Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncə şəhər İcra Hakimiyyətinin və ictimaiyyətinin nümayəndələri əsgərlərlə görüş keçiriblər

Gəncə şəhər İcra Hakimiyyətinin və ictimaiyyətinin nümayəndələri əsgərlərlə görüş keçiriblər

26.06.2014 [10:49]

26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri “N” saylı hərbi hissədə görüş keçiriblər. Tədbiri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq hərbi hissənin komandir, zabit və əsgərlərini bayram münasibətilə təbrik edib. O, çıxışında qeyd edib ki, 96 il əvvəl, iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə gənc demokratik dövlətimizdə ilk nizami ordu hissəsi- əlahiddə Azərbaycan Korpusu yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, həmin tarixi gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilərək, hər il xalqımız tərəfindən təntənə ilə qeyd olunur: “Ulu öndər Heydər Əliyevi Sovetlər dönəmində düşündürən əsas məsələlərdən biri məhz bütün istiqamətlərdə, o cümlədən, hərbi sahədə azərbaycanlı kadrların yetişdirilməsi olub. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1972-ci ildə əsası qoyulan C.Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəb Azərbaycanın hərbi təhsil tarixində, ordu quruculuğu sahəsində yeni bir səhifə açdı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü daxili və xarici siyasət kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi qüdrəti gündən-günə güclənir və inkişaf edir. Bu gün Azərbaycan Ordusu Vətənimizin və xalqımızın sipəridir, regionun ən güclü ordusudur. Bu gün Azərbaycan Ordusunun hər bir əsgər, çavuş, gizir, zabit və generalı döyüş meydanında qəhrəmanlıq sözünü deməyə və qalib gəlməyə hazırdır”.
Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Şahnaz Haşımova doğma Vətənin və xalqın əmin-amanlığı keşiyində ayıq-sayıq dayanan zabit və əsgərlərin arasında olmaqdan məmnunluq duyduğunu və onların çox şərəfli, məsuliyyətli sahədə xidmət göstərdiklərini qeyd edib.
“N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant Ramiz Qasımov zabit və əsgərlər adından görüşün təşkilatçılarına dərin minnətdarlığını bildirib, Vətənə, xalqa hər zaman layiqincə xidmət edərək, Azərbaycanın şərəfini daim uca tutacaqlarını vurğulayıb.
Bayram münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən hədiyyələr hərbi hissə komandanlığına təqdim edilib.
Sonda Gəncə şəhər incəsənət ustalarının geniş konsert proqramı hərbçilər tərəfindən rəğbətlə qarşılanıb.

Paylaş:
Baxılıb: 806 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30