Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AMEA-da BDU-nun Elm və Tədris Mərkəzi yaradılıb

AMEA-da BDU-nun Elm və Tədris Mərkəzi yaradılıb

05.11.2015 [10:22]

Noyabrın 4-də Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rektor, akademik Abel Məhərrəmov bildirib ki, mərkəz BDU və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb. A.Məhərrəmov yeni yaradılan mərkəzin tədris prosesinin elmi-tədqiqatla əlaqləndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantların tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib.
AMEA-nın aqrar elmlər bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev və professor Paşa Zamanov əməkdaşlığın bundan sonra daha da səmərəli şəkildə davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları institutun elmi-tədqiqat laboratoriyaları, Torpaq muzeyi ilə yaxından tanış olublar.

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30