Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AMEA yubileyinə yüksək səviyyədə hazırlaşıb

AMEA yubileyinə yüksək səviyyədə hazırlaşıb

07.11.2015 [10:26]

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 70 illik yubileyinə yüksək səviyyədə hazırlaşıb.
AZƏRTAC xəbər verir ki, bunu akademiyanın 70 illik yubileyinə həsr olunan mətbuat konfransında AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.
Akademik A.Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamının əhəmiyyətindən danışıb. Sərəncama əsasən akademiyada Təşkilat Komitəsinin yaradıldığı bildirilib.
AMEA-nın rəhbəri dövlətimizin başçısının müvafiq sərəncamları ilə akademiyanın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmasını, səkkiz nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsini elmimizə göstərilən diqqət və qayğının yüksək nəticəsi kimi dəyərləndirib.
Akademik A.Əlizadə yubileyə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verib. AMEA-nın 70 ildə keçdiyi tarixi yolu əks etdirən film və videoçarxların çəkildiyini, müxtəlif nəşrlərin çap olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, yubiley münasibətilə “Azərbaycan Milli Elmlər Akademiyası-70” kitabı və “Azərbaycan Milli Elmlər Akademiyası” adlı prospekt çapdan çıxıb. Qurumun 70 illik inkişaf yoluna həsr edilən “Azərbaycanın elm məbədi” sənədli filmi lentə alınıb. Filmdə AMEA-nın ayrı-ayrı tarixi inkişaf mərhələlərində akademiyaya dövlət qayğısından, bu qurumun Azərbaycan cəmiyyətindəki yeri və mövqeyindən, görkəmli simaların buradakı xidmətlərindən geniş bəhs olunur. Eyni zamanda, AMEA-nın yarandığı vaxtdan bu günədək onun həqiqi, müxbir və fəxri üzvləri olan alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən “Akademiya simalarda” kitabı çapdan çıxıb. Kitabda 450-dək alimin tərcümeyi-halı onların fotoları ilə birgə təqdim olunur.
A.Əlizadə bildirib ki, AMEA-nın institut və elmi müəssisələrinin fəaliyyətini əks etdirən sərgilər keçirilib, alimlərimizin yubiley və qazanılan uğurlar barədə məqalələri çap olunub.

Paylaş:
Baxılıb: 1483 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31