Ana səhifə »  Sosial »  Babək rayonunun Qoşadizə kəndində quruculuq işləri aparılıb
A+   Yenilə  A-
Babək rayonunun Qoşadizə kəndində quruculuq işləri aparılıb

Muxtar respublikada kəndlərin infrastrukturunu səciyyələndirən əsas cəhətlərdən biri də yeni sosial obyektlərin inşasıdır. Əhalinin rahat yaşayışının təmin olunmasına hesablanmış bu tədbirlər son illər geniş vüsət alıb. Davamlı inkişaf yoluna qədəm qoyan Babək rayonunun kəndlərində də geniş quruculuq işləri aparılır. Bu kəndlərdən biri də Qoşadizədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 6-da Qoşadizə kəndində yeni tikilən sosial obyektlərin açılışı olub.
Kənd məktəbi üçün yeni bina tikilib
Təhsilin inkişafında vacib amillərdən biri də müasir infrastrukturun yaradılmasıdır. Xüsusilə yeni texnologiyaların tədrisdə tətbiqi məktəblərdə dərslərin daha səmərəli təşkilinə, dünyagörüşlü və savadlı gənclərin yetişdirilməsinə imkan verir. Son illər muxtar respublikada ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər də bu məqsədə xidmət edir.
Martın 6-da Qoşadizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə Babək rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək deyib ki, son illər Babək rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ötən il Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası, uşaq bağçası və rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəhri, Qahab, Naxışnərgiz, Güznüt kəndlərində müasir sosial obyektlər tikilərək istifadəyə verilib, 25,6 kilometrlik Hacıvar-Vayxır-Sirab, 14,5 kilometrlik Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolları yenidən qurulub, içməli su və kanalizasiya sistemlərinin çəkilişi davam etdirilib. Hazırda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi həyata keçirilir. Bu gün isə Qoşadizə kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Bu tədbirlər sakinlərin rahatlığının təmin olunmasına və yaşayış məntəqələrinin kompleks inkişafına xidmət edir. İcra başçısı yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qoşadizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Bu da ötən əsrin 70-ci illərində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının müstəqillik dövründə uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Artıq ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, xalqımız inkişaf etmiş xalqlar sırasına yüksəlmişdir”.
Ulu öndərimiz deyirdi ki, “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə nail olmaq üçün təhsil ardıcıl surətdə inkişaf etməlidir”. Bu fikirdə böyük həqiqət vardır. O ölkə inkişaf etmiş ölkə hesab olunur ki, orada təhsilə yüksək qiymət verilir, insanların bilik səviyyələri artırılır. Təhsilin səviyyəsini yüksəltmək üçün müəllimə, məktəb işinə dövlət qayğısı göstərilməlidir. Bu gün ölkəmizdə müəllim əməyinə yüksək qiymət verilir, yeni məktəb binaları tikilir, təhsil müəssisələri müasir avadanlıqlarla təmin olunur.
Ali Məclisin sədri deyib: “Ölkəmizdə gənc nəslin yaxşı təhsil alması, peşə sahibi olması üçün də müvafiq tədbirlər görülür. Bu məqsədlə təhsilin orta, peşə, orta ixtisas və ali təhsil pillələri müəyyənləşdirilmişdir. Həmçinin gənclərin xarici ölkələrdə ali təhsil almaları üçün də hərtərəfli şərait yaradılmışdır. Belə ki, orta məktəbdə yaxşı oxuyan, yüksək balla ali məktəblərə qəbul olunan gənclər dövlətimiz tərəfindən xarici ölkələrdə ali təhsil almağa göndərilir. Bütün bunlar da ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir. Çünki məktəblərdə təhsil alan gənclər müstəqil Azərbaycanın gələcək təminatçılarıdır. Ona görə də gənclər üzərlərinə düşən bu məsuliyyəti dərk edərək yaxşı təhsil almalı, vətənpərvər olmalı, özlərini gələcəyə hazırlamalıdırlar. Müəllimlər isə yaradılan şəraitdən düzgün istifadə etməli, təhsilli, dünyagörüşlü və vətənpərvər gənclər yetişdirməlidirlər”.
“Vətənpərvərlik və təhsilə münasibət ailədən başlayır və məktəbdə formalaşır”, - deyən Ali Məclisin sədri bildirib ki, bu işdə valideynlərin üzərinə böyük vəzifələr düşür. Vətənpərvərlik hissləri hər bir uşağa ailədə öyrədilməli, məktəblərdə isə bu iş daha da təkmilləşdirilməlidir. Bu mənada ailə-məktəb birliyi ölkəmizin gələcəyinə xidmət edir. Bunların yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən lazım olan şəraiti yaradılıbdır. Ölkəmizdə sabitlik, iqtisadi inkişaf, məktəblərdə isə müasir tədris şəraiti mövcuddur. Bu da gənc nəslin vətənpərvər və savadlı böyüdülməsində başlıca şərtdir.
Qeyd olunub ki, Qoşadizə kənd tam orta məktəbində tədris düzgün qurulub. Kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Şagird-müəllim münasibətlərində tələbkarlıq vardır. Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri bunu bir daha təsdiq edir.
Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara gələcək tədrisdə uğurlar arzulayıbdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.
Bildirilib ki, 360 şagird yerlik məktəbdə müasir tədris vasitələri quraşdırılıb. Binada 4-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompyuter və 2 şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Muxtar respublikada gənclərin kitabxanaya cəlbi və mütaliə vərdişlərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ümumtəhsil məktəblərində müasir kitabxanalar istifadəyə verilir, kitabxana işi daha da təkmilləşdirilir. Qoşadizə kənd tam orta məktəbinin kitabxana fondunda da 6 min 715 kitab vardır.
Kompyuter otaqlarında 38 kompyuter dəsti quraşdırılıb və internetə qoşulubdur. Həmçinin ayrı-ayrı laboratoriyalarda quraşdırılan elektron tədris avadanlıqları, istifadəyə verilən elektron lövhəli siniflər müasir tədris metodlarının tətbiqinə geniş imkanlar açır.
Ali Məclisin sədri ümumtəhsil məktəblərində kitabxana işinin təşkilinə ciddi diqqət yetirilməsi, eləcə də kimya, biologiya və fizika müəllimlərinin ixtisasartırma kurslarına göndərilməsi barədə tapşırıqlar verib.
Muxtar respublikada təhsilin informasiyalaşdırılması və müasir texnologiyalarla təminatı sahəsində görülən işlər elektron tədrisin təşkilinə geniş imkanlar açıb. Elektron lövhəli sinfə baxış zamanı muxtar respublikanın 210 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında interaktiv dərs nümayiş olunub.
Sonra Ali Məclisin sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, bu tədris ilində məktəbin birinci siniflərinə 23 şagird qəbul olunubdur. Müəllimlər dərsləri şagirdlərin qavrayacağı formada tədrisinə üstünlük verir, onlarla fərdi söhbətlər aparırlar.
Şahmatın tədrisi uşaqların əqli inkişafına və asudə vaxtlarının təşkilinə kömək göstərir. Məktəbin şahmat otaqları bütün lazımi vasitələrlə təchiz olunub.
Muxtar respublikada şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə, hərb sənətinə marağın artırılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə işlər idmanın inkişafı ilə paralel aparıldıqda isə daha effektiv nəticələr verir. Qoşadizə kənd tam orta məktəbində müasir hərbi kabinə, geniş idman zalı və açıq idman qurğularının istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir.
İdman zalı ilə tanışlıq zamanı Ali Məclisin sədri gənclərin fiziki inkişafının vacibliyini vurğulayıb, bədən tərbiyəsi və idman dərslərinə xüsusi diqqət yetirilməsi, gənclərin idmana marağının artırılması barədə tapşırıqlar verib.
Məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra Ali Məclisin sədri müəllimlərlə görüşüb.
Söhbət zamanı Ali Məclisin sədri deyib ki, Qoşadizə kənd tam orta məktəbi tam müasir tələblərə cavab verir. Bu da təhsilin səviyyəsini yüksəltməyi, nailiyyətləri daha da artırmağı zəruri edir. Müasir tədris avadanlıqlarından istifadə keçirilən dərslərin daha yaxşı qavranılmasına imkan verəcəkdir. Müəllimlər daim üzərlərində işləməli, tədrisdə yeni texnologiyaların imkanlarından geniş istifadə olunmalı, nailiyyətlər artırılmalıdır.
Müəllim Şəmsiyyə Əsgərova kollektiv adından minnətdarlıq edərək deyib ki, hər cür şəraiti olan məktəb binasının istifadəyə verilməsi gənc nəslə göstərilən qayğının daha bir ifadəsidir. Bu şəraitdən səmərəli istifadə etmək, vətənpərvər və bilikli gənclər yetişdirmək isə pedaqoji kollektivin qarşısında duran əsas vəzifələrdir. Müəllimlər bundan sonra da məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışacaqlar.
Məktəbin həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıbdır.
Qoşadizədə kənd mərkəzi istifadəyə verilib
Muxtar respublikada sosial sahənin inkişafına hesablanmış quruculuq tədbirləri sırasında kənd mərkəzlərinin inşasına mühüm əhəmiyyət verilir, dövlət qurumlarının fəaliyyətinin vahid mərkəzdən təşkili təmin olunur. Kənd yaşayış məntəqələrində bu cür idarəetmə mexanizminin formalaşdırılması bilavasitə sakinlərin rahatlığına xidmət edir.
Martın 6-da Qoşadizə kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ikimərtəbəli binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə və mədəniyyət evləri, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana və 60 yerlik iclas zalı yerləşir.
Rabitə evində poçt şöbəsi yaradılıb və 384 nömrəlik yeni nəsil ATS quraşdırılıbdır. Sakinlər yeni sistem vasitəsilə ən müasir rabitə xidmətlərindən - genişzolaqlı internet, İP televiziya və digər elektron xidmətlərdən istifadə edəcəklər. Həmçinin, poçt şöbəsində yaradılan şərait əhaliyə nümunəvi xidmət göstərməyə və kommunal xidmət haqlarının yığılmasına imkan verəcəkdir.
Binada Qoşadizə kənd bələdiyyəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün də müasir şərait yaradılıb. Mərkəzdə kənd kitabxanasının və mədəniyyət evinin fəaliyyəti də təmin edilib. Kitabxanada 7228 ədəbiyyat vardır. Yeni Azərbaycan Partiyası Qoşadizə kənd ərazi ilk təşkilatının 62 üzvü vardır. Onlardan 24-ü gənclər, 10-u isə qadınlardır. Müasir iş otağı ərazi ilk təşkilatının daha səmərəli fəaliyyətinə imkan verəcəkdir.
Baytarlıq məntəqəsinə baxış zamanı Ali Məclisin sədrinə məlumat verilib ki, kənddə bioloji təhlükəsizliyin qorunması diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır, məhsuldarlıq ilbəil artırılır. Hazırda baytarlar mövsümlə əlaqədar olaraq profilaktik tədbirlər görür, təsərrüfatlarda xəstəliklərə qarşı dezinfeksiya işləri aparırlar.
Sonra Ali Məclisin sədri feldşer-mama məntəqəsində olub, kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıbdır.
Bildirilib ki, binada feldşer-mama məntəqəsi üçün iş otaqları ayrılıb, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunubdur. Tibb işçiləri əhali arasında maarifləndirmə işinin aparılmasını, gigiyenik qaydalara əməl olunmasını əsas istiqamət kimi müəyyənləşdiriblər. Həmçinin hamilə qadınların qeydiyyata alınması, onlara patronaj xidmətinin göstərilməsi, uşaqların vaxtlı-vaxtında peyvəndə cəlb olunması da diqqət mərkəzindədir.
Ali Məclisin sədri kənd sakinlərinin sağlamlığını qorunması sahəsində bundan sonra da ardıcıl tədbirlərin görüləcəyini bildirib, səhiyyə xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini veribdir.
Binada fərdi istilik sistemi yaradılıb və həyət abadlaşdırılıbdır.
Qoşadizə kəndində yeni xidmət mərkəzi fəaliyyət göstərəcək
Martın 6-da Qoşadizə kəndində xidmət mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra xidmət mərkəzi ilə tanış olub.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, geyim dəstlərinin və təsərrüfat mallarının satışı təşkil olunub. Mərkəzdə 5 nəfər işlə təmin olunubdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub.
Ali Məclisin sədri deyib ki, dövlətimiz tərəfindən sakinlərin rahat yaşayışı istiqamətində ardıcıl tədbirlər görülür, yaşayış məntəqələri müasirləşdirilir. Qoşadizə kəndi də öz simasını tamamilə dəyişibdir. İstifadəyə verilən yeni sosial obyektlər, yaradılan şərait əhalinin rahat yaşayışına hesablanıb. Qoşadizə kəndinin bərəkətli və məhsuldar torpaqları, zəhmətkeş insanları vardır. İnsanlar əkinçiliklə, maldarlıqla məşğul olurlar. Yaradılan şərait gələcəkdə də bu işlərin davam etdirilməsinə, əhalinin rahat və firavan yaşayışına, məskunlaşmanın artmasına səbəb olacaqdır. Sakinlər göstərilən dövlət qayğısından layiqincə bəhrələnməli, kəndin abadlaşmasında bundan sonra da yaxından iştirak etməlidirlər.
Ali Məclisin sədri kəndin kompleks inkişafını xalq-dövlət birliyinin nəticəsi kimi dəyərləndirib, qarşıdan gələn Novruz bayramı münasibəti ilə sakinləri təbrik edib.
Kənd sakini, ziyalı Zeyqəm Məhərrəmov minnətdarlıq edərək deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi ölkəmizi inkişaf və tərəqqiyə qovuşdurub. Bu inkişaf, tərəqqi Naxçıvan Muxtar Respublikasının da bütün yaşayış məntəqələrini əhatə edib. Şəhər, qəsəbə və kəndlərdə böyük quruculuq işləri aparılır. Qoşadizə kəndinin müasir görkəm alması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bu gün kənd kompleks şəkildə abadlaşıb. İnsanlar rahat yoldan, fasiləsiz elektrik enerjisindən, təbii qazdan, rabitə xidmətindən istifadə edirlər. Gənc nəslin hərtərəfli böyüməsinə xidmət edən müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi isə sakinlər üçün ən böyük hədiyyədir. İnsanlar bütün bu işləri xalqa, Vətənə, dövlətçiliyə sədaqətlə xidmətin nəticəsi hesab edir, ölkəmizin inkişafına öz töhfələrini verməyə çalışırlar.
Bildirilib ki, kənddə 1200 metr yola asfalt örtük salınıb, 482 metr uzunluğunda beton kanal çəkilib, 16 su keçidi tikilibdir. Sakinlərin kommunal şəraiti də yaxşılaşdırılıb, 2800 metr fiber-optik, 2000 metr yerüstü və 1500 metr yeraltı rabitə xətti çəkilib, 450 metr elektrik xətti yenilənib, müxtəlif güclü transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılıbdır. Həmçinin yeni tikililərə 238 metr məsafədə qaz, 220 metr içməli su xətləri çəkilib, yaşıllıqların suvarılması üçün 2250 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulubdur.

 
  • Oxunub:  9330  |  
  • Tarix:  07-03-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA