Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

19.10.2015 [10:16]

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Səhiyyə Təşkilatı və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birlikdə qadınlar üçün pulsuz mammoqrafik müayinə keçirilib. “Döş xərçənginin profilaktikası” xeyriyyə proqramı “İntelMed” klinikasında təşkil edilib.
Həkim-mammoloq, tibb elmləri namizədi Aytən Əmirova qeyd edib ki, bu aksiya çərçivəsində onlarca qadın müayinə olunub. Diaqnostika bir neçə mərhələdən ibarətdir: mammoloji müayinə, genetik meyilliliyin aydınlaşdırılması, ultrasəs müayinəsi və risk dərəcəsinin aşkar edilməsi. Aksiya Rusiyanın başqa şəhərlərində də davam etdiriləcək.
Qeyd edək ki, Rusiya ərazisində döş xərçənginin yayılması dinamikasının artması ilə əlaqədar, RAGB-nin təşəbbüsü ilə keçirilən bu aksiya Moskva sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Döş xərçəngi çox vaxt 35-42 yaşlı qadınlarda rast gəlir. Dünya Səhiyyə Təşkilatı (DST) 1992-ci ildən başlayaraq hər il oktyabr ayında döş xərçənginə qarşı mübarizə kampaniyası keçirir, əhalini bu xəstəlik və onun müalicəsinin yeni üsulları haqqında məlumatlandırır.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31