Ana səhifə »  Sosial »  Bakıda “Muğam aləmi” IV beynəlxalq musiqişünaslıq simpoziumu işə başlayıb
A+   Yenilə  A-
Bakıda “Muğam aləmi” IV beynəlxalq musiqişünaslıq simpoziumu işə başlayıb

Martın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam aləmi” IV beynəlxalq musiqişünaslıq simpoziumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu olduğunu vurğulayıb.
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran Xalq artisti bildirib ki, bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunmaqdadır.
Hər dəfə simpoziumun mövzu baxımından zənginləşdiyini söyləyən F.Əlizadə deyib ki, bu da özlüyündə musiqiyə, xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Təsadüfi deyil ki, Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına daxil edilib.
Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolu olduğunu vurğulayan nazir qeyd edib ki, məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq dördüncü dəfədir ölkəmizdə Beynəlxalq Muğam Festivalı keçirilir. Bu tədbir dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib. Festivalın davam etdiyi müddətdə qonaqlar Azərbaycanda muğam musiqisi ilə yanaşı, digər mədəniyyət nümunələri, tariximiz, adət-ənənələrimiz ilə tanış ola biləcəklər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti, akademik Akif Əlizadə çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Heyrətamiz kompozisiyaya malik muğamda poeziya, musiqi, fəlsəfə, estetika, psixologiya, dil, tarix, humanizm, vətənsevərlik, didaktika kimi elm və sənət sahələri bir-biri ilə üzvi şəkildə birləşib. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam sənətinin inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.
Akif Əlizadə bildirib ki, 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər iki ildən bir Beynəlxalq Muğam Festivalının və Beynəlxalq Muğam Simpoziumunun keçirilməsi istər bu milli sərvətimizin bütün dünyada tanıdılması, istərsə də onun ümumbəşəri əhəmiyyətinin elmi cəhətdən araşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
AMEA-nın prezidenti deyib: “2013-cü ildə 24 ölkənin muğam bilicilərinin qatıldığı üçüncü Beynəlxalq Muğam Festivalından sonra qərara aldıq ki, Azərbaycan muğamı fenomenini daha dərindən və hərtərəfli araşdırmaq üçün Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nəzdində “Muğamşünaslıq” şöbəsi yaradaq. Bu şöbənin hazırladığı “Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” adlı toplu Azərbaycan muğamına və sənətinə elmi töhfədir. Toplunun hazırlanmasında ölkədə muğam üzrə tədqiqatlara və nəşrlərə rəhbərlik edən Heydər Əliyev Fondunun müstəsna rolu vardır”.
UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) baş katibi, Lyublyana Universitetinin professoru Svanibor Pettan tədbirin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.
Qonaq deyib ki, IV Beynəlxalq musiqişünaslıq simpoziumunda 13 ölkənin musiqişünasları, alimləri iştirak edir və 32 məruzə təqdim olunub. Beləliklə, mütəxəssislər təcrübələrini bir araya gətirmək imkanı qazanıblar.
S.Pettan simpoziumun materiallarının kitab halında çap edilərək hər bir iştirakçıya çatdırılmasını təqdir edərək muğam sənətinə göstərilən diqqətə və verdikləri töhfəyə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.
Simpozium iştirakçılarını salamlamaqdan böyük qürur hissi duyduğunu söyləyən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə muğam festivalının tarixi əhəmiyyət daşıdığını, Azərbaycan xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına xidmət etdiyini diqqətə çatdırıb.
Fatma Abdullazadə qeyd edib ki, bu beynəlxalq festival müxtəlif ölkələrdə musiqinin tədqiqi ilə məşğul olan alimlərə, mütəxəssislərə Bakıda muğam problemlərini müzakirə etmək imkanı yaradır. Ən önəmlisi isə odur ki, simpoziuma qatılanlar əsasən bilavasitə muğamı inkişaf etdirən, onunla məşğul olan insanlardır.
Prezident Administrasiyasının şöbə müdiri deyib: “AMEA-da muğamşünaslıq şöbəsinin yaradılması əyani surətdə sübut edir ki, Azərbaycanda muğamşünaslıq doğurdan da yeni bir mərhələyə qədəm qoyur. Biz artıq təsvirlərdən, təsnifatdan, hansısa musiqi xadiminin, xanəndənin həyat və yaradıcılığı haqqında yazılanlardan muğam tədqiqatları istiqamətində tamamilə yeni mərhələyə keçirik. Bu mərhələnin əsas problemi ondan ibarətdir ki, Azərbaycan muğamı hədsiz dərəcədə zəngin olduğundan onu tədqiq etmək olduqca çətindir. Muğam irrasional sənətdir”.
Bu gün Alim Qasımovun Qərbdə fenomenal ifaçı kimi qəbul olunduğunu söyləyən Fatma Abdullazadə bildirib ki, o, ruha qida verməyi bacardığı, muğamın aliliyini, ülviliyini dinləyiciyə çatdıra bildiyi üçün milliyyətindən asılı olmayaraq hər bir insanı səsinin sehrinə salır. Azərbaycan xalqının böyük xoşbəxtliyi, sərvətidir ki, bu gün onun muğam ifaçıları arasında belə ustad sənətkar var. Alim Qasımovun sənəti onu da sübut edir ki, novatorluqla ənənə vəhdətdə olanda muğam yaşayır.
Muğamı çox vaxt Qərb təfəkkürü daşıyıcılarının tədqiq etməyə çalışdığını söyləyən Fatma Abdullazadə bildirib ki, Qərb təfəkkürü ilə Şərq təfəkkürü muğamda həm birləşə, həm də ayrıla bilər. O, Qərblə Şərqin şərti bölgüsündən çıxış edərək vurğulayıb ki, əslində Azərbaycan muğamının tədqiqi rasional üsullarla irrasional olan bir mətləbi tədqiq etmək deməkdir.
Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, indiki qloballaşma dövründə kreativ şüurun oyanması, milli ruhun yaşadılması üçün orta məktəbdə şagirdlərə muğam tədris edilməlidir. Çindən tutmuş İspaniyaya qədər muğam rüşeymləri və elementlərinin, muğam sənətinin mövcud olduğunu söyləyən Fatma Abdullazadə muğamın tədqiqinə dair beynəlxalq proqram formalaşdırmaq təklifini də irəli sürüb.
Simpoziumun açılış mərasiminə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yekun vurub.
Sonra elmi simpozium işini “Muğam/maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmə iclası ilə davam etdirib. İclasda İCTM-in baş katibi Svanibor Pettan “Ənənəvi musiqi üzrə Beynəlxalq Şura - Qafqaz və türkdilli dünya”, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru Zemfira Səfərova “Üzeyir Hacıbəylinin ilk muğam operası “Leyli və Məcnun”da ənənə və novatorluq və dəstgahların nota yazılma problemlərinin təcəssümü”, Harvard Universitetinin professoru Riçard Kent Volf “Raqa Alapananın ritmik aspektləri” mövzularında məruzələrlə çıxış ediblər. Eyni zamanda, fikir mübadiləsi aparılıb və milli alətlərdə musiqi səsləndirilib.
Çıxış edən digər musiqişünas alimlər muğam musiqisini elmi cəhətdən müzakirə etməklə yanaşı, onun mədəniyyətləri, xalqları birləşdirən körpü olduğunu vurğulayıblar.
Simpoziuma martın 14-də yekun vurulacaq.

 
  • Oxunub:  10260  |  
  • Tarix:  13-03-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb
22 Yanvar 17:37
Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunacaq
22 Yanvar 17:32
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
22 Yanvar 17:29
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
22 Yanvar 17:26
Çingiz Əliyev: “Azərbaycan zəngin seçki təcrübəsinə malik ölkədir”
22 Yanvar 17:23
Ağdaşda Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
22 Yanvar 17:21
Eli Naxt: “Azərbaycanda seçkilərin şəffaf keçirilməsi üçün ciddi işlər aparılır”
22 Yanvar 17:17
“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib
22 Yanvar 17:13
VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım (VİDEO)
22 Yanvar 16:55
AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
22 Yanvar 16:51
Yeni TV-də qonaq Tahir Mirkişilidir. DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ! (VİDEO)
22 Yanvar 16:44
İtaliya qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub
22 Yanvar 16:40
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib
22 Yanvar 16:39
Musiqili Teatrın səhnəsində “999-cu gecə” olacaq
22 Yanvar 16:34
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib
22 Yanvar 16:33
İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib
22 Yanvar 16:30
Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam
22 Yanvar 16:17
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub
22 Yanvar 16:13
YAP tərəfindən MM-in üzvlüyünə namizəd Afət Həsənova Əmircan qəsəbəsində şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb
22 Yanvar 16:10
Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
22 Yanvar 16:04
MM-in üzvlüyünə namizəd Rauf Əliyevin Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
22 Yanvar 16:01
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0