Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yasamal rayonunda Milli Mətbuat Günü qeyd olunub

Yasamal rayonunda Milli Mətbuat Günü qeyd olunub

22.07.2015 [09:38]

İyulun 21-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində milli mətbuatın yaranmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzin muzey bölməsindəki büstü önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə jurnalistləri təbrik edib, ölkədə mətbuatın inkişafından, mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb.
Sonra “Milli mətbuatın 140 illiyi: uğurlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyini qeyd edib. O, ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkan yaradıldığını bildirilib.
Digər çıxış edənlər də mətbuata dövlət qayğısından söz açıb, Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

 
Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30