Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Suraxanıda 11-ci sinif şagirdlərinə Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi işi uğurla davam edir

Suraxanıda 11-ci sinif şagirdlərinə Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi işi uğurla davam edir

15.04.2014 [09:24]

Aprelin 14-də Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti toplantısı keçirilib. Toplantıda Suraxanı rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı müzakirələr aparılıb.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslər tədris olunur. Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında mövzuların cari ilin fevral-may aylarında 11-ci sinif şagirdlərinə tədris olunması üçün rayonun bütün məktəblərini əhatə edən cədvəl tərtib olunub və dərslərin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilib.
Daha sonra məruzə ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirib ki, ilk dərs fevralın 17-də tədris olunub. Mərkəzdə dərslərin tədrisi zamanı memarı və qurucusu Ulu öndər olan müstəqil Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafdan, eləcə də Suraxanı rayonunda gedən abadlıq və quruculuq işlərindən bəhs edilib. Canlı diskussiya şəklində keçən dərslərdə şagirdlərin çoxsaylı sualları cavablandırılır. Dərslər Mərkəzin sifarişi ilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət - Heydər Əliyev” filminə baxışla yekunlaşır.
Martın 1-dən aprelin 14-dək Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında 4, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında 5 dərs keçirilib. Bu dərslərə rayonun bütün məktəblərinin və Suraxanıda fəaliyyət göstərən məcburi köçkün məktəblərinin 11-ci sinif şagirdləri cəlb olunublar. Dərslərdə 1650 şagird iştirak edib. Keçirilən açıq dərslərdə məlumatlar xüsusi hazırlanmış foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılır. Aprel ayının qalan günlərində 1000 şagirdi əhatə edəcək 4, may ayında isə 1450 şagirdi əhatə edəcək 7 açıq dərsin keçirilməsi nəzərdə tutulub. Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə keçirilən açıq dərslər televiziya kanallarında və mətbuatda işıqlandırılır.
Diqqətə çatdırılıb ki, Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə, eyni zamanda, yanvar ayından başlayaraq ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir. Bu dərslər 2013-2014-cü tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcək. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.

Paylaş:
Baxılıb: 863 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31