Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sumqayıtda da böyük seçici fəallığı müşahidə olunub

Sumqayıtda da böyük seçici fəallığı müşahidə olunub

02.11.2015 [11:29]

Dünən ölkəmizdə növbəti parlament seçkiləri keçirilib. Seçici fəallığı ilə müşahidə olunan seçkidə Azərbaycan xalqı öz siyasi iradəsini nümayiş etdirərək növbəti dəfə qanunverici orqanın üzvlərini seçmək üçün seçki məntəqələrə gəlib səs veriblər. Qeyd edək ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Sumqayıtda da parlament seçkiləri seçici fəallığı ilə müşayiət olunub.
Sumqayıt 43 saylı üçüncü Seçki Dairəsi üzrə 2 saylı Məntəqə Seçki Komissiyasının sədri Maya Abdulova bildirib ki, səhər saat 8:00-dan etibarən məntəqədə seçki prosesi başlayıb. Daha sonra seçicilər zəruri prosedurlardan keçərək seçki məntəqəsində quraşdırılan kabinələrə daxil olmağa və seçdikləri namizədlərə səs verməyə başlayıblar. Məntəqə üzrə 1322 seçici qeydiyyata alınıb. M.Abdulova qeyd edib ki, seçicilər yüksək fəallıq nümayiş etdiriblər.
Dairənin 3 saylı Seçki Məntəqəsində də seçkinin başladığı ilk dəqiqələrdən seçici fəallığı müşahidə edilib. Seçki Məntəqəsinin sədri Fikrət Qasımov bu məntəqə üzrə 1295 seçicinin qeydiyyata alındığını söyləyib. Səs verən seçicilər məntəqədə yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
43 saylı Seçki Dairəsinin 5 saylı Seçki Məntəqəsinin sədri Nərminə Eyyubova bildirib ki, məntəqədə seçici fəallığı nümayiş olunub. Məntəqə Seçki Komissiyasının üzvü Etibar Kazımov insanların azad və demokratik şəkildə məntəqəyə gəlib səs verməsi üçün hər cür şəraitin yaradıldığını dilə gətirib.
41 saylı Sumqayıt birinci Seçki Dairəsinin 11 saylı Seçki Məntəqəsinin sədri Rüxsarə Məmmədova məntəqə üzrə 1372 seçicinin olduğunu bildirib. Yüksək seçici fəallığının nümayiş olunduğunu dilə gətirən R.Məmmədova məntəqədə seçicilərin azad və şəffaf seçim etmələri üçün hər cür şəraitin olduğunu da deyib. Seçici Gülşad Məmmədova da bildirib ki, səsvermə zamanı heç bir problemlə qarşılaşmayıb.
42 saylı Sumqayıt ikinci Seçki Dairəsinin 21 saylı Seçki Məntəqəsində də səhər saatlarından seçicilərin yüksək fəallığı müşahidə edilib. MnSK sədri Samiddin Qasımov məntəqədə 1298 seçicinin qeydiyyata alındığını bildirib. Məntəqədə səsvermənin gedişini müxtəlif qurumların təmsilçiləri də izləyiblər. “Real” hərəkatını təmsil edən müşahidəçi Ceyhun Tanrıverdiyev səsvermə prosesi zamanı hər hansı qanun pozuntusu müşahidə etmədiyini dilə gətirib. Seçici Xatirə Məhərrəmova da seçkinin gedişindən razı qaldığını və əvvəlcədən müəyyənləşdirdiyi namizədə səs verdiyini bildirib.
21 saylı məntəqədə “Els” təşkilatı exit-poll keçirib. Təşkilatın təmsilçiləri İsmayıl İbrahimov və Ramil Süleymanlı seçkilərin yüksək seçici fəallığı ilə fərqləndiyini nəzərə çatdırıblar.
Dairənin 22 saylı MnSK-nın sədri Niyazi Şamilov məntəqədə 1286 seçicinin qeydiyyata alındığını və yüksək səviyyədə şəffaf seçki keçirildiyini deyib. Məntəqədə MDHP-dən müşahidəçi qismində seçkini izləyən Səkinə Əsgərova səsvermə prosesində hər hansı bir qanun pozuntusunun olmadığını söyləyib. Seçici Solmaz Şərbətova isə onlara öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığını ifadə edib.
Sumqayıt şəhər 44 saylı Seçki Dairəsinin 1 saylı Məntəqə Seçki Komissiyasının sədri Qasım Qasımov məntəqə üzrə 1083 seçicinin qeydiyyatda olduğunu bildirib. Bitərəf müşahidəçi Rauf Əliyev də seçkilərin demokratik və şəffaf keçməsi üçün hər cür şərait yaradıldığını və məntəqədə elə ilk dəqiqələrdən yüksək seçici fəallığının müşahidə edildiyini deyib. Həmin məntəqədə exit-poll keçirən təşkilatın nümayəndəsi Bilal Ramazanov da seçkilərin başladığı ilk dəqiqələrdən məntəqədə yüksək aktivliyin müşahidə olunduğunu dilə gətirib.
Dairənin 2 saylı Məntəqə Seçki Komissiyasının sədri Nizami Əhmədovun məlumatına əsasən, məntəqədə 1062 seçici qeydiyyata alınıb. Seçici Hidayət Məmmədov seçki məntəqəsində şəffaflığın təmin olunması üçün lazımi şəraitin yaradıldığını deyib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30