Ana səhifə »  Sosial »  Milli musiqi mədəniyyətimizin elçiləri - Gülyaz və Gülyanaq Məmmədova bacıları!
A+   Yenilə  A-
Milli musiqi mədəniyyətimizin elçiləri - Gülyaz və Gülyanaq Məmmədova bacıları!

Böyük Dəhnə böyük bir kənddir. Ərazisinin böyüklüyü və əhalisinin çoxluğu kənd anlayışı ilə bir araya gəlməsə də, o, “kənd” adlanır. Burada yaşayan əhalinin davranışı, həyat və məişət tərzi də çoxdan kənd anlayışını ötüb keçib. Bu münasibətlər, adətən, kəndlərdə olduğu kimi, yalnız qohumluq və qonşuluq prinsiplərinə deyil, cəmiyyətin birgəyaşayış qaydalarına əsaslanan mədəniyyət üzərində bərqərar olub. Yüz illər boyunca burada yaşayıb yaradan, artıb-çoxalan və bir-birini əvəzləyən nəsillərin öz torpağına, öz ailəsinə və nəsil-köklərinə bağlı olması onların kəndin hüdudlarından kənarlara çıxmasına, daha geniş cəmiyyətin fəal üzvlərinə çevrilməsinə heç zaman mane olmayıb. İndi Dəhnədə doğulub boya-başa çatmış insanların nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta dünyanın bir çox ölkələrində yaşamaları və çalışmaları da heç kimi təəccübləndirmir. Və bəlkə də, artıq elə bir ailə yoxdur ki, onun digər bölgələrdə və ya bəzi xarici ölkələrdə yaşayan üzvləri olmasın. Bununla yanaşı, onların Dəhnəyə bağlılığı, orada yaşayan ailə üzvlərinə və həmyerlilərinə istiqanlılığı da heç zaman azalmayıb. Bunun da səbəbi var. Bu kənddən çıxanlar bu toplumun sağlam ənənələr üzərində yetişdirdiyi mədəniyyətin daşıyıcıları kimi öz elinə, öz yaxınlarına sədaqətli olmağı, öz yurdunu və elini sevməyi, dədə-baba yurduna etibarlı olmağı öyrəniblər. Bu sevgini, bu etibarı onlara aşılayan, təlqin edən onların əsil-nəcabətindən gələn yurd sevgisidir, əvvəlki nəsillərdən əxz etdikləri ailə ənənələridir.
Böyük Dəhnə özü bir yaşayış məntəqəsi kimi sakinləri ilə bir-birindən azacıq fərqlənən məhəllələrdən ibarətdir. Hər məhəllənin heç bir sənəddə yazılmamış öz adı var və bu ad bir çox hallarda kökləri keçən əsrlərdə yaşamış bir ailəyə gedib çıxan bir nəslin soyadı ilə bağlıdır. Və ən maraqlısı da budur ki, şəcərə davamçıları təkcə öz əcdadlarının və ulu babalarının soyadlarını deyil, həm də onların həyat tərzini, fəaliyyət sahələrini, sənətkarlıq və yaradıcılıq ənənələrini davam etdirməyə üstünlük verirlər.
Özünəməxsus özəllikləri ilə seçilən belə məhəllələrdən biri də Zakir kişinin yaşadığı Salahlılar məhəlləsidir. Təkcə Dəhnədə yox, bölgədə və ölkədə adı böyük ehtiramla çəkilən Zakir kişi və onun nəsil davamçılarının timsalında bu, daha aydın görünür.
Hələ ötən əsrin 70-ci illərində SSRİ Mədəniyyət Nazirliyinin rəhbərliyi altında Şəki Xan Sarayının bərpası üçün diqqətlə seçilmiş bərpaçılardan biri də elə Zakir kişi olmuşdu. 200 yaşlı unikal bir abidənin bərpa işlərini icra edən adam isə sadə bir bərpaçı deyil, bu sənəti, bu nadir memarlıq abidəsini sevən və onun sirlərinə yaxşı bələd olan mahir bir sənətkar ola bilərdi. Zakir kişinin bu məharəti onu dülgərlik səviyyəsindən xalqın və hətta dövlətin də qəbul etdiyi sənətkar səviyyəsinə yüksəltmişdi. Amma Zakir kişinin istedadı bununla da məhdudlaşmırdı. O təkcə tətbiqi sənətin və tarixi memarlığın sənətkarı deyildi. Yüzlərlə, minlərlə dəhnəlinin qəlbində Zakir kişi özünə daha çox musiqi sənətkarı kimi yer tutub. Bir zamanlar heç bir xüsusi dəvət olmadan bütün sakinlərin üzünə açıq olan kənd həyətlərində səhərdən başlayıb getdikcə şiddətlənən nağara-zurna səsi istisnasız olaraq bütün kənd əhlini “dədə-baba” toylarımıza çağırardı. Bir neçə gün davam edəcək toyların əsas qəhrəmanları isə tarixin dərinliklərindən süzülüb gələn bu möhtəşəm musiqini böyük həvəslə səsləndirən kənd musiqiçiləri idi. Zakir kişi bu musiqiçilər dəstəsinin heç vaxt dəyişməyən, öz işini böyük zövqlə görən və həmyerliləri tərəfindən sevilən daimi üzvü idi. Kənd əhlinin həvəslə və xüsusi bir şövqlə rəqs etdikləri zurna havaları - “Tərəkəmə”, “Uzundərə”, “Şəki Yallısı” toyların ən möhtəşəm musiqi nömrələri hesab olunurdu. Toya tamaşa edənlərin ən böyük əyləncəsi isə hər dəyişən musiqiyə uyğun olaraq zurnaçıların və nağaraçıların üzlərində anbaan dəyişən mimikalarını izləmək idi. Belə anlarda Zakir kişinin sanki musiqinin onun içindən süzülüb gəldiyini göstərən üz cizgiləri və əl hərəkətləri onun musiqiyə böyük sevgisini, ifa edərkən sanki xəyallarında ulu babalarına qovuşmasını ifadə edirdi. Bu səhnəyə baxanlar musiqiyə müqəddəs sevginin təzahürünü məmnuniyyətlə seyr edirdilər. Zakir kişinin musiqi sevgisi, sözün əsl mənasında, müqəddəs bir sevgi oldu. On uşaqlı böyük bir ailənin hər bir üzvünə sirayət etmiş bu sevgi onların da qəlbində, həyatında özünə yer tapdı və bu gün onlar da Zakir kişinin bu müqəddəs duyğularını yaşamaqda və bu böyük sənəti yaşatmaqdadırlar. Rəhimə, Gültəkin, Gülyaz, Gülyanaq hələ məktəb illərində məktəb bədii özfəaliyyət kollektivinin daimi üzvləri idilər. İstər məktəbdə, istərsə də kənd klubunda düzənlənən konsertlərdə bu qızcığazlar artıq az qala böyük sənətkarlar kimi qarşılanırdılar. Bu uğurlar onların adını Şəkidə də tanıtmışdı. Şəhər mədəniyyət şöbəsi özünün təşkil etdiyi ən mötəbər konsertlərdə Məmmədova bacılarının çıxış etməsini istəyər və onları tez-tez Şəkiyə dəvət edərdilər. Ona görə də, bir gün ölkənin ən böyük salonunda - bu gün Ümummilli lider Heydər Əliyevin adını daşıyan möhtəşəm Sarayda Məmmədovların ailə ansamblı çıxış edəndə bu, Dəhnədə heç kimi təəccübləndirmədi. Əksinə, hələ hamının evində televizorun olmadığı bir zamanda dəhnəlilər bu konserti izləmək üçün bir-birinin evlərinə toplaşar, konsertə tamaşa edər və öz həmyerliləri ilə ürəkdən öyünərdilər. Kənd yollarında Zakir kişi və Sevdayə xala ilə rastlaşan hər bir şəxs qızların istedadına heyran olduqlarını bildirər, onlara daha böyük uğurlar arzulayardılar.
Bütün bunlardan sonra Zakir kişinin qızlarının-Rəhimə, Gülyaz və Gülyanağın bir-birinin ardınca Asəf Zeynallı adına musiqi məktəbinə və hamısının da, məhz muğam şöbəsinə daxil olması gözlənilən bir hal idi. Özləri bir-birindən nə qədər fərqli olsalar da, hamısının eyni məktəbdə eyni ixtisası seçməsi də təsadüfi deyildi. Kifayət qədər ciddi baxışlı, səssiz-səmirsiz Rəhimə, olduqca şıltaq, amma dərin düşüncəli və zarafatcıl Gülyaz, ərköyün və səs-küylü Gülyanaq bacılarını bir amala doğru istiqamətləndirən, onları məhz musiqi sənətkarlığına sövq edən çox güman ki, atalarının klassik xalq musiqisini onlara sevdirə bilməsinin nəticəsi idi. Sonradan Rəhimə ailə həyatı qurması ilə əlaqədar bu yolu davam etdirməsə də, Gülyaz və Gülyanaq bacıları bu sənətə ömürlük bağlanmağı, bu sənəti həyatlarının mənasına çevirməyi bacardılar. Hamının arzuladığı və gözlədiyi kimi, uğurlar özünü çox gözlətmədi. Məmmədova bacıları tezliklə təkcə dəhnəlilərin və şəkililərin deyil, bütün ölkənin heyranlıqla izlədiyi böyük sənətkarlar kimi tanındılar. Böyük fədakarlıqla xalq musiqisinin bütün incəliklərini öyrənən bacılar az sonra bu qədim xalq sənətinin ecazkar gözəlliklərini ölkənin ən böyük səhnələrindən bütün xalqa təqdim etməyə başladılar. Hələ məktəbdə oxuyarkən digər şagirdlərdən seçildikləri kimi, xanəndə kimi də öz həmkarlarından fərqləndilər. İllər öncə bir ailənin “Əhsən” mükafatını, daha sonra bir kəndin “Afərin” alqışlarını qazanmış bacılar artıq bütün xalqın ürəyini fəth etdilər. Bu böyük el məhəbbətini onlara qazandıran isə bacıların sadəliyi, əməksevərliyi, sənət yollarında qarşılarına çıxan əzab-əziyyətlərə fədakarlıqla qatlaşmağı və nəhayət, sevib-seçdikləri sənətin mahir ustadları səviyyəsinə yüksəlmələri oldu. Sənətə aludə olanlar da, bu sənəti seçib yüksək peşəkarlığa nail olmağa can atanlar da bunun nə qədər çətin olduğunu yaxşı bilirlər. Gülyaz və Gülyanaq bacılarını şəxsən tanıyanlar, onların həyat yoluna yaxından bələd olanlar öz heyranlıqlarını gizlədə bilmirlər. Ölkəmizin hər bir guşəsində onları böyük məhəbbətlə, sadəcə, “bacılar” adlandırırlar.
Onlar öz inadından dönmədilər, hələ uşaqlıq dövründən könüllərinə hakim kəsilmiş sənət sevgisinə sadiq qaldılar. Etiraz və qadağalara məhəl qoymadılar, qarşılarında duran çətinliklərdən qorxmadılar, dönmədən öz məqsədlərinə doğru can atdılar və nəhayət, milyonların ehtiramını və sevgisini qazandılar. Təmənnasız ümumxalq məhəbbəti çox çətin sınaqlardan keçməklə qazanılır. Bacılar üçün bu sınaqlar artıq keçilmiş yoldur. Bu yolu onlar məharətlə, ləyaqətlə və böyük uğurlarla keçiblər. Gülyaz özünün iyirmi ildən artıq səhnə həyatında yorulmadan çalışıb. Dahi Üzeyir bəyin Leylisini, “Arşın mal alan”ında Tellini, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəmi, unudulmaz Şəfiqə Axundovanın “Gəlin qayası”nda Gülbaharı, Ramiz Mustafayevin “Vaqif”, Üzeyir Hacıbəylinin “Koroğlu”, Vasif Adıgözəlovun “Natavan” operalarında və eləcə də “Rast” baletində Xanəndə qız obrazlarını böyük uğurla yaradıb, öz qəhrəmanlarının obrazını səhnədə öz həyatı kimi yaşayıb. 20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan bacıların onlarla tələbələri də artıq musiqi ictimaiyyətinin və xalqın rəğbətini qazanmışlar. Azərbaycanın bütün bölgələrindəki ən ucqar kəndlərdən tutmuş ölkənin ən möhtəşəm saraylarına qədər bütün səhnələri öz istedadları ilə fəth etmiş Gülyaz və Gülyanaq bacıları milli musiqimizin ən gözəl nümunələrini dünya paytaxtlarında - London, Nyu-York, Paris, Frankfurt, Hanover, Berlin, Vena, Strasburq, Stokholm, Oslo səhnələrində məharətlə səsləndiriblər. Vilnüs, Kiyev, Minsk, Kişineu, İstanbul, Ankara, Daşkənd, Almaatı, Aşqabad, Tbilisi şəhərləri Məmmədova bacılarını ayaq üstə alqışlayıblar. Gülyaz və Gülyanaq bacılarının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Sıktıvkar şəhərlərində dəfələrlə baş tutan konsertləri hər dəfə anşlaqla müşayiət olunub. Buenos-Ayres, Braziliya kimi ölkəmizdən çox-çox uzaqlarda yerləşən şəhərlərin musiqisevərləri Gülyaz və Gülyanaq bacılarının istedadına heyran qaldıqlarını məmnuniyyətlə söyləyiblər. Dünyanın dörd bir tərəfində milli mənsubiyyətindən asılı olmayaraq bütün tamaşaçıların qəlblərini riqqətə gətirən ecazkar muğam incilərimizi sevə-sevə təqdim edən Məmmədova bacıları, sözün əsl mənasında, Azərbaycanın musiqi mədəniyyətinin elçiləridir. Daşıdıqları bu böyük və şərəfli missiyanı milli musiqimizə məhəbbətlə və ləyaqətlə həyata keçirən Gülyaz və Gülyanaq bacıları hələ uzun illər tamaşaçıları heyrətləndirməyi, bu məhəbbəti gənc nəslə - öz tələbələrinə aşılamağı yorulmadan davam etdirəcəklər. Bacıların bu nəcib işə sərf etdikləri gərgin əmək onların milli mədəniyyətimizə verdiyi əvəzsiz töhfə olmaqla yanaşı, həm də onların həyat tərzi, həyat amalıdır. Əminəm ki, bu yolda onları hələ çox uğurlar gözləyir. Bu günlərdə isə ölkə Prezidentinin Sərəncamı ilə Gülyaz və Gülyanaq Məmmədova bacılarına Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verildi. Bütün xalqın sevimli bacılarına - musiqi mədəniyyətimizin tədrisi və təbliği yolunda fədakarlıqla çalışan Azərbaycan Respublikasının Xalq artistləri Gülyaza və Gülyanağa ən möhtəşəm sənət uğurları və səadət arzulayıram.
Cavanşir Feyziyev,
millət vəkili

 
  • Oxunub:  8940  |  
  • Tarix:  27-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25