Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azercell” I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

“Azercell” I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

07.11.2015 [10:06]

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə I Uşaq Paralimpiya İdman Oyunları keçirilib. Sumqayıt Paralimpiya Kompleksində baş tutan festivalın açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya idman növü üzrə əldə olunan nailiyyətlər, həmçinin bu sahəyə göstərilən diqqət və qayğının əhəmiyyətindən danışıb, “Azercell” ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.
“Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev respublikanın ikinci böyük sənaye şəhəri olan Sumqayıtda belə bir Paralimpiya Kompleksinin fəaliyyətindən məmnun qaldığını bildirib: “50 uşaq və yeniyetmənin müxtəlif idman növləri ilə məşğul olduğu bu komitədə gələcəyin çempionlarının yetişdirilməsinə əminəm. Gənc paralimpiyaçılar əzmkarlıq nümayiş etdirərək yüksək nailiyyətlər əldə edirlər. Onlara dəstək olmaq bizim üçün qürurverici və çox önəmlidir. İnanırıq ki, onlar hələ çox yerdə Azərbaycan bayrağını dalğalandıracaqlar”.
I Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində müxtəlif zallarda cüdo, tennis, üzgüçülük üzrə yarışlar keçirilib. Yarışda uğurlu nəticə əldə edən uşaqların mükafatlandırılma mərasimindən sonra qaliblərlə xatirə şəkli çəkilib.
Xatırladaq ki, ötən il yaradılan Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif regionlarından gəlmiş uşaqlar və gənclər toplaşıblar. Komitənin fəaliyyəti “Azercell Telekom” tərəfindən dəstəklənir. Burada 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıblar. Bu ilin yayında Paralimpiya üzrə idman ustaları, Birinci Avropa Oyunlarının əfsanələri - İlham Zəkiyev, Səbinə Abdullayeva, Zakir Müslümov və digərləri “Azercell”in qonağı olublar, şirkət əməkdaşları ilə görüşüblər.
Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, “Azercell” bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək, yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana həvəsini artırmaq üçün köməyini əsirgəməyəcək.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30