Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təranə Xudabaxşıyeva: Birinci Avropa Oyunlarında idmançılarımız parlaq qələbələr qazanacaqlar

Təranə Xudabaxşıyeva: Birinci Avropa Oyunlarında idmançılarımız parlaq qələbələr qazanacaqlar

30.04.2015 [09:54]

“Birinci Avropa Oyunları Azərbaycan idmanı tarixində yeni uğurlarla yadda qalacaq”. Bunu qəzetimizə taekvando üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşıyeva deyib. Onun sözlərinə görə, Bakıda keçiriləcək Avropa Oyunları öncəliklə idmançılarımızın daha çox ölkədə və dünya arenasında tanınmasına dəstək verəcək: “Ölkədə idman azarkeşləri daha da çoxalacaq. Yeniyetmə və gənclərin idmana marağı artacaq və idman zallarında daha çox canlanma yaşanacaq. Bəlkə də, bu yarış sayəsində idmana maraq göstərən gənc və yeniyetmələr arasında gələcəyin Avropa, Dünya və Olimpiya çempionları olacaq”.
T.Xudabaxşıyeva açıqlamasında birinci Avropa Oyunlarında idmançılarımızın parlaq qələbələr qazanacaqlarına inandığını da deyib: “Bilirsiniz ki, idman elə bir sahədir ki, hər an sürpriz ola bilər. Yəni ən güclü idmançı belə birinci döyüşdə uduza bilər. Amma güclü idmançılarımız var. Məsələn, karate, taekvando, güləş və qılıncoynatma kimi idman növlərində idmançılarımızın qələbə qazanacaqlarını gözləyirəm. İnşallah, idmançılarımız bizi sevindirər və medallarımızın sayı çox olar”.

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31