Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daxili işlər naziri Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb

Daxili işlər naziri Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb

19.01.2016 [10:08]

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, yanvarın 17-də Sabunçu Rayon Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşü keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər, prokurorluq və dövlət təhlükəsizlik orqanları əməkdaşları tərəfindən qəsəbədə ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlərindən danışan nazir R.Usubov, ölkəmizin hər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Nazir qəsəbədə aparılan intensiv tikinti-quruculuq işlərinin və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə həlli istiqamətində görülən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Qəsəbə sakinlərinin diqqətinə bir daha çatdırılıb ki, bu gün Nardaranda aparılan abadlıq-quruculuq işləri, eləcə də dövlət orqanlarının yerli qurumlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımlar Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarəti altındadır.
Sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Eldar Quliyev və rayon polis idarəsinin rəisi Eldar İlyasov çıxış edərək qəsəbədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Qəsəbə ictimaiyyəti adından orta məktəbin direktoru Ağası Orucov, sakin Tofiq Həsənov və başqaları çıxış edərək nardaranlılara göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minnətdarlıqlarını bildiriblər. Xüsusi olaraq vurğulayıblar ki, artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb, şagirdlər təhsilə cəlb olunublar.
Daxili işlər naziri R.Usubov görüşdə ictimaiyyət nümayəndələri tərəfindən qaldırılan bəzi problemlərin də həll olunması üçün digər dövlət qurumları ilə birlikdə müvafiq işlərin görüləcəyini bildirib.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30