Ana səhifə »  Sosial »  “Sovetski”də bir vətənpərvər ziyalı...
A+   Yenilə  A-
“Sovetski”də bir vətənpərvər ziyalı...

Ümumiyyətlə, “Sovetski” adlanan ərazidə hər addımbaşı bir insan hekayəsinə rast gələ bilərsən. Özü də həmin həyat hekayələrin hər biri ayrılıqda bir romanın mövzusudur.
“Sovetski”dəki evlərin sökülməsi dövrün tələbidir
Beləliklə, sökülməsi nəzərdə tutulan “Sovetski” adlanan ərazidə qapı-qapı gəzib insanlarla söhbət edib, onların aparılması nəzərdə tutulan işlərlə bağlı fikirlərini öyrəndim. Həmsöhbət olduğum məhəllə sakinlərinin böyük əksəriyyəti bir gün bu dar - darısqal, necə gəldi tikilən gecəqondulardan xilas olacaqları və daha rahat, daha geniş, daha işıqlı mənzillərdə yaşayacaqları üçün məmnun idilər. Ötən əsrin 20-30-cu illərindən formalaşmağa başlayan bu ərazilərdə tikilən evlərdə yaşayan insanlar bildirdilər ki, zaman keçdikcə, bu ərazidə tikilən evlərin sayı daha da artıb. Uzun illər burada sadəcə dekorativ xarakterli müəyyən işlər görülsə də, ərazinin əsaslı yenilənməsi işləri aparılmayıb. Bu gün isə artıq dəyişən, gündən-günə gözəlləşən Bakıda əski, istifadə müddətini başa vurmuş tikililərin sökülməsi, onların yerində isə müasir, gözoxşayan binaların, istirahət və əyləncə mərkəzlərinin, yeni yol və körpülərin tikilməsi, həmçinin parkların salınması olduqca vacibdir. Məhz buna görə “Sovetski”də də zamana məğlub olmuş tikililərin yeniləri ilə əvəz olunması bir şərt, dövrün tələbidir.
Bu ərazinin sakinləri də çox yaxında darısqallıqdan, üfunətdən və “obşiy” həyət və həyatdan canlarının qurtaracağına görə sevinirlər. Onlar sevinirlər ki, bu evləri sökərək yerində şəhərin abadlaşması və insanların rahatlığı üçün yeni istirahət ocaqları salacaqlar. Qısası, ölkəmizin və paytaxtımızın hər yerində olduğu kimi “Sovetski” adlanan ərazidə yaşayan insanların sabaha olan inamları gün keçdikcə daha da artır.
Bir ağır, zabitəli səs...
“İnsan göydə ay kimidir; görünməyən tərəfi var”, - deyirdi mərhum şairimiz Bəxtiyar Vahabzadə... Düzü, bu darısqal, dar dalanlarda gəzə-gəzə növbəti həmsöhbət tapmaq üçün qarşıma çıxan qapılardan birini döydüm.
Ev sahibi qəzetdən gəldiyimi eşitcək, qapını açdı. Məni içəri dəvət etdi. Yatımlı-yapışıqlı səsi, peşəkar dil üslubu məni bu yerlərdən alıb apardı. Mən bu səsin sehrində idim. Danışmağa başladı: “Mətbuat işçilərindən çox razıyam. Tez - tez gəlib buraları çəkirlər. Özünüz də baxın və diqqət yetirin: evlərə günəş işığı düşmür, anti-sanitariya hökm sürür. Evlər bir-birinə bitişib. Allah göstərməsin, sabah bir bədbəxt hadisə, deyək ki, yanğın baş versə, əlimiz heç yerə çatmayacaq. Bu vəziyyətdə yaşamaq hara, daha rahat, daha müasir binalarda yaşamaq hara? Azərbaycanımız günü-gündən inkişaf edir. Təbii ki, biz də istəyirik ki, geniş evlərdə, gözəl təmir olunmuş mənzillərdə yaşayaq. Düşünürəm ki, burada salınacaq yeni parklar körpələrin, yaşlı insanların daha çox sevincinə səbəb olacaq. Əsas odur ki, şəhərimizdə görülən bu işlər hər kəsin ürəyincə olsun. Təki ölkəmiz inkişaf etsin!”
Sizin gəlişiniz mənim üçün toy - bayramdır
Köç həyəcanı hiss olunsa da, evin əşyaları səliqə ilə bir kənardan düzülsə də, ev sahibi Valeh Atakişiyev dərhal əl-ayağa düşür: “Jurnalistlər mənim üçün doğma insanlardır. Bir zamanlar, qısa müddət də olsa, mən də jurnalistika sahəsində fəaliyyət göstərmişəm. Sizin kimi jurnalistləri görəndə sevinirəm”, - deyir. Bütün israrlara məhəl belə qoymadan isti bir çay süzür mənə.
Onun ömür yolu
Valeh müəllim ixtisasca mühasibdir. Canı qədər sevdiyi doğma Vətəninə, xalqına çox bağlı olan müsahibimin işinə, öz peşəsinə də sevgisi dərindir. Deyir gərək hər kəs öz peşəsini sevsin: “Həyatda ən çətin şey özünü tapmaqdır, öz yerini, öz yolunu, hansı sənətə, hansı peşəyə məxsus olduğunu kəşf etməkdir. Bir ölkədə hər kəs öz peşəsini tapıb onun ən yaxşı ustası olarsa, o ölkə sürətlə inkişaf edər, insanlar bir-birinə hörmət və məhəbbətlə yanaşar. Ünsiyyət mədəniyyəti yüksək səviyyədə olar. Bir də dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, əvəzolunmaz bir xoşbəxtlikdir. Gəlin, etiraf edək ki, Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi məhz Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin xalq yolundakı tarixi xidmətləri Vətən və dövlət, millət və xalq naminə göstərilən bütün xidmətlərin fövqündə dayanır. Vaxtilə yunan filosoflarından biri deyib ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaq. Xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz Onun Azərbaycan miqyasında bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır. Heydər Əliyevin tarixi xidmətləri, xilaskarlıq, quruculuq missiyası, dahiliyi, həyata keçirdiyi islahatlar xalqımızın firavan yaşamasına səbəb oldu. İllər ötdükcə biz bunu daha aydın dərk edir, Onun bizə miras qoyub getdiyi tarixi irsin, ideyaların yüksək dəyərlərini dərindən anlayırıq”.
Həyatın bütün dövrlərində öz adına hörmətlə, məsuliyyətlə yanaşan, yuxusuz gecələr, əziyyətli günlər yaşayan Valeh müəllim xalqına, dövlətinə sədaqətlə xidmət edib. Günü bu gün də eyni yöndə öz fəaliyyətini davam etdirir.
“Sovetski”də “səslər muzeyi”...
Valeh müəllim öz evində sözün əsl mənasında bir “səs muzey”i yaradıb. Köç ərəfəsində olsa da, hər şey səliqə ilə yığılıb bir kənara qoyulsa da, diqqətimi bir küncdə səliqə ilə düzülən plastinkalar, kasetlər, disklər çəkdi. Müsahibim həmin eksponatlara diqqətlə baxdığımı görüb gülümsəyir. Onun “Səslər muzeyi”ndə kimlərin səsi, kimlərin musiqisi yoxdur ki?! Səməd Vurğun, Qara Qarayev, Rəsul Rza, Fikrət Əmirov, Bülbül, Nazim Hikmət, Çingiz Aytmatov, Nəsibə Zeynalova, Barış Manço, Süleyman Rüstəm, Şövkət Ələkbərova, Xan Şuşinski, Dmitri Şostakoviç,Tixon Xrrennikov, Aleksandra Raxmutova, Rac Kapur, Arkadi Raykin... Bu səslərin sayı - hesabı yoxdur...
Bu “səs muzey”ində çayların şırıltısını, bulaqların zümzüməsini, xəzəllərin xəfif pıçıltısını, küləyin dəlicə uğultusunu, ildırımın şaqqıltısını eşitmək mümkündür. O, “muzeyin eksponatları” haqda şirin-şirin əhvalatlar da danışdı bizə. Və dərhal qeyd etdi ki, “gözümün ağı-qarası bircə oğlum yaşı kiçik olmasına baxmayaraq, bu səslərin ən sadiq dinləyicisi, bu “kiçik muzeyin” isə qoruyucusudur”.
Buna görə də, o, bu səslər üçün, bu nadir lent yazıları üçün qətiyyən narahat olmadığını bildirdi.
Yurdum, yuvam məskənimsən, Azərbaycanım!...
Müsahibim daha sonra maqnitofona bir kaset qoydu. Otağa ölməz sənətkarımız Rəşid Behbudovun səsi yayıldı.
Yurdum, yuvam məskənimsən, Azərbaycanım,
Anam, doğma Vətənimsən, Azərbaycanım.
Mahnı qurtarandan sonra isə həmsöhbətim gözünün ağı - qarası bircə oğlundan danışdı: “Əlimdən gələn hər şəraiti onun üçün yaratmağa çalışıram. Bu gün hər bir valideynin ən əsas vəzifələrindən biri öz övladlarında milli mənlik şüurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasına nail olmaqdır. Çünki milli mənlik şüuru sayəsində insanlar bu və ya digər hadisələrə öz yaradıcı münasibətini bildirir. İnsan dərk etdikcə ki, o, Vətənə lazımdır, onda vətənpərvərlik hissləri də güclənir. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır. Əlbəttə, vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etməkdir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Mən də çalışıram ki, övladıma bunu təlqin edim. Onu parklara, muzeylərə, teatrlara aparıram. İstəyirəm gözüaçıq böyüsün. Buralarda yeni parklar, istirahət kompleksləri yaradılandan sonra tez - tez buraya oğlumla istirahət etməyə gələcəyik. Qoy, o da görsün ki, əvvəllər onun yaşadığı evlərdə iç-içə keçən məhəllələrin yerində necə müasir istirahət məkanları qurulub, insanların istifadəsinə verilib”.
Söhbətimiz başa çatdı və mən getmək istədiyimi bildirdim. Qapıya qədər gələn müsahibimlə xudahafizləşib ayrıldım. “Kollektivinizə mənim salamımı yetirin”, - dedi ayrılanda.
Ayrılandan sonra yol boyu onun haqqında düşündüm. Düşündüm ki, hələ də belə vətənpərvər insanlarımız var və onlar öz valideynlik borclarının fərqinə vararaq övladlarını Vətənə layiq övlad kimi yetişdirmək üçün çalışırlar. Uğurlar sizə, Valeh müəllim! İnşallah, hazırda yaşadığınız ərazinin yerində salınacaq istirahət məkanlarında, parklarda övladınızla və sizinlə görüşərik!
Oktay

 
  • Oxunub:  17190  |  
  • Tarix:  08-03-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3