Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində seminar keçiriblər

“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində seminar keçiriblər

13.02.2015 [09:59]

“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində (BANM) ARDNŞ-nin tərkibində olan bir sıra qurum nümayəndələri üçün quyuların tamamlanması ilə bağlı seminar keçiriblər. Seminarın 1-ci günündə BANM-in rektoru Elmar Qasımov iştirakçıları və məruzəçiləri Ali Məktəbin kollektivi adından salamlayıb və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi və nailiyyətləri haqqında məlumat verib. O, BANM-in “Halliburton” şirkəti və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin mütəxəssis hazırlığına dəyərli töhfələr verəcəyini vurğulayıb və 2014-cü ildə Bakı Ali Neft Məktəbi və “Halliburton” şirkəti arasında “Əməkdaşlıq haqqında Razılaşma” imzalandığını xatırladıb.
Seminarda “SOCAR-AQŞ” MMC-nin, “Azneft” İstehsalat Birliyinin, Kompleks Qazma İşləri Trestinin, “SOCAR ÜMİD” MMC-nin və ARDNŞ-nin digər struktur qurumlarının mühəndisləri iştirak ediblər.
Seminarın əsas məqsədi “Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-nin quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx işbirliyi qurmaq və onlara “Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli xidmət və avadanlıqlar təklif etməkdir. İki gün ərzində “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına “Təhlükəsizlik məsələləri barədə məlumat”, “Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrinin işinin təşkili və ümumi imkanları”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi”, “Qlobal mühitdə istifadə olunan müxtəlif tamamlama layihələri”, “Tamamlamada axının idarə olunması”, “Halliburton şirkətinin məhsul xidmətləri şəbəkəsi və Xəzər regionunda imkanları”, “Qumla mübarizə metodları və süzgəclər” və digər mövzularda təqdimatlar keçirilib.
BANM-də iki gün ərzində keçirilən seminar yekun qeydlərlə və sual-cavab sessiyası ilə yekunlaşıb.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30