Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BANM-də qələbənin 70 illiyi qeyd olunub

BANM-də qələbənin 70 illiyi qeyd olunub

02.05.2015 [09:15]

Bakı Ali Neft Məktəbində (BANM) alman faşizmi üzərində qələbənin 70-ci ildönümü münasibətilə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda təntənəli mərasim keçirilib. Milli Məclisin sədr müavini Valeh Ələsgərovun, ARDNŞ prezidenti Rövnəq Abdullayevin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovun, “Azərişıq” ASC-nin sədri Baba Rzayevin, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin və digər rəsmi şəxslərin iştirak etdiyi mərasimi giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Böyük Vətən müharibəsi illərində Azərbaycan əhalisinin 3 milyon nəfər olduğunu qeyd edib və onun da 700 mindən çoxunun müharibədə iştirak etdiyini vurğulayıb. Onlardan 300 mindən çoxunun isə müharibədə həlak olduğunu deyərək, bu göstəricinin təxminən əhalinin 10 faizini təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən ARDNŞ prezidenti, millət vəkili Rövnəq Abdullayev çoxminli neftçilər ordusu adından müharibə veteranlarını təbrik edib və Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən, qəhrəmanlıqlarından danışıb. O, Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Bakı neftçilərinin misilsiz rolundan ətraflı bəhs edib. ARDNŞ prezidenti gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, veteranların öz zəngin təcrübələrini onlara aşılaması baxımından bugünkü mərasimin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Daha sonra “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə maddi yardımın verilməsi haqqında” SOCAR prezidentinin əmri oxunub. Əmrə əsasən, veteran neftçilərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onlara maddi yardım ayrılıb.
Tədbirin rəsmi hissəsinin ardınca Böyük Vətən müharibəsi veteranı, görkəmli neftçi alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib. Filmdən sonra Əbdülağa Cavadov səhnəyə dəvət edilib. O, tələbələrə döyüş xatirələrindən danışaraq, gənclərə tövsiyələrini verib və veteranlara göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə öz təşəkkürünü bildirib.

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30