Ana səhifə »  Sosial »  Təsəllimiz budur ki...
A+   Yenilə  A-
Təsəllimiz budur ki...

Peşəkar qadın jurnalistlərin sırasından bir nəfər də azaldı. Bakı Dövlət Universitetini (o zamankı Azərbaycan Dövlət Universitetini) bitirən ilk jurnalist qızlar dəstəsindən olan, 40 il də “Azərbaycan müəllimi” qəzetində çalışan, qabaqcıl maarif xadimi, Əməkdar mədəniyyət işçisi Tükəzban Əsədova dünyasını dəyişdi.
Hər bir itki ağırdır. Ələlxüsus da sənin doğman, əzizin, yaxından tanıdığın, birlikdə təhsil aldığın, işlədiyin insan bu dünyadan köç edəndə... Tükəzban Əsədova ilə iş yoldaşı, həmkar olmuşuq. Neçə illər “Azərbaycan müəllimi” qəzetində çiyin-çiyinə çalışmışıq. Azərbaycan təhsilinin və elminin inkişafı, Azərbaycan müəllimlərinin gərgin əməyinin işıqlandırılması, böyüməkdə olan nəslin layiqli insan və vətəndaş kimi yetişməsi yolunda birgə addımlamışıq. Mən Tükəzban xanımı bu sənət yollarında tanımışdım.
1970-ci illərin sonunda biz universiteti bitirib jurnalist diplomu ilə redaksiyalara gələndə Tükəzban Əsədova artıq respublikanın pedaqoji, elmi ictimaiyyətinə, “Azərbaycan müəllimi” qəzetinin çoxsaylı oxucularına yaxşı tanış olan bir yazar idi.
Mən də “Azərbaycan müəllimi”nə elə o vaxt gəlmişdim - 70-ci illərin sonunda. Tükəzban xanımla xeyli yaş fərqimiz var idi. Amma davranışındakı sadəlik, mehribanlıq elə ab-hava yaradırdı ki, onun yaşına, həyat təcrübəsinə görə bizdən böyük olmasından sıxılmırdıq. Bütün bunlarla yanaşı, Tükəzban Əsədova işinə, özünə tələbkarlıqla yanaşan, redaksiyadan, redaktordan aldığı hər tapşırığa görə məsuliyyət hissi keçirən və onu layiqincə yerinə yetirməyə çalışan bir jurnalist idi. O, bizə hər xırda işə belə ciddi yanaşmaq nümunəsi göstərirdi.
İllər keçdikcə mən Tükəzban xanımı daha yaxından tanıdım. Ara-sıra həyatına aid dilindən eşitdiyim hadisələr, hərdən “vərəqlədiyi xatirə dəftəri” onun keçdiyi ömür yolu barədə çox söz deyirdi.
Tükəzban Əsədovanın şəxsi həyatı haqqında ilk bildiklərimdən biri bu oldu ki, o, şair Sərdar Əsədin ömür-gün yoldaşıdır. O zaman, biz birlikdə işləməyə başlayanda Sərdar müəllim artıq bir neçə il idi həyatdan köçmüşdü. Tükəzban xanım ailənin yadigarı olan üç övladını tək böyüdürdü.
Bir tərəfdən, ağır itkinin sağalmayan göynərtisi, ağrısı, digər tərəfdən, üç uşağı oxutmaq, yedizdirmək, geyindirmək... Kim nə deyir desin, amma çörəyini qələmlə qazanan bir qadın üçün bu, çox ağır yük idi. Tükəzban xanımı övladları ilə bağlı ən çox düşündürən başqa bir məsələ də var idi. Gecə-gündüz çalışırdı ki, uşaqları heç bir yad təsirə uymasınlar, başlarını aşağı salıb təhsilləri ilə məşğul olsunlar, təmiz insan, layiqli vətəndaş kimi böyüsünlər. Bütün bu hissləri o, ümumiyyətlə, gənc nəslin nümayəndələrinin hamısına bəsləyirdi. Təsadüfi deyil ki, yaşadığı ana hissləri, uşaqlara bəslədiyi münasibət “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri olaraq onun yazılarında da öz əksini tapırdı.
Çox keşməkeşli həyat yolu keçmişdi Tükəzban Əsədova. Necə deyərlər, həyatın hər üzünü görmüşdü. Ömründə sevinci, fərəhi, səadəti də az olmamışdı, çox təəssüf ki, kədəri də...
1930-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. Uşaqlığı çətin dövrə düşmüşdü. Kollektivləşmə, “qolçomaqlar”ın bir sinif kimi ləğv edilməsi, 37-ci və sonrakı illərin repressiyaları o nəslin heç bir nümayəndəsinin həyatından yan keçməmişdi. Tükəzbangilin də varlı-hallı, mülk, karvansara, dükan sahibi olan atası çərxi-fələyin hökmü ilə fəhləlik etmək məcburiyyətində qalmışdı. Çünki ailəsini dolandırmalı idi, uşaqlarına korluq vermək istəmirdi. Tükəzban xanım atasını kövrəkliklə xatırlayanda üzünü belə görmədiyi iki əmisi barədə də danışırdı. Atasının iki qardaşını erməni vandalları 1918-ci ilin qanlı olayları zamanı vəhşicəsinə öldürmüşdülər.
O, həmin illəri belə xatırlayırdı:
- 1938-ci ildə anam məni məktəbə yazdırdı. Bakıdakı 176 nömrəli məktəbdə oxuyurdum. 1941-ci ilin yazında üçüncü sinfi bitirdim. Lakin növbəti dərs ilində mənə məktəbə getmək qismət olmadı. Çünki 1941-ci il iyunun 22-də müharibə başlamışdı. Kişilər, cavan oğlanlar bəzən heç çağırışı gözləmədən cəbhəyə yola düşürdülər. Qadınlar, qızlar, yeniyetmə oğlanlar müəssisələrdə, kənd yerlərində isə tarlalarda kişiləri əvəz edirdilər. Ölkə çox böyük iqtisadi və canlı qüvvə bahasına qalib gəldi.
Tükəzban xanım 1945-ci ilin 9 may gününü həyatının ən xoş anlarından biri kimi xatırlayırdı. Söyləyirdi ki, həmin gün Bakının qocadan tutmuş uşağadək bütün sakinləri Dənizkənarı parka axışmışdı. Bir-birini tanımayan insanlar öpüşüb-görüşür, hamıya gözaydınlığı verirdilər. Birdən toplardan yaylım atəşi açıldı, ətrafa qəribə işıq saçıldı. Onda yaman qorxmuşdum. Lakin atam məni sakitləşdirib bütün bunların Qələbə münasibəti ilə olduğunu dedi. Həmin gün 30 yaylım atəşi açıldı.
Nəhayət, 1950-ci ildə Tükəzban Bakıdakı Qızlar Məktəbini bitirir. Sənədlərini Azərbaycan Dövlət Universitetinə verir. Jurnalistika fakültəsinə qəbul edilir. 1954-cü ildə isə artıq ali təhsilli jurnalist kimi “Azərbaycan müəllimi” qəzetində əmək fəaliyyətinə başlayır.
O zaman redaksiya cəmi iki otaqda yerləşirmiş. Amma kollektiv çox sanballı insanlardan, istedadlı yazarlardan ibarət olduğundan burada həmişə mehribanlıq, işçilərin bir-birinə yaxşı münasibəti hökm sürürmüş. Tükəzban xanım o illəri də, o insanları da minnətdarlıqla, məmnunluqla xatırlayırdı.
1956-cı ildə Tükəzban xanım öz qələm yoldaşı Sərdar Əsədlə ailə həyatı qurmuşdu. O vaxt həyat yoldaşı “Ədəbiyyat və incəsənət” qəzetində işləyirmiş. İlk vaxtlar kirayədə yaşayıblar. Sərdar müəllim SSRİ Yazıçılar İttifaqının üzvü olduğundan ailəsinin vəziyyəti nəzərə alınaraq ona birotaqlı mənzil veriblər. 1965-ci ildə isə ailə ona verilən təzə üçotaqlı mənzillə sevindi. Elə bil hər iş yoluna düşmüşdü. Ər-arvad hər ikisi işləyir, üç övlad - oğlanları Qoşqar və Yaşarı, qızları Naziləni xoşbəxt böyüdürdülər.
Lakin 1975-ci ilin iyun ayında ailəyə bədbəxtlik üz verdi, Sərdar müəllim dünyasını dəyişdi. İtki nə qədər ağır olsa da, dediyimiz kimi, Tükəzban xanımı sındıra bilməmişdi. O, əvvəlki qayda ilə sevimli işi ilə məşğul olurdu. “Azərbaycan müəllimi”ndə çalışır, qəzetin uğurla çıxmasına öz töhfəsini verir və uşaqlarını böyüdürdü. Deyirdi ki, həyat yoldaşını itirdikdən sonra ağbirçək anası öz müdrikliyi, öyüd-nəsihəti və əməli köməyi ilə ona ən birinci dəstəkçi olub.
40 il respublikanın aparıcı, sayılıb-seçilən mətbu orqanlarından olan “Azərbaycan müəllimi” qəzetində çalışan bu jurnalist xanımın əməyini dövlət yüksək qiymətləndirib. Əvvəlcə qabaqcıl maarif xadimi adına, 1977-ci ildə “SSRİ-nin maarif əlaçısı” döş nişanına layiq görülüb.
Tükəzban Əsədova 1984-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü idi. Mətbuatda çoxillik və səmərəli fəaliyyətinə görə 1985-ci il mayın 15-də respublika Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü. 1986-cı il aprelin 30-da isə “Əmək veteranı” medalı ilə təltif olunmuşdu.
Mətbuatdan, sevimli qəzetindən ayrılmaq Tükəzban xanım üçün çətin idi. Amma hər yaşın bir diktəsi, hər zamanın bir hökmü var... Bu da son ayrılıq...
İstər-istəməz Tükəzban xanımın bir neçə il əvvəl 8 Mart bayramında “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsindəki sözləri xatırlayıram: “Azərbaycan qadını həmişə mərdliyi, ailəcanlı olması, sədaqəti ilə seçilib, fərqlənib, başqalarına nümunə olub. Bütün qadınlarımıza xoşbəxt analıq, mehriban ailə arzulayıram. Vətənimiz gözəldir, əmin-amanlıqdır. Zəngin həyat yaşamaq üçün hər cür şərait var. Gənc qızlarımıza tövsiyəm budur ki, səbirli olsunlar, həyatın çətinliklərindən qorxmasınlar. Qurduqları ailənin qədrini bilsinlər”.
Tükəzban Əsədovanın özü məhz belə xanımlardan idi. Həyatı boyu sevinc və kədər onunla qoşa addımlamışdı. Lakin Tükəzban xanım nikbinliyini əldən verməmiş, həyatın işıqlı tərəfini tutaraq irəliyə doğru getmişdi. Xalqından, oxucularından güc alıb, gözəl balalarından fərəh duyub yaşayırdı bu xanım. Nəvələri onun üçün bir dünyalıq sevinc idi. Onlardan birinə babası Sərdarın adını vermişdi...
84 yaşında da yaşamaq həvəsi tükənməmişdi. Deyirdi ki, məni yaşadan, qocalmağa, gücdən-taqətdən düşməyə qoymayan övladlarımın, nəvələrimin istədiyim kimi yaxşı insan olması, həyatda özlərinə yer tutması və təbii ki, mənə bəslədikləri münasibətdir.
Bizim isə çıxardığımız nəticə budur ki, Tükəzban xanımın zəhməti hədər getməmişdi, deməli, əbəs yaşamamışdı bu dünyada. Ona görə məzarda da rahat uyuyacaq. Elə bizlərə - onu yaxından tanıyanlara, sevənlərə, hörmət bəsləyənlərə təsəlli olan da budur.
İ.ƏLİYEVA,
Əməkdar jurnalist

 
  • Oxunub:  8550  |  
  • Tarix:  27-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
16 İyul 16:25
Goranboyun tam qazlaşdırılması yekunlaşır
16 İyul 16:01
Səyyar “ASAN xidmət” davam edir
16 İyul 15:57
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
16 İyul 15:53
Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur
16 İyul 15:41
Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb
16 İyul 15:35
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16 İyul 15:17
İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb
16 İyul 15:11
“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək
16 İyul 15:04
Frank Şıkli: Kannda təşkil olunmuş sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25