Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə “Ekoloji Menecment” dərs vəsaiti nəşr olunub

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə “Ekoloji Menecment” dərs vəsaiti nəşr olunub

28.05.2015 [11:18]

Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik “Ekoloji Menecment” dərs vəsaitinin ictimaiyyət üçün təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd edilən sahələrdə çalışanlar üçün də stolüstü kitab kimi xüsusi əhəmiyyət daşıyır.
“Ekoloji Menecment” kitabı ümumi ekologiyanın əsasları ilə yanaşı, biosenozlar, eko-sistemlər, maddələr dövranı, ekoloji amillər, canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, təbiəti mühafizənin ekoloji prinsipləri, ətraf mühitin keyfiyyətinin mühafizəsinin hüquqi əsasları və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası kimi vacib mövzuları əhatə edir.
Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda bir sıra dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri, həmçinin özəl şirkətlər və vətəndaş cəmiyyəti üzvləri iştirak ediblər.
Çıxış edən təbdir iştirakçıları Azərbaycan dilində hazırlanan “Ekoloji Menecment” kitabının ətraf mühit sahəsində təhsil alan və bu sahədə çalışan şəxslərin qabaqcıl dünya təcrübəsi ilə tanışlığı baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Tədbirin sonunda iştirakçılara “Ekoloji Menecment” dərs vəsaitinin nüsxələri paylanılıb.

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30