Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağdaşda 15 minə yaxın sakin həkim müayinəsindən keçib

Ağdaşda 15 minə yaxın sakin həkim müayinəsindən keçib

28.03.2014 [08:53]

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Ağdaş rayonunda da uğurla davam etdirilir.
Ağdaş rayon Mərkəzi Xəstəxanasında sakinlərin kütləvi müayinəsi üçün hər cür şərait yaradılıb. Əhalinin sağlamlığının qorunması məqsədi ilə bu mühüm aksiyanın uğurla təşkili üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında müvafiq iş qrafiki tərtib olunub.
Xəstəxananın baş həkimi Nuru Nuriyev AzərTAc-a bildirib ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi göstəriş xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürüdür. Bu diqqət və qayğının sakinlər tərəfindən fərəhlə qarşılandığını qeyd edən baş həkim deyib ki, fevralın 17-dən martın 25-dək Ağdaşda keçirilən səhiyyə aksiyası zamanı 15 minə yaxın sakin tibbi müayinədən keçirilib. Vətəndaşlardan 34 nəfəri stasionar, 720 nəfəri ambulator müalicəyə cəlb edilib, 11 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib. Bəzi sakinlərə 6 aydan sonra təkrar tibbi müayinə üçün xəstəxanaya gəlməsi tövsiyə edilib.
Rayon sakini Akif Hacızadə müayinələrin təşkilinə, xəstəxanada yaradılan şəraitə görə çox sevindiyini bildirib. “Mən tibbi yoxlamadan keçdim və qısa vaxt ərzində müayinənin cavabını da aldım. Səhhətimlə bağlı suallarıma həkimlər ətraflı cavab verdilər. Əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.
Tibbi müayinə olunan rayon sakini Lətif Mustafayev deyib. “Bu müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə xoş təəssürat yaratdı. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlət başçısına təşəkkürümü bildirirəm”.

Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31