Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ƏƏSMN-də Azərbaycanda doğulan uşaqların cins nisbətinə dair demoqrafik proqnozların təqdimatı olub

ƏƏSMN-də Azərbaycanda doğulan uşaqların cins nisbətinə dair demoqrafik proqnozların təqdimatı olub

16.12.2015 [09:53]

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” mövzusunda tədbir keçirilib. Tədbirdə ayrı-ayrı hökumət qurumlarının, BMT-nin Əhali Fondunun, Türkiyənin Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev cəmiyyətdə sosial-iqtisadi proseslərlə demoqrafik proseslərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu, demoqrafiya sahəsində siyasətin hər bir dövlətin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb. İ.İsayev bildirib ki, ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasında BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramı xüsusi yer tutur: “Həmin beynəlxalq konfransda Ümummilli liderimiz Heydər Əliyev də iştirak edərək, tədbirdə müzakirə olunan məsələlərin Azərbaycan üçün də son dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb”.
İ.İsayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunmasının ölkədə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzadılmasına, müsbət miqrasiya saldosuna imkan yaratdığını vurğulayıb: “Son 12 il ərzində ölkə əhalisinin sayı 16 faiz artaraq 2015-ci il 1 sentyabr tarixinə 9 milyon 666 min nəfər təşkil edib. Təbii artım əmsalı 1,3 olub, hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nəfərə düşən ölüm səviyyəsi isə 6 nəfərdən 5,9 nəfərədək azalıb”.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev, Dövlət Statistika Komitəsinin şöbə müdiri Rza Allahverdiyev, Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini Təhminə Tağızadə çıxış ediblər. Daha sonra Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutunun professorları İsmet Koç və Mehmet Ali Eryurt tərəfindən doğulanlar arasında cins nisbətinin inkişafının müxtəlif ssenarilər əsasında demoqrafik proqnozları təqdim olunub və təqdimat əsasında müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30