Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binəqədi rayonunda “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib

Binəqədi rayonunda “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib

23.12.2014 [09:45]

Dekabrın 19-da Binəqədi rayon İcra Hakimiyyətində (RİH) Binəqədi rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və “Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün dünyanın bir çox ölkələri Azərbaycanda uğurla icra olunan gənclər siyasətindən nümunə götürə bilərlər. Ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sağlamlığının müdafiəsi və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü layihələr reallaşdırılır. İntiqam Babayev Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğını da yüksək qiymətləndirib.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. Natiq bu gün gənclər sahəsində reallaşdırılan çoxsaylı və müxtəlifyönlü tədbirləri dövlət tərəfindən gənclərin potensiallarının artırılmasına istiqamətlənmiş addımlar kimi səciyyələndirib.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, gənclərimiz onlar üçün yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməli, Vətənimizə və dövlətimizə sadiq olmalıdırlar. Hər zaman gənclərin təkliflərini dinləməyə hazır olduğunu bildirən RİH başçısı, eyni zamanda, qeyd edib ki, gənclər rayonda görülən işlərdə yaxından iştirak etməli və nümunəvi davranışları ilə dövlət başçısının etimadını doğrultmağa çalışmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək dövlət tərəfindən gənclərin şəxsi təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Gənclər Fondunun yaradılmasından keçən 3 il müddətində ictimai təşkilatlarla yanaşı, gənclərin fərdi layihələrinə də dəstək göstərilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxışında Azərbaycanda gerçəkləşdirilən gənclər siyasətinin dünyada artıq bir nümunə kimi qəbul olunduğunu vurğulayıb.
“Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə çıxış edərək Forumun keçirilməsində göstərilən dəstəyə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.
Daha sonra bir sıra KİV və QHT-lər fəxri fərmanla təltif ediliblər.
Forum ikinci paneldə iştirakçıların “Dağlıq Qarabağ həqiqətləri gənclər müstəvisində” mövzusu ətrafında müzakirələri ilə davam etdirilib. Müzakirələrdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar mərkəzinin nümayəndəsi Cavid Vəliyev iştirak ediblər. Qarşılıqlı diskussiya şəklində keçən müzakirələrdə Forum iştirakçıları çıxışçılara onları maraqlandıran suallar ünvanlayıblar.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30