Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və ABŞ-ın Hyuston Universiteti arasında üçtərəfli saziş imzalanıb

Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və ABŞ-ın Hyuston Universiteti arasında üçtərəfli saziş imzalanıb

17.01.2015 [11:10]

Yanvarın 16-da ABŞ-ın Hyuston Universitetinin rektoru Renu Xatur və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində (BDU) olublar.
AzərTAc xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini bildirib, dövlətimizin başçısının bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
BDU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən rektor universitetdə hər il 80-dən çox beynəlxalq proqram və qrant layihəsi üzrə iş aparıldığını diqqətə çatdırıb.
Müasir qloballaşma şəraitində elmin, təhsilin mühüm rolunu xatırladan akademik A.Məhərrəmov bu sahədə əməkdaşlığın, universitetlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdən məmnunluğunu ifadə edən Renu Xatur Hyuston Universitetinin fəaliyyətindən söz açıb. Qeyd olunub ki, 1927-ci ildə yaradılan Hyuston Universiteti ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biridir. Qırx mindən çox tələbənin təhsil aldığı universitetdə əhəmiyyətli elmi-tədqiqatlar aparılır. R.Xatur birgə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.
Elmar Qasımov Bakı Ali Neft Məktəbində təhsilin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Sonra Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Hyuston Universiteti arasında üçtərəfli saziş imzalanıb.
Sənəddə birgə tədqiqatların aparılması, tələbə və mütəxəssislərin mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31