Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nüfuzlu media qurumlarının rəhbərləri Xınalıq kəndində yerli sakinin qonağı olublar

Nüfuzlu media qurumlarının rəhbərləri Xınalıq kəndində yerli sakinin qonağı olublar

16.05.2015 [11:56]

Mayın 15-də Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal, ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndində olublar.
AZƏRTAC xəbər verir ki, yolboyu uzanan əsrarəngiz təbiət mənzərələri nüfuzlu media qurumları rəhbərlərində böyük maraq doğurub. Onlar Quba-Xınalıq yolu üzərindəki dağ şəlaləsinin yanında, sıldırım qayaların arası ilə gur axan Qudyalçayın sahilində və digər mənzərəli yerlərdə xatirə şəkilləri çəkdiriblər.
Xınalıq kəndində qonaqlara məlumat verilib ki, Quba şəhərindən 57 kilometr cənub-qərbdə yerləşən yaşayış məntəqəsinin tarixi 5-6 min il əvvələ gedib çıxır. Xınalıq əhalisinin qədim yunan alimi Strabonun “Coğrafiya” əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Onlar dünyada bənzəri olmayan unikal bir dilə malikdirlər.
Kənd sakinlərindən biri qonaqları evinə dəvət edib. Media qurumlarının rəhbərləri Məlikovlar ailəsində Xınalıq mətbəxinə məxsus ləziz təamların dadına baxıblar. Qutab, lavaş, qoyun pendiri və nehrə yağı onların çox xoşuna gəlib.
Daha sonra qonaqlar Xınalıq Tarix-Etnoqrafiya Muzeyinə gedərək qədim arxeoloji və etnoqrafik eksponatlara - kilim və xalçalara, gil və mis qablara, müxtəlif ev və məişət əşyalarına, daş kitabələrə baxıblar.
Press Association agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal AZƏRTAC-a müsahibəsində Xınalığın bənzərsiz yaşayış məntəqəsi olduğunu deyib. O qeyd edib ki, kəndin əhalisinin özünəməxsus yaşayış tərzi və adətləri var. “Xınalığı başqa bir yerlə müqayisə etməyə çətinlik çəkirəm. Burada fantastik təbiət mənzərələrinin şahidi oldum. Bizi təbii məhsullardan hazırlanmış təamlara qonaq etdilər. Qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu yerlərin çox böyük turizm potensialı var. Lazımi infrastruktur layihələrini həyata keçirməklə Xınalığa çox sayda turist cəlb etmək olar”, - deyə K.Marşal səfər təəssüratlarını bölüşüb.
Xınalıqdan sonra qonaqlar Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbə ilə də tanış olublar.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31