Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Siyəzən şəhərində vətəndaşları qəbul edib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Siyəzən şəhərində vətəndaşları qəbul edib

11.10.2014 [10:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 10-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Siyəzən şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşların şikayət və təklifləri dinlənilib.
Qəbul zamanı vətəndaşlar Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri ilə bağlı müraciət ediblər.
Bundan əlavə, sakinlər qəbul zamanı DTXK-nın sədrinə həyətyanı, fərdi yaşayış evi və s. məqsədlərlə ayrılan torpaq sahələrinə dair plan və ölçü sənədləri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə suallar da ünvanlayıblar.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda, ümumilikdə, bu bölgədən olan 40-dək vətəndaşın müraciətinə baxılıb. Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.
Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb. Bu müraciətlər komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara göndəriləcəkdir. Bu barədə, həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədi ilə DTXK-nın aidiyyəti rayon və şəhər şöbələrinin müdirlərinə də müvafiq tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30