Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məktəblilər arasında paintball yarışı keçirilib

Məktəblilər arasında paintball yarışı keçirilib

10.04.2015 [09:57]

Nizami rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər II Dünya müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə tədbirlərə start verilib
Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər II Dünya müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu istiqamətdə rayon məktəbliləri arasında paintball üzrə yarış keçirilib.
Bakı Paintball Mərkəzində baş tutan yarışmanın açılışında çıxış edən Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və başqaları deyiblər ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir.
Bildirilib ki, Azərbaycan xalqı qəhrəman xalqdır və ölkəmiz şanlı tarixi, əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Çünki bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi əyani sübutdur.
Vurğulanıb ki, müstəqil dövlətdə yaşayan hər bir gənc bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük uğurdur və bütün gənclər onun qorunması, möhkəmləndirilməsi naminə əlindən gələni etməlidir.
Qeyd edilib ki, bu cür yarışların keçirilməsi də bir daha gənclərdə vətənpərvərlik hisslərini yüksəltmək və onların layiqli vətəndaş kimi yetişmələrinə dəstək məqsədi daşıyır.
Çıxışlardan sonra yarışa start verilib.
22 məktəb nümayəndəsinin iştirak etdiyi yarışda 4 komanda Olimpiya sistemi üzrə gücünü sınayıb.
Yarışın sonunda qaliblər mükafatlandırılıb.

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30