Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlaxda sahibkarlar icarə haqqından azad olunub

Yevlaxda sahibkarlar icarə haqqından azad olunub

20.01.2016 [09:59]

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin yerli icra strukturlarının qarşısında qoyduğu vəzifələri yüksək səviyyədə həyata keçirmək, süni qiymət artımının qarşısını almaq, kiçik və orta sahibkarlıqla məşğul olan iş adamlarının fəaliyyətinə stimul vermək məqsədilə Yevlax şəhərində mühüm addımlar atılır.
Rayonda orta və kiçik sahibkarlıqla məşğul olan 500 nəfərdən çox şəxs 2 ay müddətinə kommunal və digər xərclərdən, o cümlədən rüsumlardan azad edilib. Belə ki, “Aznefmaş” şirkətinin tərkibindəki Yevlax Mərkəzi Bazarında fəaliyyət göstərən mağaza, köşk, meyvə-tərəvəz satışı obyektlərinin işçiləri aylıq icarə haqlarını da ödəməyəcəklər. Əsas məqsəd manatın məzənnəsinin dəyişməsinin əhalinin alıcılıq qabiliyyətinə təsir etməməsi üçün ərzaq və digər zəruri məhsulların qiymətlərinin bahalaşmasının qarşısını almaq, kiçik və orta sahibkarların fəaliyyətinə stimul verməkdir.
Yevlax şəhər İcra Hakimiyyətində sahibkarlar və ictimaiyyət nümayəndələri ilə təşkil olunan görüşdə də dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm addımlardan söz açılıb. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunmasını, şəhid ailələrinə verilən təqaüdün, yaşa görə əmək pensiyalarının baza hissəsinin, məcburi köçkünlərə verilən aylıq xərclərin və 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə verilən təqaüdlərin artırılmasını yüksək qiymətləndirib. Bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Görüşdə sahibkarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl edəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30