Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə yeni evin açarı verilib

Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə yeni evin açarı verilib

21.10.2016 [09:59]

Bu ilin aprelində cəbhədə ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kənd sakini Ülvin Məmmədovun ailəsi üçün Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yeni ev tikilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlər şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyublar.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində inşa olunmuş evin açarı şəhidin ailəsinə təqdim olunub.
Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə nazir Hüseyn Bağırov şəhidin ailəsinə başsağlığı verib, yeni evdə xoş günlər arzulayıb. Qeyd edib ki, şəhid ailələri tək deyillər. Xalqımız, dövlətimiz, Prezidentimiz daim onların yanındadırlar. Hamının bir arzusu var: ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi. Bu, ən ümdə vəzifəmizdir.
Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə laçınlılar adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Vurğulayıb ki, laçınlı məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində apardığı siyasəti dəstəkləyir və Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazırdırlar.
Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi siyasətdən danışıb, şəhid ailələrinə diqqət və qayğıdan razılıq ediblər.
Şəhidin atası Cəmaləddin Məmmədov oğlunun xatirəsinin əziz tutulduğuna, ailəsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, 80 kvadratmetrlik üçotaqlı ev hər cür şəraitlə təmin olunub, 18 sot həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkilib.
Nazir jurnalistlərə bildirib ki, dövlətimizin başçısı məcburi köçkünlərin, şəhid ailələrinin problemləri ilə daim maraqlanır. Şəhid Ülvin Məmmədovun ailəsi üçün tikilən bu ev də həmin diqqət və qayğının təzahürüdür.

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31