Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Dövlət Aqrar Universitetində elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində elmi-nəzəri konfrans keçirilib

23.04.2014 [09:19]

Gəncə şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Dünən bu məqsədlə, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Elm və təhsil dövlətin prioritetləridir” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi- nəzəri konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan ADAU-nun rektoru İbrahim Cəfərov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkədə hər sahədə hərtərəfli biliyə malik gənclər yetişir. Respublikada elmə, təhsilə xüsusi diqqət ayrılıb. Hazırda ölkədə təhsil sistemi daha da yenilənir, müasirləşir. Rektor, həmçinin, Aqrar Universitetin yarandığı vaxtdan bu günədək əldə etdiyi uğurlardan, yetişdirdiyi məzunlardan, hazırda universitetdə həm yerli, həm xarici tələbələrin ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almaları üçün hər cür şəraitin yaradıldığından danışıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, ATU-nun rektoru, professor Akif Süleymanov, GDU-nun prorektoru Pərvin Kərimzadə, AzMİ Gəncə filialının direktor əvəzi Razim Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin həm müəllim, həm də tələbə kollektivinin şəhərin ictimai- siyasi, elmi-mədəni həyatında fəallığından danışıblar. Konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirərək, ADAU-nun kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və ADAU-nun 85 illik yubileyinə həsr olunmuş elmi- nəzəri konfransın plenar iclasında müxtəlif mövzular üzrə məruzələr dinlənilib. Konfransda 123 bakalavriat və magistrant tələbələrdən Gəncə Dövlət Universitetindən 21, Azərbaycan Texnologiya Universitetindən 9, Müəllimlər İnstitutunun Qazax filialından 4, Azərbaycan Dövlət Aqrar Universitetindən 89 tələbə iştirak edib. Gün ərzində konfrans bölmə iclasları ilə öz işini davam etdirib və iştirakçılara sertifikatlar, mükafatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 1556 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30