Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəbhə bölgələrinin içməli su problemi həll edilir

Cəbhə bölgələrinin içməli su problemi həll edilir

05.06.2015 [10:09]

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) içməli su çatışmazlığının müşahidə olunduğu ucqar kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələrin icrasını davam etdirir. Bu sahədə həyata keçirilən tədbirlər sırasında sərhədyanı və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su probleminin həll edilməsi mühüm əhəmiyyət kəsb edir. 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC-nin həyata keçirdiyi layihənin icrası uğurla başa çatdırılıb. İyunun 4-də Yağlıvənd kəndinə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda da genişmiqyaslı işlər həyata keçirilir: “Rayonun işğaldan azad olunmuş kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni artezian quyuları qazılır, bulaq və kəhrizlər sakinlərin istifadəsinə verilir. Rayonun yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir”.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə sərhədyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib: “Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində əhalinin sosial-iqtisadi problemlərinin həlli ölkə rəhbərliyinin diqqətindədir. Prezident İlham Əliyev cəbhə bölgəsində və sərhədyanı kəndlərdə su təchizatı infrastrukturlarının yaradılması ilə bağlı ciddi tapşırıqlar verib. Füzuli rayonunun Yağlıvənd kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi. Bunları nəzərə alaraq Yağlıvənd kəndində yeni layihənin icrasına başlanıldı və qısa müddətdə işlər başa çatdırıldı”.
Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanıb. Layihə çərçivəsində 1 ədəd subartezian quyusu qazılıb, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilib. Kənd daxilində 17 yerdə bulaqlar quraşdırılıb. Layihənin icrasının başa çatması nəticəsində 1650 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30