Ana səhifə »  Sosial »  Əmək müqaviləsi: gələcəyin təminatı
A+   Yenilə  A-
Əmək müqaviləsi: gələcəyin təminatı

Çox az adam tapılar ki, öz-özünə belə bir sualla müraciət etməsin: Bu gün işləyirəm, pul qazanıram, ailəmi dolandırıram. Bəs sabah, yaşın üstünə yaş gələndə, əmək qabiliyyətim məhdudlaşanda necə olacaq? Özünəməxsus qayda-qanunlara malik olan bazar iqtisadiyyatı şəraitində bu sual daha aktual səslənir. Bundan başqa, heç kəs bədbəxt hadisələrdən, xəstəliklərdən sığortalanmayıb. Qəfildən əmək qabiliyyətindən məhrum olan insanların dolanışığı hansı mənbələr hesabına təmin olunmalıdır? Əlbəttə, Azərbaycanda insanların manat-manat dar gün üçün pul artırması ənənəsi də var. Ancaq həyatda, ayrı-ayrı ailələrin timsalında rastlaşdığımız faktlar təsdiqləyir ki, bu kimi tədbirlərlə gələcəyi etibarlı təmin etmək mümkün deyil. Bəs onda çıxış yolu nədədir?
Yox, ümidsizliyə qapılmağına dəyməz. Hər birimizin arzuladığı maddi cəhətdən təminatlı gələcəyi reallığa çevirmək mümkündür. Bunun üçün əmək qabiliyyətli hər kəsdən gələcəyinin qayğısına, sadəcə elə bu gündən qalması tələb olunur. “Sehrli çubuq”un şərtləri də bir o qədər mürəkkəb və əlçatmaz deyil. Çalışdığımız müəssisədə, şirkətdə, ticarət və xidmət obyektində işəgötürənlərlə bağlayacağımız əmək müqaviləsi bizi dar gün qayğılarından birdəfəlik xilas edə bilər.
Əmək müqaviləsi nədir?
Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir və işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaranmasının əsasını təşkil edir. Əmək müqaviləsi digər müqavilələrdən həm tənzimlədiyi münasibətlərin xarakterinə, həm əhatə dairəsinə, həm də dərin sosial mahiyyətinə görə fərqlənir. İşəgötürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən Əmək Məcəlləsində öz əksini tapıb.
İşəgötürənlərlə işçi arasında fərdi əmək müqavilələrinin bağlanması əlaqədar dövlət qurumları tərəfindən əmək bazarına effektiv nəzarət mexanizminin vacib bir halqasıdır. İşəgötürənlə işçi arasında imzalanan əmək müqaviləsi əmək bazarında şəffaflığın təmin edilməsində, burada baş verən proseslərin izlənməsində və gələcək üçün proqnozların müəyyənləşdirilməsində, qeyri-leqal məşğulluğun qarşısının alınmasında, eləcə də vergi bazasını genişləndirməklə büdcəyə vergi daxilolmalarının artmasını şərtləndirən çox vacib iqtisadi rıçaqdır.
Lakin əmək müqavilələrinin əhəmiyyətini şərtləndirən təkcə iqtisadi amillər deyil. İşəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin sosial məzmunu, daşıdığı sosial yük daha genişdir. Bu müqavilə işçinin işəgötürənlə əmək münasibətlərinə girdiyi andan onun əsas müdafiə vasitəsinə çevrilir. Cəmi bir neçə məqama diqqət yetirmək kifayətdir ki, əmək müqaviləsinin dərin sosial məzmunu barədə konkret təsəvvür yaransın.
Əmək müqaviləsi bağlamadan işəgötürənlə əmək münasibətlərinə girən işçi hüquqları pozulan zaman məhkəmədə özünü müdafiə etmək imkanından məhrum qalır. Bundan başqa, əmək müqaviləsi işçinin pensiyaya çıxarkən sosial vəziyyətinə bilavasitə təsir edən gələcəyə təminat sənədidir. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda pensiyalar sığorta sistemi ilə müəyyənləşdirilir. 2006-cı ildən etibarən əmək fəaliyyəti ilə pensiyaya çıxan vətəndaşın sosial sığortası olduğu üçün, onun pensiyasının məbləği də işlədiyi müddətdə ödənilən sosial sığortaya uyğun olaraq yüksək və yaxud aşağı səviyyədə olur. Qeyd edək ki, vətəndaşın işlədiyi müddətdə Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığortanın 22 faizi işəgötürən, 3 faizi isə işçinin özü tərəfindən formalaşdırılır. Əmək müqaviləsi bağlanmayıbsa, deməli, işçinin Dövlət Sosial Müdafiə Fondundakı hesabına da sosial sığorta ödənməsi aparılmır ki, bu da həmin işçinin gələcəkdə pensiya təminatında problemlər yaradır.
Bundan başqa, işəgötürənlə əmək müqaviləsi bağlamayan, şifahi sövdələşmə əsasında qeyri-leqal əmək münasibətlərinə girən işçilər əmək prosesində baş verən qəzalar, bədbəxt hadisələr zamanı belə hallar üçün nəzərdə tutulan müavinətlərdən də məhrum qalırlar.
Beləliklə, əmək müqaviləsinin bağlanmaması təkcə vergilərin, sosial sığorta ödəmələrinin gizlədilməsinə gətirib çıxartmır, eyni zamanda, gələcəkdə vətəndaşın özü üçün ciddi sosial problemə çevrilir. Bu gün əmək bazarında iştirak edən hər bir vətəndaş bilməlidir ki, onun gələcəkdə etibarlı sosial təminatı öz əlindədir. İşçinin işəgötürənlə qeyri-leqal əmək münasibətlərindən çəkinməsi gələcəkdə onun pensiya, müavinət və digər sosial hüquqlarının tam təmin olunması deməkdir.
Bəs əmək bazarında real vəziyyət necədir?
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində hazırda Azərbaycanın əmək bazarı yüksək inkişaf dinamikası ilə xarakterizə olunur. Neft müqavilələri çərçivəsində ölkə iqtisadiyyatına yönəldilən investisiyalar, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının uğurla reallaşdırılması, qeyri-neft sektorunun inkişafı məqsədilə əlavə tədbirlər görülməsi, sahibkarlığın təşviq edilməsi və güclü maliyyə təminatı ilə dəstəklənməsi sayəsində son 10 ildə ölkədə təxminən 1 milyon 200 min yeni iş yerləri açılıb, işsizlik 5 faizdən aşağı düşüb. Ötən ilin yekunlarına görə, respublikada cəmi 236,6 min nəfər işsiz qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2014-cü ilin 1-ci rübündə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 510,4 min nəfər olub. Onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Lakin ardıcıl həyata keçirilən iqtisadi islahatlar sayəsində əmək bazarında müşahidə edilən inkişaf dinamikası ilə müqayisədə əmək münasibətlərinin rəsmiləşdirilməsinin, qeyri-leqal məşğulluğun aradan qaldırılmasının bu dinamikaya uyğun gəldiyini söyləmək mümkün deyil. Statistik məlumatlardan məlum olur ki, muzdla işləyənlərin əksəriyyəti əmək müqaviləsi imzalamadan çalışır. Özəl sektorda, xidmət sektorunda, iaşə obyektlərində, nəqliyyatda, eləcə də tikintidə əmək müqavilələrinin bağlanmaması hallarına daha tez-tez rast gəlinir. Qeyri-leqal əmək münasibətlərinə aid bir sıra xarakterik halları misal göstərmək mümkündür. Məsələn, bəzən işəgötürənlər tərəfindən vergi orqanlarına təqdim olunan bəyannamələrdə işçi sayının məqsədli şəkildə az göstərilməsi halına rast gəlinir. Bundan başqa, işəgötürənlər vergi ödəmələrindən yayınmaq, sosial ödəmələrin məbləğini azaltmaq üçün ikili mühasibatlıq aparılmasına da meyil göstərirlər. Bir çox hallarda müvafiq orqanlara təqdim olunan hesabatlarda əməkhaqları real vəziyyətdən aşağı göstərilir.
Bütün bu kimi hallar həm büdcəyə vergi ödənişlərinin azalmasına gətirib çıxarır, əmək bazarında şəffaflığın təmin edilməsi məqsədilə planlaşdırılan tədbirlərin həyata keçirilməsinə əngəllər yaradır, eyni zamanda, işçilərin əmək və sosial hüquqlarının pozulması ilə nəticələnir.
Vergi orqanları və digər əlaqədar qurumlar birgə səylərlə əmək bazarına nəzarəti artırıblar
Azərbaycan Prezidenti İlham Əliyev qeyri-leqal məşğulluğun yaratdığı fəsadların, vətəndaşların sosial və əmək hüquqlarının pozulması hallarının aradan qaldırılmasının vacibliyini vurğulayaraq vergitutma bazasını genişləndirməklə büdcəyə vergi daxilolmalarının həcmini artırmağı qarşıya vəzifə kimi qoyub. Bundan başqa, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunan hədəflərdən biri də əmək bazarında baş verən dəyişikliklərə uyğun tədbirlərin görülməsidir.
Əlbəttə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və digər sənədlərdə işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsindən yayınan işəgötürənlər haqqında sərt cəza tədbirləri nəzərdə tutulub. Bir sıra hallarda Vergilər Nazirliyi və Əmək Müfəttişliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulan cərimə sanksiyalarına müraciət olunur. Xatırladaq ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə, vergi orqanı tərəfindən əmək müqaviləsi bağlamadan işləri yerinə yetirdiyi aşkar edilən hər bir şəxs üzrə işəgötürənə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən əmək müqaviləsini bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərə cəlb edilməsinə görə - vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir. Bunlar kifayət qədər sərt sanksiyalardır.
Lakin Vergilər Nazirliyində əmək bazarında şəffaflığın təmin edilməsi üçün vergi inzibatçılığını yeganə yol hesab etmirlər. Ümumi qənaət belədir ki, yalnız vergi ödəyicilərini cərimələməklə, inzibati yollara əl atmaqla yox, daha çox səmərəli iqtisadi mexanizmlər tətbiq etməklə onları ödənişləri yerinə yetirməyə sövq etmək lazımdır.
Qeyd edək ki, son vaxtlar vergi orqanlarının digər müvafiq dövlət qurumları ilə birgə apardığı iş öz müsbət nəticələrini verməkdədir. Dövlət başçısının tapşırığına əsasən vergi orqanları tərəfindən əmək bazarında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin rəsmiləşdirilməsi, ölkədə qeyri-leqal məşğulluğun aradan qaldırılması, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin imzalanması istiqamətində aparılan genişmiqyaslı iş ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
Ötən il vergi orqanlarının muzdlu işlə əlaqədar əməkhaqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının və qeyri-leqal məşğulluğun leqallaşdırılması sahəsində həyata keçirdikləri tədbirlər uğurlu olub. Belə ki, 2013-cü ildə əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi nəticəsində respublika miqyasında 57853 vergi ödəyicisi üzrə 200973 yeni əmək müqaviləsinin bağlanması təmin edilib. Nazirlikdən bildiriblər ki, 2014-cü ildə vergi orqanlarının önəm verdiyi istiqamətlərdən biri yenə də iş yerlərinin rəsmiləşdirilməsi və vergi ödənişlərinin büdcəyə ödənilməsinin təmin edilməsi ilə bağlı olacaqdır.
Zahid İLHAMOĞLU
“Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 
  • Oxunub:  14640  |  
  • Tarix:  24-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA