Ana səhifə »  Sosial »  Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür
A+   Yenilə  A-
Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür

Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətin nəticəsində bir milyona yaxın vətəndaşımız öz elindən, obasından, torpağından qaçqın düşüb. Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistan silahlı qüvvələri isə 20 ildən artıqdır ki, ölkəmizin 20 faizdən yuxarı hissəsini işğal altında saxlayır. Bu gün dünyada olan 40 milyondan çox qaçqın və məcburi köçkünün bir milyona yaxını Azərbaycan vətəndaşıdır. Qaçqın və məcburi köçkünlər ölkənin 62 şəhər və rayonunda, 1600-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşıblar. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı qəbul olunan beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə rəsmi Yerevan tərəfindən icra olunmayıb.
Qeyd edək ki, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşımızın qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində olduqca mühüm addımlar atılıb. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilib. 1999-cu ildə Ulu öndərin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilib.
Ümummilli liderimiz tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə sosial vəziyyətin daha da yüksəlməsinə, vətəndaşların gəlirlərinin artmasına yol açdı. Daha dəqiq desək, Azərbaycanın iqtisadi qüdrətinin artması öz növbəsində aztəminatlı ailələrin, müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində addımların intensivləşməsinə imkan yaradıb. Bunun nəticəsidir ki, erməni təcavüzü nəticəsində öz doğma ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız dövlətimizin qayğı və diqqəti ilə əhatə olunub. Prezident İlham Əliyev qaçqın düşmüş, yurd-yuvalarından didərgin olmuş insanların problemlərinin həllinə hər zaman xüsusi diqqət yetirir. Bu baxımdan, 2004-cü ildə qəbul edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı xüsusi qeyd etmək yerinə düşər. Məhz bu Dövlət Proqramının yüksək səviyyədə icrası qaçqınların və məcburi köçkünlərimizin problemlərinin həlli istiqamətində böyük bir yolun başlanğıcını qoydu. Belə ki, məhz bu proqramda 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin yaradılması nəzərdə tutulurdu və ötən müddət ərzində demək olar ki, hamısı yerinə yetirilib.
Dövlət başçısı İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən Azərbaycanda bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Və tezliklə bu reallıqda öz əksini tapdı. Belə ki, 2006-cı ildə Bərdə (3 çadır düşərgəsi) və Ağcabədi (1 çadır düşərgəsi) rayonlarındakı 4 çadır düşərgəsində, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsində məskunlaşmış vətəndaşlarımız yeni qəsəbələrə köçürüldülər.
Prezident İlham Əliyevin 2010-cu ilin fevralında imzaladığı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam isə dövlətin qaçqın və məcburi köçkünlərə ayırdığı diqqətin növbəti bariz nümunəsi kimi tarixə düşüb. Sərəncamda qeyd edilir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.
Vurğulamaq lazımdır ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı atılan addımlar davamlı xarakter daşıyır. Belə ki, 2012-ci ildə 4 min 553 ailənin və ya 22 min 765 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan başqa, 2012-ci ildə 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 22 min 765 nəfərdən ibarət 4 min 553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb, 3300 şagird yerlik 6 məktəb inşa edilib. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1300 şagird yerlik məktəb tikilib.
2013-cü ildə isə 5 min 741 ailə və ya 28 min 700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. İl ərzində 292 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 2736 şagird yerlik 5 məktəb inşa edilib, həmçinin incəsənət məktəbi ilə birlikdə 500 yerlik Mədəniyyət Sarayı, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verilib, 30,7 kilometr yol, 54,0 kilometr su xətti, 117,0 kilometr elektrik xətti, 42,0 kilometr qaz xətti, 8,0 kilometr istilik xətti, 25,0 kilometr kanalizasiya xətti çəkilib, müxtəlif həcmə malik 18 su anbarı, 9 nasos stansiyası, 18 komplekt transformator yarımstansiyası inşa edilib, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb.
Ötən il qaçqın və məcburi köçkünlər üçün 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınıb, 2288 şagird yerlik 7 məktəb inşa edilib, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi, 5 klub - icma mərkəzi, 5 inzibati bina tikilib. Bundan başqa, 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilib, müxtəlif həcmə malik 14 ədəd su anbarı, 9 nasos stansiyası, 16 komplekt transformator yarımstansiyası inşa edilib. Beləliklə, 2014-cü ildə 4450 ailə və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Ümumiyyətlə, 2001-2014-cü illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,8 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınıb. Bunun da 2,5 milyon kvadratmetr yaşayış sahəsinə malik 84-ü, yaxud 94 faizi 2003-2014-cü illərdə inşa edilib. Beləliklə, indiyədək 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2,1 milyard manatı bu kateqoriyadan insanların mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Həmin vəsaitin 1,8 milyard manatı Dövlət Neft Fondunun xətti ilə ayrılıb. Son illərdə məcburi köçkün sahibkarlar da dövlətin güzəştli kreditlərindən səmərəli istifadə edirlər. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2 min məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit ayrılıb.
Ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sistemli olaraq davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2014-2020-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri əhatə edən Strateji plan hazırlanıb həyata keçirilir. Bundan başqa, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış” Proqramının və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı (2015-2020)”nın layihələri hazırlanıb.
Vurğulamaq yerinə düşər ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər 2015-ci ildə də davam etdirilib. Bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Bundan başqa, Bərdə rayonunda da 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksində son tamamlama işləri görülüb. Qeyd edək ki, yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.
Yeri gəlmişkən, bu ilin may yayında Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın da açılışı olub. Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın və işğal altında olan rayonların işğaldan azad olunması istiqamətində fəaliyyətini də uğurla davam etdirir. Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra bu ərazilərdə yeni infrastrukturlar qurulacaq, geniş işlər aparılacaq: “Mən əminəm ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin ərazilərdə böyük işlər görəcəyik. Orada bütün infrastrukturlar, bütün binalar dağıdılıbdır. Bunu həm oraya gedən insanlar, eyni zamanda, beynəlxalq müşahidəçilər deyirlər. Erməni vandalları orada talançılıqla məşğul olurdular. Onlara lazım olan bütün şeyləri oradan oğurlamışlar, dağıtmışlar, qalan binaları da dağıtmışlar. Ona görə böyük təmir-bərpa, yenidənqurma lazımdır. Faktik olaraq, biz bu qəsəbələri, şəhərləri yenidən yaratmaq üçün bütün gücümüzü səfərbər etməliyik və bunu edəcəyik”.
Pərviz SADAYOĞLU
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 
  • Oxunub:  12570  |  
  • Tarix:  01-12-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA