Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərsu” ASC birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir

“Azərsu” ASC birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir

03.06.2015 [09:22]

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir. Cəmiyyətin İdarə Aparatında, həmçinin, rayon sukanal idarələrində qərargahlar yaradılıb və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş verə biləcək qəzaların operativ həlli məqsədilə 3 ixtisaslaşmış qəza briqadası yaradılıb, onlar xüsusi texnika, maşın və mexanizm, lazımi mal-material və avadanlıqlarla təmin olunub. İxtisaslaşmış briqadaların qəza yerlərinə daha tez çatması üçün şəhərin müxtəlif istiqamətlərində - Nizami, Nərimanov və Səbail rayonlarının ərazisində dislokasiya məntəqələri yaradılıb. Bunlarla yanaşı, hər bir rayon sukanal idarəsinin su və kanalizasiya üzrə qəza briqadaları da 24 saat fəaliyyət göstərir. Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar qəza briqadalarının əməkdaşlarına nəzəri və praktiki təlimlər keçirilib.
Oyunlara hazırlıq çərçivəsində Bakı şəhərini içməli su ilə təmin edən mənbələr, magistral xətlər, mərkəzi və məhəllədaxili anbarlar, su və kanalizasiya nasos stansiyalarının vəziyyəti təhlil edilib, aşkar olunmuş çatışmazlıqlar dərhal aradan qaldırılıb və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, Bakı və Mingəçevir şəhərlərində mehmanxanaların, yarışların keçiriləcəyi idman obyektlərinin, Olimpiya kəndinin, ictimai-iaşə və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə aidiyyəti qurumlarla birlikdə baxış keçirilib, bu obyektlərin dayanıqlı içməli su təchizatının aparılması üçün müvafiq tövsiyələr verilib.
“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları idman, ictimai iaşə obyektləri, mehmanxanalar və müəyyən olunmuş digər yerlərdən mütəmadi nümunələr götürərək analizlər aparır, bununla da içməli suyun keyfiyyəti daim nəzarətdə saxlanılır.
Onu da qeyd edək ki, böyük idman tədbiri ərəfəsində Bakı şəhərini, o cümlədən, idman arenalarını, hotelləri, Olimpiya kəndini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün xeyli iş görülüb. Belə ki, Bakı şəhərində Olimpiya Stadionunun tikintisi, yol infrastrukturunun yenidən qurulması, Böyükşor gölünün təmizlənməsi layihələrinin icrası ilə əlaqədar ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorları yenidən qurulub, yeni xətlər və şəbəkələr tikilib. İdmançıların, məşqçi korpusunun, hakimlərin və digər texniki personalın yerləşəcəyi Olimpiya kəndi ərazisində yeni su və kanalizasiya sistemləri yaradılıb, Səbail rayonu ərazisində yeni tikilmiş Su İdman Oyunları Sarayının yaxınlığındakı “Şimal” nasos stansiyası ləğv edilib və suyun paylanması üçün başqa ərazidə yeni stansiya inşa olunub. Eyni zamanda, Salyan şosesində yeni mərkəzləşdirilmiş nasos stansiyası tikilib istismara verilib.
Böyükşor gölünə axıdılan tullantı sularının qarşısının alınması və optimal idarə edilməsi məqsədilə 2000 mm diametrli borularla 1,5 km uzunluğunda yeni kanalizasiya kollektoru inşa edilib, bununla da tullantı sularının gölə axıdılmasının qarşısı tam alınıb. Eyni zamanda, Dərnəgül-Bakıxanov-Qaraçuxur kanalizasiya kollektorunun bu ərazidən keçən hissəsinin inşası başa çatdırılıb.
Bakı buxtasına axıdılan çirkab suların qarşısının tam alınması üçün 13,2 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektorunun inşası yekunlaşıb. 8 km-i mikrotunel, 1,1 km-lik hissəsi isə tunel tipli kollektordan ibarət olan bu xəttin tikintisi ilə yanaşı, Su İdman Oyunları Sarayının yerləşdiyi ərazidən açıq kanallarla Xəzər dənizinə axıdılan suların qarşısının alınması məqsədilə kanalizasiya sisteminin qurulması başa çatdırılıb. Ümumilikdə, birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərində 119 km uzunluğunda müxtəlif diametrli magistral və şəbəkə su xətti, 29 km kanalizasiya kollektoru və şəbəkəsi inşa edilib.
Birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq Mingəçevir şəhərində 3 ədəd kanalizasiya nasos stansiyası tikilib ki, bu da Kür çayına axıdılan tullantı sularının qarşısını almağa imkan verib. Eyni zamanda, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşıb, 41 km yeni su xətti, 30 km kanalizasiya xətti quraşdırılıb.
Xatırladaq ki, birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq məqsədilə “Azərsu” ASC sədrinin 12 noyabr 2014-cü il tarixli əmri ilə komissiya və daimi fəaliyyət göstərən qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30