Ana səhifə »  Sosial »  Uşaq ədəbiyyatının dəyərli tədqiqatçısı, tələbələrin sevimli müəllimi
A+   Yenilə  A-
Uşaq ədəbiyyatının dəyərli tədqiqatçısı, tələbələrin sevimli müəllimi

Azərbaycan uşaq ədəbiyyatının tanınmış tədqiqatçılarından biri, istedadlı filoloq alim, tərcümə nəzəriyyəçisi və tərcüməçi Əsgərli Füzuli Feyruz oğlunun 70 yaşı tamam olur.
Onun həyat səhifələrini vərəqləyək: Füzuli Əsgərli 1945-ci il martın 18-də Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur. 1952-1963-cü illərdə Çaxırlı kənd məktəbində orta təhsil almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin əyani şöbəsini bitirmişdir. “Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi problemləri (1950-1980)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.
Bütün ömrünü uşaq ədəbiyyatının tədqiqinə və təbliğınə, bədii tərcüməyə və onun nəzəriyyəsinə həsr etmiş, bununla yanaşı, həm də işlədiyi doğma ali məktəbdə müəllimlik sənətinin şərəfini həmişə uca tutmuş Füzuli Əsgərlinin çoxşaxəli fəaliyyətinə nəzər salaq.
Ədəbiyyatşünas alim Füzuli Əsgərli - bir çox kitabların və 100-dən çox elmi-nəzəri və publisistik məqalənin müəllifidir. “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Bədii təhlil və ədəbi tənqid”, “Sehrli dünyanın memarı” monoqrafiyalarının, “Ədəbi düşüncələr”, “Zahid Xəlilin sənət dünyası”, “Problemlər, düşüncələr...”, “70 ilin işığında” məqalələr toplusunun müəllifidir. Bir sıra maraq doğuran silsilə məqalələr qələmə almışdır: “Azərbaycan uşaq şeiri və ədəbi tənqid”, “Azərbaycan uşaq nəsri və ədəbi tənqid”, “Azərbaycan uşaq dramaturgiyası və ədəbi tənqid”, “C.Məmmədquluzaqənin Azərbaycan ədəbiyyatı tarixində mövqeyi”, “C.Məmmədquluzadə əsərlərinin dili və sənətkarlıq xüsusiyyətləri”, “C.Məmmədquluzadənin tərcümeyi-halı və nəsr əsərlərinin öyrədilməsi” və sair. “Qızıl qələm” mükafatı laureatıdır.
F.Əsgərlinin monoqrafiyaları haqqında müxtəlif adlı respublika mətbuatında - “Ədəbiyyat qəzeti”, “Respublika”, “Azərbaycan müəllimi”, “Gənc müəllim”, “525-ci qəzet”, “Türküstan”, “Mədəniyyət”, “Azad Azərbaycan”, “Kaspi”, “Gəncənin səsi” və digər qəzetlərdə məqalələr çap edilmiş, onun alimlik fəaliyyəti və əsərləri haqqında dəyərli fikirlər söylənilmişdir.
Müəllim Füzuli Əsgərli - 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirəndən sonra “Məşəl” tələbə teatrının bədii rəhbəri kimi burada saxlanılmış, 1974-cü ildən isə dərs deməyə başlamışdır. Bu gün də onun “Uşaq ədəbiyyatı” fənnindən oxuduğu mühazirələr və apardığı seminar məşğələləri tələbələrin böyük marağına səbəb olur. Mühazirələrində milli uşaq ədəbiyyatının motivlərini dünya uşaq ədəbiyyatı motivləri ilə sintez halında birləşdirən Füzuli müəllim tələbələri elmi axtarışlara cəlb edə bilmiş, nəticədə bu sahədə böyük uğurlar qazanmışdır. Onun rəhbərliyi ilə Universitet Tələbə Elmi Cəmiyyətində iştirak edən tələbələrin bir çoxu birinci və ya müxtəlif dərəcəli diplomlara layiq görülmüşdür.
Füzuli müəllim, həmçinin, ali və orta ixtisas məktəbləri üçün “Uşaq ədəbiyyatı” dərsliyinin, “Azərbaycan uşaq ədəbiyyatı” və “Dünya uşaq ədəbiyyatı” adlı dərs vəsaitlərinin, dərs proqramının (“Uşaq ədəbiyyatı”, “Ədəbi əsərlərin təhlili”) müəllifidir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tələbələrin tədris prosesinə daha fəal cəlb edilməsi, tələbələrin dərslik və dərs vəsaiti ilə təminatı, yeni təlim texnologiyalarının tətbiqi sahəsində qazandığı nailiyyətlərə görə bir neçə il “İlin müəllimi” müsabiqəsinin qalibi olmuş, “İlin nüfuzlu ziyalısı” fəxri adına layiq görülmüşdür. Bilik səviyyəsinə, təşkilatçılığına, Universitetdə keçirilən tədbirlərdə və ictimai işlərdəki fəallığına, prinsipial səmimi xarakterinə görə professor-müəllim kollektivinin və dərs dediyi tələbələr arasında böyük nüfuz qazanmışdır.
Tərcüməçi-nəzəriyyəçi Füzuli Əsgərli - Son illər bu sahədə müəyyən dərəcədə boşluq hiss edərək “Bədii tərcümə prinsipləri” (2009) monoqrafiyasını qələmə almış, bu günümüzə qədər çap edilmiş nöqsanlı uşaq nəsr əsərlərinin təshih olunmasını və yenidən tərcümə edilərək nəşr olunmasını tövsiyə etmişdir. Monoqrafiyada obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığı, milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə üsulları problemlərinin düzgün həlli yollarını göstərmişdir.
Qırx il tərcümə sənətinə sadiq qalan, bu gün də fəaliyyətini davam etdirən F.Əsgərli bir sıra dünya xalqları yazıçılarının əsərlərini dilimizə məharətlə tərcümə edərək Azərbaycan oxucularına təqdim etmişdir. Onun tərcümə etdiyi A.Tolstoy, N.Nosov, Y.Larri, K.Sergiyenko, E.Vilde, A.Tammsaare, P.Kuusberq, A.Yaaksoo, Ə.Nesin, A.Laurinçukas, M.İrçan, F.Mironov, K.L.Kollodi, B.Xudaynəzərov, K.Naymanbayev, N.Dumbadze, A.Vestli və digər qələm sahiblərinin əsərləri çap olunmuş, onlardan bəziləri isə Dövlət Televiziya və Radiosuna təqdim edilmişdir.
Əsasən, 70 illik yaşamının 40 ilini Azərbaycan uşaq ədəbiyyatının tədqiqinə həsr etmiş Füzuli Əsgərlinin monoqrafiyalarını oxuduqca hiss edirsən ki, böyük səbr sahibi olan müəllif bu sahəni araşdırarkən tədqiqatın ən incə və zəruri məqamlarına fikir vermiş, bu sahəni yeni elmi məlumatlarla zənginləşdirmişdir. Xüsusilə onun “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” adlı monoqrafiyasını qeyd etmək lazımdır. Milli uşaq ədəbiyyatımızın təşəkkülü və maarifçilik dövrü inkişafından başlayaraq, müstəqillik illərində milli uşaq ədəbiyyatında bədii forma axtarışlarına qədər dövrü əhatə edən bu elmi əsərdə bir çox elmi mənbələr diqqətlə araşdırılmış, müxtəlif illərin ədəbi mühitinə obyektiv qiymət verilmiş, təzadlı inkişaf yolu keçmiş, ifrat siyasi ideologiyaya daha çox önəm vermiş Sovet hakimiyyəti illərində yazılmış Azərbaycan uşaq ədəbiyyatının yaradıcılıq mühiti mənbələr və məntiqi elmi mülahizələr əsasında bitkin şəkildə şərh olunmuşdur. Bu əsərin əsas elmi dəyəri ondan ibarətdir ki, müəllif bir sıra yeni mənbələri üzə çıxarmış, tədqiqata cəlb edilmiş ədəbi yaradıcılıq mühitinin obyektiv qiymətini verə bilmişdir. Bu əsərdə, həmçinin, bir çox rus ədəbiyyatşünas-tədqiqatçılarının əsərlərinə istinad edilmiş, hər ədəbi inkişaf mərhələsinin obyektiv dəyərləndirilməsi və ardıcıl şərhi üçün onlardan uyğun sitatlar gətirilmişdir.
Ədəbiyyatşünas F.Əsgərlinin “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları” adlı monoqrafiyası isə mən deyərdim ki, indiyə qədər müraciət olunmayan bir mövzu dairəsini əhatə edir. Bu əsərdə yüksək ideyalılığı və estetik dolğunluğu ilə uşaq ədəbiyyatının əsas qaynaqlarından biri olan xalq yaradıcılığı yazılı ədəbiyyatın bir mənbəyi kimi tədqiq olunmuş, milli uşaq ədəbiyyatının yaradıcılıq ənənələrindən söz açılmış, klassik ədəbiyyatımızda folklor motivli uşaq oxusu nümunələri araşdırılmış, X.Şirvani, N.Gəncəvi, Q.Bürhanəddin, Ə.Təbrizi, Ş.İ.Xətai, M.Füzuli və digər sənətkarların əsərlərindəki uşaq oxusu nümunələri üzə çıxarılmışdır. O cümlədən, XIX əsrin birinci yarısında N.Gəncəvi ənənələrini orijinal şəkildə davam və inkişaf etdirən A.Bakıxanov və Q.Zakirin mənzum hekayə və təmsilləri bir uşaq oxusu kimi tədqiqata cəlb edilmişdir.
Müəllif XIX əsrin ikinci yarısı, XX əsrin ilk iki onilliyində yaranmış milli uşaq ədəbiyyatındakı qarşılıqlı yaradıcılıq qaynaqlarını üzə çıxarmış, hind xalq yaradıcılığı olan “Kəlilə və Dimnə”nin Azərbaycan sənətkarlarına göstərdiyi təsir gücünü uyğun gələn misallarla sübut etmişdir. Həmçinin, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, R.Əfəndizadə, A.Şaiq, A.Divanbəyoğlu, İ.Musabəyov, C.Cabbarlı və digər qələm sahiblərinin yaradıcılığında dünya uşaq ədəbiyyatı motivlərinin təsir gücünü ədəbi nümunələrdən gətirdiyi misallarla göstərmişdir.
Qabaqkı illər ədəbi prosesdən fərqli nəzərə çarpan Sovet dövrü uşaq ədəbiyyatına müxtəlif ədəbi mənbələrin təsiri maraqlı faktlarla şərh olunmuşdur. A.Şaiq, M.Seyidzadə, M.Müşfiq, Mir Cəlal, Ə.Vəliyev, S.Vurğun, M.Dilbazi, R.Rza, Ə.Cəmil, M.Rzaquluzadə və digər qələm sahiblərinin qarşılıqlı yaradıcılıq mühitində ədəbi fəaliyyəti geniş təhlilə cəlb edilmişdir.
Tədqiqatçı alim F.Əsgərli yorulmaq bilmədən çalışmış, bir-birinin ardınca gərgin zəhməti hesabına başa gətirdiyi monoqrafiyalarını çap etdirmişdir. Müəllif qələmə aldığı “Bədii təhlil və ədəbi tənqid” adlı monoqrafiyasında müxtəlif problemlərə toxunmuş, ədəbi proseslər haqqında daha geniş təsəvvür yaratmaq üçün janrlar üzrə bədii təhlillərə geniş yer vermiş tənqidi fikirlərə öz münasibətini bildirmişdir. Bu kitaba daxil edilmiş “Azərbaycan nəsri və onun ədəbi tənqiddə yeri”, “XX əsrin 80-ci illərində Azərbaycan roman janrı ədəbi tənqiddə”, “Milli uşaq nəsrində obraz problemi və ədəbi tənqid”, “Dramaturji əsərlər ədəbi tənqidin güzgüsündə”, “Azərbaycan uşaq dramaturgiyasının inkişaf mərhələləri”, “XX əsrin 60-90-cı illərində uşaq şeiri və ədəbi tənqid”, “XX əsrin 50-ci illərində Azərbaycan ədəbi tənqidinin inkişaf yolu” adlanan fəsillərdən də görmək olur ki, tədqiqatçı müxtəlif illərdə mövcud olan ədəbi prosesləri, nəzəri məsələləri dərindən duyduğuna görə yanlışlığa yol vermədən ədəbi əsərləri obyektiv təhlil etmək, geniş mülahizələr yürütmək və elmi fikir söyləmək qüdrətinə malikdir.
Z.Xəlilin anadan olmasının 70 illik yubileyinə həsr etdiyi “Sehrli dünyanın memarı” adlı monoqrafiyasında F.Əsgərli sənətkarın poeziya, nəsr və dramaturji fəaliyyətini elmi-nəzəri aspektdə araşdırmış, tədqiqata cəlb etdiyi əsərlərin ideya-bədii və sənətkarlıq məziyyətlərinin açılmasına xüsusi diqqət yetirmişdir. Kitabda Zahid Xəlil poeziyasının musiqi ilə ahəngdarlığı, tərcümə yaradıcılığı və qarşılıqlı ədəbi əlaqələri daha geniş yer almış, müxtəlif qəzet və jurnallarda çap olunan Azərbaycan və rus tənqidçilərinin şairin yaradıcılığına münasibətini əks etdirən məqalələr toplanmışdır. “Sehrli dünyanın memarı”na nüfuz etdikcə düşünürsən ki, Zahid Xəlil yaradıcılığı janrdan asılı olmayaraq, hansı dəyərə malikdir, həmçinin, kiçik yaşlı oxucuların onu bu qədər sevməsinin səbəbləri üzə çıxır. Çünki mahir tədqiqatçı Zahid Xəlilin uşaq dünyasına bu həzinlikdə bələdçiliyinə, bədii nüfuz dairəsini yaxından tanıdığına görə belə bir bitkin tədqiqat əsərini ərsəyə gətirə bilmişdir: “Uşaqları söz sehrinə salan şair”, “Həm də böyüklərin həmdəmi”, “Uşaq şeirləri musiqi qanadlarında”, “Milli uşaq nəsrinin novatoru”, “Milli uşaq ədəbiyyatımızda ilk macəra roman janrı”, “Uşaq dramaturgiyasının inkişafında fəaliyyəti”, “Qarşılıqlı ədəbi əlaqələrin, bədii tərcümənin inkişafında rolu” və “Azərbaycan-rus ədəbi tənqidi bədii yaradıcılığı haqqında” fəsilləri dediklərimizi bir daha təsdiq edir. Kitabda, həmçinin, Azərbaycanın və dünyanın bir çox tanınmış yazıçı və şairlərinin Zahid Xəlilə və kitabın müəllifi Füzuli Əsgərliyə ünvanladığı məktub və teleqramlar bizə bunu deməyə əsas verir ki, bu ədəbi mühitdə tədqiqatçının da qələm sahibləri arasında nüfuz dairəsi geniş olmuşdur.
Tədqiqatçı alim Füzuli Əsgərli 70 yaşı haqlasa da, bu gün də öz elmi yaradıcılığı üzərində yorulmadan çalışır, müasir uşaq ədəbiyyatındakı problemlərin həlli üzərində düşünür və gələcəkdə bu ədəbiyyatın yeni istiqamətdə inkişafı üçün orijinal fikirlər irəli sürür. Milli uşaq ədəbiyyatını daha da zənginləşdirmək üçün dünya uşaq ədəbiyyatını da dilimizə tərcümə edir.
Mən tələbəlik dostuma uzun ömür, cansağlığı, yaradıcılığında uğurlar arzulayıram!
Nizami Xudiyev,
filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi

 
  • Oxunub:  9270  |  
  • Tarix:  14-03-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA