Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daşkəsən rayonunda 2014-cü il çox böyük uğurlar və nailiyyətlərlə yadda qalıb

Daşkəsən rayonunda 2014-cü il çox böyük uğurlar və nailiyyətlərlə yadda qalıb

11.02.2015 [10:03]

Dünən Daşkəsən rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, sonra rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlayıb. Toplantı iştirakçıları rayonda 2014-cü ildə əldə olunmuş nəticələrə və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş filmə baxıblar.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq deyib ki, 2014-cü hesabat ili bütövlükdə respublikamız üçün, eləcə də Daşkəsən rayonu üçün xüsusilə əhəmiyyətli və yaddaqalan olub: “Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ötən il rayonumuza səfəri və görülən işlərlə bilavasitə tanışlıq hər birimizdə şərəf hissi və qürur doğurur. Bu səfər zamanı biz dövlət başçısı qarşısında ötən illər ərzində rayonumuzda görülən işlərin hesabatını verdik. Düşünürəm ki, bu məqam rayonumuzun tarixində və hər birimizin həyatında xüsusi bir səhifə olacaqdır.
2014-cü ildə Daşkəsən rayonunda genişmiqyaslı işlər görülmüş, xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan dinamik inkişaf tempini qoruyub saxlamış, iqtisadi və sosial proqramlar yüksək səviyyədə yerinə yetirilmiş, ölkəmiz üçün və hətta deyərdim ki, bütövlükdə regional və daha qlobal əhəmiyyətə malik böyük layihələr uğurla icra olunmuşdur. 2003-cü ildən başlayaraq ötən hər il Azərbaycan xalqının və dövlətinin tarixinə qızıl hərflərlə yazılmış, başa vurduğumuz hər il tarixi hadisələr və nailiyyətlərlə yaddaşlarda qalmışdır. 2014-cü il də xalqımızın tarixində həyati bir dövr olmuş və bir sıra parametrləri ilə daha fərqli və daha zəngin olmuşdur. Bütün bu nailiyyətlər isə, təbii ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmışdır. Bu gün biz hər birimiz Azərbaycanın uğurlarına, hər birimizin şəxsi həyatında baş verən uğurlara, müsbət dəyişikliklərə görə cənab Prezident İlham Əliyevə minnətdarıq”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışına davam edərək ötən il rayonda iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, 2014-cü ildə Daşkəsən rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə artıb: “Ümumi məhsul buraxılışında 2013-cü illə müqayisədə 2014-cü ildə kənd təsərrüfatı məhsulları 271884,7 min manat (0,7 faiz çox), nəqliyyat üzrə 2736,9 min manat (4 faiz çox), ticarət xidmətləri üzrə 14538,3 min manat (3,6 faiz çox), rabitə xidmətləri üzrə 239,8 min manat (31,4 faiz çox) olmuşdur. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi baza möhkəmləndirilmiş, dövlət tərəfindən hərtərəfli dəstək verilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda 2013-cü ildə 34 sahibkara 501 min manat, 2014-cü ildə isə 49 sahibkara 637 min manat məbləğində güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2013-cü ildə 59, 2014-cü ildə isə 85 yeni iş yeri açılmışdır. Ümumilikdə rayon üzrə 2013-cü ildə 220-si daimi olmaqla 259, 2014-cü ildə isə 213-cü daimi olmaqla 328 yeni iş yeri açılmışdır. 2014-cü il ərzində 500 nəfər rayon ərazisində mövsümi təmir-tikinti işlərinə cəlb olunmuşdur. 2014-cü ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 345 manat, dövlət sektorunda isə 355,5 manat təşkil etmişdir. 2014-cü ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 99,9 faiz, xərclər üzrə 96,7 faiz yerinə yetirilmişdir”.
Qeyd olunub ki, hesabat dövründə rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir. Belə ki, Statistika idarəsinin inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib, Quşçu qəsəbəsində qəza vəziyyətində olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli yaşayış binasının tikintisi başa çatdırılıb, S.Vurğun adına 4 saylı şəhər, Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında, Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində, Xoşbulaq 2 saylı kitabxanasında, Qazaxyolçular kənd klubunda və Quşçu kənd mədəniyyət evində təmir işləri aparılıb. Bundan başqa, Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunub, Daşkəsən şəhərinin girəcəyindən başlamaqla Heydər Əliyev prospektinə və Heydər Əliyev meydanına və bəzi küçələrə yeni asfalt örtüyü salınıb, şəhərin girəcəyində Mərkəzi Kitabxana, rayon ərazisində yerləşən 2 ədəd dəmir yolu körpüsü əsaslı təmir olunub. Həmçinin, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının tikintisi davam etdirilib, yeni yaradılacaq Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisinə başlanılıb, hazırda da tikinti işləri davam etdirilir. Daşkəsən şəhərində küçələrin işıqlandırma sistemi yenidən qurulub, şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılıb.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edib, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30