Ana səhifə »  Sosial »  Hər şey Azərbaycanımız və mədəniyyətimiz üçün...
A+   Yenilə  A-
Hər şey Azərbaycanımız və mədəniyyətimiz üçün...

Əlixan Səmədov: Ən böyük sevinci və qüruru Vətənin, xalqın verdiyi dəyər yaşada bilir
Xəbər verdiyimiz kimi, dekabrın 18-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadimi müxtəlif fəxri adlara layiq görülüb. Dövlət başçısının sözügedən Sərəncamı ilə məşhur balaban ustası Əlixan Səmədov da Əməkdar artist fəxri adını alıb. Ə.Səmədovla müsahibəmizdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlər, balaban alətinin tarixi keçmişi və digər məsələlərə toxunduq.
- Əlixan müəllim, bu gün ermənilər Azərbaycanın qədim musiqi aləti balabana da sahiblənmək üçün absurd iddialar irəli sürüblər. Bir vaxtlar Habil Əliyevin onların kamançaya iddialarını alt-üst etdiyi kimi, sizin də balaban iddialarının qarşısını kəsməyə gücünüz yetəcəkmi?
- Mən düşünmürəm ki, burada isbat etmək üçün nəsə əlavə fakta, dəlilə ehtiyac olsun. Biz saz deyirik və həmən balaban göz önünə gəlir, çünki bu iki musiqi aləti bərabər ifa olunub. Bu, sizə balabanın milliyyəti və tarixi barədə yetərincə məlumat verir. Sadəcə, hər millət öz dəyərinə məntiqlə, boşluq buraxmadan sahib çıxmalıdır. Bu gün dünyadakı qloballaşma prosesində hər millət öz mədəniyyətinin qədimiliyi ilə qiymətləndirilir. Bu baxımdan tanıtım, təbliğat çox önəmlidir. Mənə gəlincə, sadəcə, öz vətəndaşlıq borcumu yerinə yetirirəm və əlimdən gəldiyi qədər balabanı dünya miqyasında təbliğ etməyə çalışıram. Bir sənətkar kimi balaban mənim həyatımın qayəsidir və özümü onsuz təsəvvür edə bilmirəm.
- Fiziki deyil, fitri gücün önəm daşıdığı bu döyüşdə heç ermənilərlə qarşılaşdığınız olub mu?
- İnanırsınız ki, ermənilər mənim konsertlərimə gəlirlər.
- Ümid edirik ki, mübahisələriniz düşmür. Axı onlar harda danışmaq, harda susmaq, harda yaltaqlıq etmək, harda qəddar davranmağın ustasıdırlar. Neytral bir ortamda çox anlayışlı, əllərinə fürsət düşəndə qəddar, həqiqəti gözlərinə soxanda isə lal olurlar.
- Mən təkcə ermənilərə yox, hər kəsə sözümü balanbanla deyirəm. Bu döyüşdürsə, həm də fitrət döyüşüdürsə şükür olsun Yaradanıma ki, bu gücü mənə verib. Öz sənətim, lütf edilmiş bu qabiliyyətlə düşmənlərimlə döyüşdə qalib, dostlar qarşısında alnı açığam.
- Bu gün Türkiyədə fəaliyyət göstərən, müəllimlik edən xeyli sənətkarımız var. Bizim musiqiyə maraq daha da artmaqdadır. Niyə burda bir mədəniyyət mərkəzimiz, musiqi məktəbi və ya konservatoriya səviyyəsində ocağımız yoxdur?
- Təəssüf ki, haqlısınız. 22 ildən çoxdur ki, Türkiyədə yaşayıb, mədəniyyətimizi təmsil edirəm. Hər universitetdə demək olar ki, ən az 1-2 azərbaycanlı professorumuz var. Ayrıca rəssamlarımız, musiqiçilərimiz və s. da burada yaşayıb fəaliyyət göstərirlər. Hamısı da Türkiyədə Azərbaycanımızı layiqincə təmsil edirlər. Mədəniyyət Mərkəzinə gəlincə isə, bu iş bizim iş adamlarına düşür. Yetər ki, bizlərə bir mərkəz açsınlar, gerisini də bizim öhdəmizə buraxsınlar. İnanıram ki, hamı canla-başla çalışar və inanın təkcə Türkiyədə yox, bütün Şərqdə möhtəşəm bir mədəniyyət ocağı yaradarıq ki, dövlətimiz bu işdən ancaq xeyir görər. İnanıram ki, Azərbaycan ruhunu itirməyən, bir iş adamı hər halda bir gün tapılacaq.
- XXI əsri mədəniyyətlərin yürüş erası adlandırırlar. Haqlıdırlar da, silahların işləyə bilmədiyi nöqtələrə - qəlblərə və duyğulara musiqi hakim kəsilir. Bu mənada xalqımız dünyanın qəlbini fəth edəcək musiqiyə malikdir.
- Azərbaycan əhalisinin sayının az olmasına baxmayaraq, musiqimiz dünyanın bir çox ölkələrində sevilir, dinlənilir və insanları ecazkarlığı ilə heyran qoyur. Heydər Əliyev Fondunun hər il dünyanın bir çox ölkələrində mədəniyyət günləri adı altında keçirdiyi layihələrin bəzilərində iştirak etmişəm. Fransa, İtalya və digər ölkələrdə konsertdən sonra səhnə arxasında yaxınlaşıb bizlərlə söhbət etmək istəyən o qədər xalqların nümayəndələri olur ki, bir daha azərbaycanlı olmağımla qürur duyuram. Silahlara gəlincə, hər kəsin öz silahı var. Mənim silahım balabandır. Söhbət silahdan açılmışkən, elə uşaqlıqdan hər zaman arzum olub ki, silahlara xərclənən pul, mədəniyyətə xərclənsə, dünyada heç bir ölkə müharibə istəməz, ya da savaşmaz. İnşallah bir gün dünyada bütün savaşları mədəniyyət qazanar.
- Sizin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləriniz dövlətimiz tərəfindən də qiymətləndirilib və bu günlərdə siz Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar artisti fəxri adına layiq görüldünüz...
- Prezidentimizin məni Azərbaycanın Əməkdar artisti adına layiq görməsi mənə çox böyük sevinc bəxş etdi. Bilirsiniz niyə? Çünki sənətkara ən böyük sevinci və qüruru Vətənin, xalqın verdiyi dəyər yaşada bilir. Əlbəttə, bir azərbaycanlı olaraq, mən, sadəcə öz işimi, yəni mədəniyyətimizi təmsil edirəm. İşimi də sevirəm. Dünyanın bir çox şəhərlərində tanıdığım insanlar zəng vurub dəyəndə ki, bu dəqiqə filan ölkədəyəm və sənin musiqini dinləyirəm, inanın ki, onun sevinci məni ondan daha çox sevindirir. Fəxri ada layiq görüldüyüm xəbərini ailə dostum, Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisamız Məlahət Abbasova, zəng edərək, sevincdən ağlayaraq verdi. Çox sevinmişdim, sevincimin həddi-hüdudu yox idi. Elə bir az sonra Şəkidən Regional TV-dən Həyat xanım zəng etdi. O qədər sevincliydi ki, onun sevincini pozmaq istəmədim, sanki xəbərim yoxmuş kimi davrandım və məndən bir muştuluq qazansın istədim. Bunu da burdan ilk dəfə sizin vasitənizlə bildirmək istədim. Həyat xanımın sevincinə mən də sevinc qatmaq istədim və elə də oldu. Və beləliklə, telefonum 2-3 gün susmadı. Bütün dostlarıma, balaban sevərlərə bir daha təşəkkür edirəm ki, məni hər zamankı kimi bu sevincli günümdə yalnız buraxmadılar. Az öncə TRT-də çəkilişdən gəldim və adımın önünə Azərbaycan Dövlət Sənətçisi, balaban ustadı Əlixan Səmədov yazısını görəndə inanın ki, çox duyğulandım. Hər şey Azərbaycanımız və mədəniyyətimiz üçün...
K.HAQVERDİYEVA,
İstanbul

 
  • Oxunub:  23700  |  
  • Tarix:  31-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +25
gecə+15 +17