasından keçib.
Tibbi müayinə 16 məntəqədə - mərkəzi rayon xəstəxanasında və 2 poliklinikada, Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarında, habelə 11 həkim məntəqəsində aparılır. Bu məqsədlə müxtəlif ixtisaslardan olan ən təcrübəli həkimlər ayrılıb. Yaradılmış həkim briqadaları qrafik üzrə ayrı-ayrı tibb ocaqlarında olur, sakinləri hərtərəfli müayinədən keçirir, lazımi məsləhətlər verir, zəruri hallarda ambulator müalicəyə cəlb edirlər.
AzərTAc-ın əməkdaşı müayinəyə gələn bir neçə sakinlə görüşüb onlardan aksiya ilə bağlı fikir və rəylərini soruşub:
Rizvan Orucov (pensiyaçı): “Tibbi müayinə təkcə biz yaşlılara yox, hər bir kəsə lazımdır. Çoxumuz, əslində, sağlamlığımız üçün zəruri olan bu məsələyə laqeyd yanaşırıq. Odur ki, Prezidentimiz İlham Əliyevə nəinki ağsaqqallar adından, bütün ismayıllılar adından minnətdarlığımı bildirirəm. Bu humanist addım dövlətimizin başçısının əhalinin sağlamlığına, Azərbaycanın sabahına göstərdiyi qayğının daha bir parlaq təzahürüdür”.
Məhəmməd Musayev (10 saylı Yol İstismar İdarəsinin rəisi): “Bu gün təyin edilmiş qrafik üzrə bütün kollektivimiz tibbi müayinədən keçdi. Qan nümunəsi götürdülər, ayrı-ayrı ixtisaslar üzrə həkim yoxlamasından keçdik. Bütün bu işlər çox yaxşı təşkil edilmişdir. Əlbəttə, insanların kütləvi surətdə pulsuz tibbi müayinədən keçirilməsi hamı tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu, çox böyük humanist bir tədbirdir. Odur ki, bu aksiyanın təşəbbüsçüsü Prezident İlham Əliyevə bütün kollektivimiz adından minnətdarlığımı bildirirəm”.

Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30