Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nizami rayonunda 46 mindən çox sakinin tibbi müayinələrdən keçirilməsi təmin olunub

Nizami rayonunda 46 mindən çox sakinin tibbi müayinələrdən keçirilməsi təmin olunub

08.04.2014 [09:17]

Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Nizami rayonunda da böyük ruh yüksəkliyi ilə icra olunur.
Rayon əhalisinin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə Nizami rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılıb və xüsusi qrafik tərtib edilib.
AzərTAc xəbər verir ki, ərazi üzrə sakinlərin tibbi müayinədən keçirilməsi məqsədilə 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinikasında bütün lazımi işlər görülüb. Rayon əhalisi tibbi müayinələrdə mütəşəkkil qaydada iştirak edir və müayinələrdən keçən sakinlər tibb müəssisələrində yaradılmış şəraitdən razılıqlarını bildirirlər.
İcbari tibbi müayinənin davam edəcəyi müddətdə rayon üzrə 18 yaşdan yuxarı 115 mindən çox sakinin kampaniyadan faydalanması nəzərdə tutulub. İndiyədək rayon üzrə 46 min 638 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunub. Onlardan 2 min 458 nəfərə ambulator, 153 nəfərə isə stasionar müalicə kursu təyin edilib.
Müayinələrin aparıldığı 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri Şahmar Qədiməliyev rəhbərlik etdiyi səhiyyə müəssisəsinin ən müasir avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu günədək poliklinikada 20 mindən çox sakin tibbi müayinədən keçib. Poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilməsi məqsədilə müəssisədə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Bakı Texniki Kollecinin tərbiyəvi işlər üzrə direktor müavini İlham Zeynalov poliklinikada yaradılan şəraitdən razılığını bildirib və Prezident İlham Əliyev tapşırığı ilə həyata keçirilən bu aksiyanı yüksək qiymətləndirib.
Rayon sakinləri Səbinə Bayramova və Rəna Novruzova da əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30