Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Microsoft” informasiya texnologiyaları sahəsində qadın mütəxəssisləri dəstəkləyir

“Microsoft” informasiya texnologiyaları sahəsində qadın mütəxəssisləri dəstəkləyir

23.05.2014 [09:25]

Mayın 22-də Bakıda “Microsoft Azerbaijan” şirkətinin və “ADA” Universitetinin təşkilatçılığı ilə ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr edilmiş “DigiGirlz” konfransı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirə 100-dən artıq iştirakçı qatılıb.
Konfransda “Mikrosoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru xanım Viki Rentzepi, “Red Communications” agentliyinin baş direktoru Tatyana Mikayılova, “Microsoft Azerbaijan” şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, “ADA” Universitetinin müəllimi Şəmsiyyə Mustafayeva çıxış edərək qadınların informasiya texnologiyalarının inkişafında rolundan söhbət açıblar.
Bildirilib ki, “DigiGirlz” konfransının əsas məqsədi Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsində geniş imkanlar yaradacaq.
Konfrans tələbələrə gender stereotiplərini qırmağa və informasiya-kommunikasiya texnologiyaları sahəsində karyera qurmağı şərait yaradacaq.
Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş qadınlarla ünsiyyət yaradaraq onların fəaliyyətləri ilə tanış olublar.
“DigiGirlz” “Microsoft” Korporasiyasının gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran proqramıdır.

Paylaş:
Baxılıb: 833 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31