Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan gənclərinin həmrəyliyi bizi parlaq gələcəyə aparan ən doğru yoldur

Azərbaycan gənclərinin həmrəyliyi bizi parlaq gələcəyə aparan ən doğru yoldur

03.02.2015 [18:13]

Məlum olduğu kimi, gənclik hər bir dövlətin gələcəyi və inkişafı üçün əsas rol oynayan önəmli faktorlardan biridir. Bununla yanaşı, gənclik istənilən cəmiyyətdə ən dinamik və qaynar, intellektual və aparıcı qüvvə sayılır. Müstəqil dövlətin mövcud olması üçün onun sağlam və həmrəy gəncliyinin olması əvəzolunmaz şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də dövlət gənclər siyasətidir. Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarını, təbii potensialını səmərəli həyata keçirməsini, cəmiyyətdə layiq olduğu yeri tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və görülən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti əlaqədar qanuni sənədlərdə yer taparaq hökumət qurumları tərəfindən aparılır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Hamımıza məlum olduğu kimi, respublikamızın müstəqilliyinin ilk illəri ölkəmiz, xalqımız üçün həddindən artıq ağır keçirdi. 1991-1992-ci illərdə ölkəmizdə baş vermiş özbaşınalıq, anarxiya, xaos, vətəndaş qarşıdurması müstəqilliyimizə böyük zərbə idi. Azərbaycanda bütün sahələrdə, eləcə də, gənclər sahəsində xaos, böhran yaşanırdı. Azərbaycanda hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini aydın şəkildə tapmışdı. Buna baxmayaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya çıxardı.
1993-cü ilin iyun ayında isə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev müstəqillik yolunda yeni addımlarını atan Azərbaycanı böhrandan xilas etmək üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi. Ulu öndər Heydər Əliyev çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqillik qazanmasında gənclərin rolu böyükdür. İstiqlaliyyət, azadlıq, suverenlik uğrunda canından keçən oğul və qızlarımızın böyük əksəriyyəti gənclər idi. Ulu öndər Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılıb. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk Forumu keçirilib. 1 fevral 1997-ci il tarixdə Forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Ulu öndər Heydər Əliyev Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə bildirib: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
1999-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərman bu sahəyə böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. “Dövlət gənclər siyasəti haqqında” Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Ümummilli lider Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını vacib amil sayırdı. O, eyni zamanda idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırıb. Gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr bu sanədə daxil edilib.
Sevindirici haldır ki, əsası Ulu öndər tərəfindən qoyulan uğurlu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir və bu siyasət Azərbaycan gəncliyinin inkişafı üçün yeni üfiqlər açır.
Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif yarışların keçirilməsi istiqamətində çox uğurlu addımlar atılır.
Hazırda ölkədə çox sayda gənclər təşkilatları fəaliyyət göstərir. Onlar arasında Azərbaycanın və Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) öz ətrafında böyük bir tələbə ordusu cəmləşdirib. Təşkilatın hər bir təhsil müəssisəsində Tələbə Gənclər Təşkilatı (TGT) fəaliyyət göstərir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasının 110 dövlət və özəl ali məktəbinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların universitetləri aiddir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər həyata keçirir. Respublikamızın müxtəlif bölgələrində ATGTİ tərəfindən gənclər üçün təşkil olunan yay və qış liderlik məktəbləri bu baxımdan böyük önəm daşıyır. Yarandığı andan bu günə kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 500-dən çox layihə həyata keçirilib. Təşkilat yerli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsində də gənclərimizə öz töhfələrini verir. Tələbələrin xarici tədbirlərə cəlb olunmasında onun rolu danılmazdır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı daxilində fəaliyyət göstərən QHT və Məktəblərlə iş departamenti təşkilatın QHT və məktəblərlə əlaqələrinin yaradılması, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətində fəaliyyət göstərir, respublikamızda fəaliyyət göstərən QHT-lərlə birgə əməkdaşlığın qurulmasına xüsusi önəm verir, ölkə daxilində ümumtəhsil məktəbləri ilə qarşılıqlı əlaqəyə və məktəblilərlə bağlı keçiriləcək tədbirlərə məsuldur. Əsas məqsəd məktəblilər arasında (xüsusən yuxarı sinif şagirdləri) erkən yaşlarından liderlik bacarıqlarının inkişafı, məktəbdə özünüidarəetmə anlayışını formalaşdırmaq, məktəblilərin ictimai işlərlə məşğul olmasını stimullaşdırmaqdır. Bununla yanaşı, məktəblilərin ictimai fəaliyyətə olan marağını, onların formal təhsil ilə yanaşı qeyri-formal təhsildə də bilik və bacarıqlarını, dünyagörüşlərini, intellektual səviyyələrini artırmaqdır.
Beləliklə, sadalananlardan da aydın görünür ki, bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etməsi, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmasıdır.
Kamil Yaqubov,
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
QHT və Məktəblərlə iş
departamentinin direktoru

Paylaş:
Baxılıb: 943 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30