Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Laçınlı məktəblilər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənirlər

Laçınlı məktəblilər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənirlər

04.03.2014 [09:46]

Ümummilli lider Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Laçın rayonunun orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər davam etdirilir.
AzərTAc xəbər verir ki, Laçın Rayon Təhsil Şöbəsində əvvəlcədən hər iki mövzu üzrə fevral-may aylarında tədrisə cəlb olunacaq məktəblərin siyahısı və qrafiki müəyyən edilib, indiyədək 19 ümumtəhsil məktəbinin şagirdləri dərslərdə iştirak ediblər.
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərslərdə Laçın rayonunun 44 nömrəli, Sadınlar, Hacılar və Taxtakörpü kənd məktəblərinin şagirdlərinə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, iqtisadi və siyasi sabitliyə nail olunub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məktəblilər açıq dərslərdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənib, Onun şərəfli ömür yolunu əks etdirən eksponatlar, foto və kitablarla tanış olublar.
Tədris ilinin sonunadək davam edəcək açıq dərslərdə Laçın rayonunun ümumtəhsil məktəblərindən 623 nəfər XI sinif şagirdi iştirak edəcək.

Paylaş:
Baxılıb: 1680 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31