Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib

02.05.2014 [09:09]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, mayın 1-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının qərargahında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Sabirabad rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib.
Komitə sədri əvvəlcə qəbulda iştirak edən vətəndaşlara yeni hazırlanan dövlət torpaq aktlarını təqdim edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən Rusiya və digər xarici ölkələrdə müvəqqəti yaşamaları səbəbindən onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, torpaq islahatı ilə əlaqədar müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verilməsi və digər məsələlərlə bağlı olub.
Gün ərzində aparılan qəbul zamanı komitənin sədri Q.Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq şöbələrə tapşırıqlarını verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib, komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Qəbuldan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə müsahibəsində yerlərdə vətəndaşların qəbulunun keçirilməsinin əhəmiyyətindən danışıb.

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30