Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

28.08.2014 [09:47]

Respublikanın ayrı-ayrı bölgələrində keçirilən mərasimlərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər
Avqustun 24-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə əsgərlərin andiçmə mərasimi olub. Binəqədi rayonundan hərbi xidmətə yollanmış və respublikanın ayrı-ayrı bölgələrində əsgəri borclarını yerinə yetirən gənc əsgərlərin andiçmə mərasimində ilk dəfə olaraq Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Bu məqsədlə Lənkəran şəhərinə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov və Aparatın şöbə müdiri Yunis Hüseynov, Gəncə şəhərindəki hərbi hissələrə Aparatın şöbə müdirləri Elnur İmanov və Ədalət Rəcəbov, Naxçıvan Muxtar Respublikasına isə Aparatın şöbə müdiri Ramiz Göyüşov və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov ezam olunublar.
Binəqədi rayonundan hərbi xidmətə yollanmış əsgərlərin andiçmə mərasiminə qatılan Binəqədi RİH başçısı Aparatının məsul işçiləri bu hərbi ritualın icrasını yaxından izləyib, mərasimdə çıxış edərək əsgərlərə ən xoş arzularını və tövsiyələrini bildiriblər. Onlar Binəqədi rayonundan olan əsgərlərlə görüşdə hər bir Azərbaycan gəncinin həyat yolunda keçdiyi çox əlamətdar hadisə və şərəfli dövr olan əsgəri xidmət barədə danışıb, Vətənə olan məhəbbəti əməldə sübut etməyin yolunun Vətəni qorumaqdan keçdiyini diqqətə çatdırıblar. Dövlətçiliyin mühüm atributu olan milli ordu quruculuğunun Ali Baş Komandan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin ən mühüm tərəflərindən biri olduğu əsgərlərlə görüşdə onların diqqətinə çatdırılıb, hər bir Azərbaycan gəncinin müstəqil dövlətimizin qüdrətli ordusunda xidmət etməklə fəxarət hissi duymalı olduğu vurğulanıb. Binəqədi rayonundan olan əsgərlərlə görüşdə bu şərəfli və müqəddəs missiyanı daim alnıaçıq, üzüağ yerinə yetirməkdə onlara müvəffəqiyyətlər arzulanıb. Görüşlərdə Binəqədi rayon İcra Hakimiyyəti adından əsgərlərə hədiyyələr təqdim olunub.
Andiçmə mərasimində iştirak edən Binəqədi rayonundan olan əsgərlərin valideynləri rayon İcra Hakimiyyətinin rayondan hərbi xidmətə yollanmış əsgərlər üçün çox əlamətdar gündə iştirak etmələrini məmnunluqla qarşılayıb və bu addımın ilk təşəbbüs olduğunu diqqətə çatdırıblar.

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30