Ana səhifə »  Sosial »  Uşaq hüquqlarının müdafiəsinin ali təminatçısı Konstitusiyamızdır
A+   Yenilə  A-
Uşaq hüquqlarının müdafiəsinin ali təminatçısı Konstitusiyamızdır
ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərin bir qismi də uşaq hüquqlarının daha etibarlı şəkildə qorunması məqsədinə xidmət edir. Uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda 2009-cu ilin “Uşaq ili” elan edilməsi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini daha da artırır. Sözügedən mövzu ilə bağlı oxucularımızı daha yaxından tanış etmək və mövcud problemlərin həlli yollarının müzakirəsi üçün “Yeni Azərbaycan” qəzetinin təşkil etdiyi dəyirmi masaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri üzrə şöbəsinin əməkdaşı Nərmin Quliyeva, Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun böyük məsləhətçisi Fərid Ağayev və baş məsləhətçisi Rövşən Rumzadə, Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağayeva və “Himayə” Uşaq İctimai Birliyinin sədri Mətanət Umudova dəvət olunublar.
- Uşaq hüquqları ilə bağlı əlavə və dəyişikliklər Konstitusiyada öz əksini tapandan sonra uşaq hüquqlarının qorunması üçün daha geniş üfüqlər açılıb. İstərdik söhbətimizə elə bu məsələdən başlayaq. Konstitusiya islahatlarından sonra ümumi mənzərə necədir?
Fərid Ağayev:
- Konstitusiyanın 17-ci maddəsinin III, IV, V və VI bəndinə edilən əlavələr valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olduğunu, onların hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etdiyini təsbit edir. Eyni zamanda, uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilməsi, 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağan olunur. Qeyd edim ki, uşaq hüquqlarının qorunması məsələsi qanunvericiliyimizdə öz əksini kifayət qədər əhatəli şəkildə tapıb. Lakin Konstitusiyaya edilən sözügedən əlavələr uşaq hüquqlarının daha ali səviyyədə qorunmasını təmin edir və bunu dövlətin qarşısında bir vəzifə kimi qoyur. Əvvəlki dövrlərdə, istər Ombudsman Aparatı, istərsə də fəaliyyət sahəsinə uşaq hüquqları daxil olan dövlət qurumları tərəfindən uşaqların rifahının yüksəldilməsi, onların hüquqlarının daha yaxşı qorunması yönümündə Milli Məclisə müxtəlif təkliflər göndərilmişdi. Həmin təkliflər qanun layihəsinə dəyişiklik və əlavələrin edilməsindən ibarət idi ki, bu da öz əksini Konstitusiyaya edilən əlavələrdə tapdı.
Rəşid Rumzadə:
- Cəmiyyət durmadan inkişaf edir. Bu inkişaf isə bütün sahələri əhatə edəndə effektli olur. Ona görə də, qlobal olan hər bir hadisənin zərərini və xeyrini uşaqlar da çəkir. Cəmiyyətin inkişafı, yeni dövrə qədəm qoyması sırf uşaq hüquqları ilə bağlı ixtisaslaşmış dövlət qurumlarının işinin təkmilləşdirilməsinə zərurət yaradırdı. Konstitusiyaya uşaq hüquqları ilə bağlı edilən əlavələr də həmin zərurətdən qaynaqlanır. Bu isə imkan verir ki, konkret müddəaların təsbiti, onların işlək mexanizminin təkmilləşdirilməsi üçün dövlət qurumları ilə bərabər, QHT-lər, vətəndaş cəmiyyəti fəaliyyətini genişləndirsin.
Demokratik cəmiyyətin inkişafına, uşaqlarla bağlı dövlət siyasətinə dəstək olaraq Ombudsman Aparatı da müxtəlif tədbirlər həyata keçirir, problemlərin öyrənilməsi yönündə monitorinqlər aparır. Dünyada 10 dekabr “İnsan hüquqları günü” kimi qeyd edilsə də, dövlət tərəfindən 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi rəsmiləşdirilib. May ayının 21-dən iyun ayının 18-dək hər il insan hüquqları aylığı qeyd olunur və bu çərçivədə sırf uşaq hüquqları ilə bağlı tədbirlər həyata keçirilir. Gənclər və Turizm Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının keçirdiyi tədbirlərin bir məqsədi var: cəmiyyət maarifləndirilməlidir.
Kəmalə Ağayeva:
- 2009-ci ilin 6 fevral tarixində ölkə başçısı İlham Əliyev “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Proqramı”nı təsdiq etdi. Sənəddə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı profilaktik tədbirlər, maarifləndirmə işlərinin aparılması öz əksini tapır. Qeyd edim ki, bu proqram insan alveri sahəsində mübarizə aparan dövlət strukturlarının işçi qrupları ilə razılaşdırılıb və onların təcrübəsindən yararlanaraq plan işlənib hazırlanıb. Əslində, qanunlarımız çox güclüdür. Amma gəlin görək, onlara əməl etməyə borclu olan və bu qanunlar qarşısında məsuliyyət daşıyan ayrı-ayrı şəxslər həmin gücdən yetərincə istifadə edirlərmi? Qanunlarda uşağın ailə və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edən ayrı-ayrı müddəalar mövcuddur. Amma bütün bu məsuliyyət dövlətin üzərinə qoyulursa, onda ailə nədən ötrüdür? Problemin kökündə ailənin biganəliyi, uşaqla şəxsi əmlakı kimi davranılmasının nəticəsi durur. Mənə elə gəlir ki, qanunlar birər-birər ailələrə şamil olunmalı, ailələr ayrı-ayrılıqda hüquqi maariflənməyə cəlb olunmalı, qanunvericiliklə və uşaq hüquqları ilə bağlı onlarla iş aparılmalıdır. Ailə-məktəb birliyi sıxlaşdırılmalıdır. Bu gün təlim-tərbiyə müəssisələri ilə ailələr arasında bağlılıq çox zəifdir. Ailə məktəbə üz tutmur, çünki üzərinə qoyulacaq missiyalar onun ürəyincə deyil, daha doğrusu, məsuliyyət hiss etmək istəmir. Bu isə öz növbəsində məktəbin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə yol açır. Arada əziyyət çəkən, tərbiyəsi nəzarətsiz qalan, hüquqları pozulan isə uşaqlardır.
Nərmin Quliyeva:
- Ailə və məktəb birliyinin istənilən səviyyədə olmamasının əsas səbəblərindən biri də orta təhsil müəssisələrində çalışan psixoloqların “fəaliyyəti”dir. Bu gün həmin kadrlardan yüksək peşəkarlıq tələb olunur. Onların fərdi fəaliyyət planı, iş mexanizmi olmalıdır.
K.A:
- Hüquqi maarifləndirmə ilk növbədə ailələrlə aparılmalıdır. Ananın öz hüququnu bilmədiyi ailədə uşaq hüququndan danışmaq mümkündürmü? Ailə qanun qarşısında öz hüququnu, daha doğrusu hansı məsuliyyət daşıdığını bilməlidir.
Mətanət Umudova:
- İş prosesində elə ailələrlə qarşılaşırıq ki, “hökumətin borcudur mənim uşağımı saxlasın” deyir. O zaman valideyn hansı məsuliyyəti daşıyır? Məhz bunu ona izah etmək lazımdır.
- Ailənin uşağa lazımınca diqqət ayırmamasının səbəbi kimi sosial vəziyyət əsas gətirilir. Bu cür bəhanələrlə razılaşırsınızmı?
K.A:
- Ailənin iqtisadi vəziyyətinin qabardılması əksər hallarda məsuliyyətdən sığortalanmaq məqsədi güdür. Amma təcrübə göstərdi ki, bu əsas deyil. Biz küçə uşaqları ilə işləyən təşkilat olaraq uşaqları küçədə dilənən ailələrin altısını himayəyə götürdük. Hər ay ərzaq və paltar təminatlarını yetərincə ödədik. Amma monitorinq zamanı məlum oldu ki, yenə də həmin uşaqlar küçələrdə dilənirlər. Yəni, bu, ailənin həyat tərzidir və ailə cəmiyyət, dövlət qarşısında məsuliyyət hiss etmir.
M.U:
- Valideyn diqqətindən kənarda olan hər bir uşaq risk qrupuna daxildir və məhv olmuş tale deməkdir. Ən böyük problem isə bu uşaqların mənfi təsirlər nəticəsində narkomana, cinayətkara və terroristə çevrilmə təhlükəsidir.
K.A:
- Açıq Cəmiyyət İnstitutu ilə razılaşmaya əsasən küçə uşaqlarının vaxtarışı vərəm, hepatit C və QİçS-dən müayinəsi təşkil edilir. Amma nəzərə almaq lazımdır ki, uşaqlar arasında müxtəlif cinsi yolla xəstəliklərə yoluxanlar da var.
M.U:
-Uşaqlar cəmiyyətin nəzarət edilməsi vacib olan ən həssas təbəqəsidir. Onları qorumaq bizim borcumuzdur və Konstitusiyaya edilən əlavələr cəmiyyətin, ailənin və dövlətin qarşısına son dərəcə vacib bir vəzifə qoyur: Uşaqları qorumaq, onların hüquqlarını tanımaq.
- Təhsil Nazirliyi təhsil, Səhiyyə Nazirliyi səhiyyə sahəsində uşaq hüquqlarının tam təminatını təşkil edir. AQUPDK isə uşaqlarla bağlı dövlət siyasətini həyata keçirir. Yerli səviyyədə uşaqların problemləri necə həll olunur? Onların hüquqları hansı təşkilatlar tərəfindən qorunur?
F.A:
- Rayon İcra Hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar fəaliyyət göstərir ki, onların iki əsas işçisi var: sədr və məsul katib. Komissiyanın sədrləri əsasən rayon icra başçılarının humanitar məsələlər üzrə müavinləri olur. Məsələ ondadır ki, həmin şəxslərin özlərinin kifayət qədər vəzifə yükləri var. üstəlik, araşdırmalar göstərir ki, həmin şəxslər bir neçə komissiyaların sədrləridirlər. İki şəxsin ən yüksək dərəcədə belə peşəkarlığı və işgüzarlığı bütün rayonu əhatə etməsi və səmərəli şəkildə problemlərin həllinə nail olması üçün yetərli deyil. Komissiyanın qalan üzvləri isə könüllü əsaslarla fəaliyyət göstərir. Daha sonra, rayon polis idarələrinin uşaq inspektorları var. Burada da vəziyyət eynidir-bir rayona iki uşaq inspektoru düşür. Ona görə də, biz təklif etmişik ki, yerlərdə bu strukturların iş mexanizmlərində dəyişikliklər edilsin. Uşaqların hüquqlarının yerli səviyyədə qorunması, dövlət qurumlarının qlobal səviyyədə dövlət siyasətini həyata keçirməsini də asanlaşdırar.
R.R:
- Bu gün dövlət siyasətinin həyata keçirilməsində mətbuatın, ümumiyyətlə kütləvi informasiya vasitələrinin dəstəyinə böyük ehtiyac var. Efir, ekran, mətbuat bu məsələlərlə bağlı proqramlara geniş yer ayırmalıdır.
- Bu mənada KİV-lərin işindən razısınızmı?
N.Q:
- Bu gün KİV-lərdə ən az yer alan, efir və ekranlarda ən az vaxt ayrılan problem ailə, qadın və uşaq məsələləridir.
M.A:
- Az-çox varsa da, əyləncə xarakterlidir. Maarifləndirmə məqsədi ilə hər hansı bir verilişin adını çəkə bilmərəm. Monitorinq aparsaq, bu verilişlərin faizini də asanlıqla öyrənmək olar.
K.A:
- Mən isə bir misalla sualınızı cavablandırmaq istəyirəm: 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü informasiya agentliklərinin biri belə xəbər yaydı: 14 yaşlı qız oğurlanıb və onun daxili orqanları çıxarılıb. Xəbərdə deyilirdi ki, qızı yaşadığı evin qarşısından tapıblar. Mən, eyni zamanda İnsan Alveri ilə Mübarizə üzrə Qaynar Xəttin direktoru olduğumdan belə materialları diqqətlə izləyirəm. Dərhal araşdırmalara başladıq və məlum oldu ki, informasiya sadəcə sensasiya xatirinə dərc edilib...
N.Q:
- Biz də düşünürük ki, artıq KİV-lər bu sahədə hüquqi-maarifləndirmə işlərinə çox ciddi və məqsədyönlü şəkildə başlamalıdır.
-1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü balacaların bayramı olsa da, böyüklərin, yəni, valideynlərin, təhsil ocaqlarının, QHT-lərin və sırf uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının hesabat günü olmalıdır. Sualım belədir: hesabat verməli olsaydınız hansı işlərinizi vurğulayardınız?
R.R:
- Ombudsman Aparatının nümayəndəsi kimi hökumətə Aliment Fondunun yaradılması ilə bağlı edilmiş təklifi vurğulayardım. Bu, xarici təcrübədə də var. Uşaq məhkəmənin müəyyən etdiyi alimenti dövlət büdcəsi əsasında formalaşan Aliment Fondundan, dövlət isə həmin məbləği alimenti ödəməli olan vətəndaşdan alır.
N.Q:
- Hazırda AQUPDK Azərbaycan dövləti adından BMT-nin Uşaq hüquqları Komitəsinə hesabat verməyə hazırlaşır. Bunun üçün də yerli qurumlardan tutmuş, ən yüksək dövlət təşkilatlarına qədər hamıya çoxsaylı suallarla müraciət etmişik. Həyata keçirdiyimiz çoxsaylı tədbirlərdən birini deyim ki, biz hazırda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üzərində işləyirik. Burada bütün-penitensiar xidmətin nəzarətində olan uşaqlarla yanaşı, valideyn himayəsindən məhrum və risk qrupunun daxil olduğu təbəqələrdən olan uşaqlar əhatə olunub. Onların reabilitasiyasını həyata keçirmək məqsədilə Komitə Bakı şəhər Baş Məşğulluq İdarəsi ilə birlikdə xüsusi peşə kursları təşkil edib. Bu layihə artıq təkcə paytaxtı yox, bütün regionları əhatə edir. İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaların işini daha da gücləndirmək və onların səmərəli fəaliyyətinə nail olmaqdan ötrü də regional tədbirlər həyata keçiririk.
K.A:
- Azərbaycan Uşaq Birliyi təcrübə əsasında formalaşmış iş mexanizminə malik QHT-dir. Bütün gördüyümüz işləri bir neçə dəqiqəlik hesabata yerləşdirə bilmədiyimdən mən iş mexanizmimiz haqqında məlumat verə bilərəm. Və mənə elə gəlir ki, bu həmkarlarıma öz işlərini qurmaqda yardımçı olar. çünki hər bir təşkilatın, QHT-nin təcrübəyə əsaslanan iş mexanizmi olmalıdır. Əgər bu, yoxdursa, başqasının təcrübəsi öyrənilməlidir.
- Uşaq hüquqları ilə bağlı məsələlərin qanunlarımızda öz əksini yetərincə tapmasına baxmayaraq, həmin maddələrin Konstitusiyaya gətirilməsi, yəni, ona yüksək, ali statusun verilməsi birbaşa dövlətin uşaq hüquqlarının müdafiəsində durduğunu göstərdi.
R.R:
- Uşaqlarla bağlı sahələrdə problemin nədən qaynaqlandığını öyrənib aradan qaldırmaqla effektiv nəticəyə nail olmaq olar.
M.U:
- “Himayə” uşaq təşkilatı bir və ya iki valideynini itirmiş, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir. Bu uşaqların və onların ailələrinin ən böyük problemi nədir? Valideynlər işləyirsə, bu uşaqlar gün ərzində nəzarətsiz qalır. Bu isə ailədə ciddi problemlərin yaranmasına səbəb olur. Ona görə də, iş günü müddətində belə uşaqların saxlanılması üçün xüsusi sığınacaqların açılmasına ehtiyac var. Və biz uşaq təşkilatı olaraq bu təkliflə çıxış etmək niyyətindəyik. Müzakirə iştirakçılarının qeyd etdiyi kimi, belə sığınacaqlar xarici ölkələrin təcrübəsində də geniş yayılıb.
N.Q:
- AQUPDK-nın son layihələrindən biri küçə uşaqları üçün sığınacaqların açılmasıdır. Və yəqin ki, növbə bu məsələnin də həllinə çatacaq.
- üç il əvvəl qəbul edilmiş “Uşaqların ailələrə verilməsi (DE-İnstitusionalizasiya) və alternativ qayğıya dair Dövlət Proqramı”nın (2006-2011) həyata keçirilməsi sahəsində hansı irəliləyişlər var?
N.Q:
- Bu proqramda nəzərdə tutulduğu kimi uşaqların bioloji ailələrinə qaytarılması və alternativ ailələrə verilməsi ilə bağlı modelin üzərində işləyirik. Qeyd edim ki, xarici ölkələrin təcrübəsi də diqqətlə öyrənilir. Amma sonrakı mərhələdə də xeyli iş görülməli-qaytarılmış uşaqların monitorinqi keçirilməli, problemlər müəyyənləşdirilməli və onun həlli yolları axtarılmalıdır.
F.A:
- Bildiyiniz kimi, dövlətin uşaqlarla bağlı siyasətinin əsasını uşaqların ailələrə və alternativ ailələrə verilməsi təşkil edir. Xüsusi sığınacaqların açılması ilə bağlı layihələrin həyata keçirilməsi isə məhz bu siyasətə xidmət edir. çünki bu sığınacaqlar ailələrin işini asanlaşdıracaq, uşaqların internat evlərinə düşməsinin qarşısını alacaq.
R.R:
- Proqramın həyata keçirilməsi uşaqların internat evlərinə verilmə prosedurunu çətinləşdirmək yox, onun düşmə məsələsini öyrənib aradan qaldırmaqdı. Bəzən, səhvən birinci addım atılır. Xaricdə belə təcrübə var ki, ailə övladını dövlət himayəsindən geri alırsa, ona birdəfəlik kompensasiya verilir. Amma bunun da öz neqativ tərəfi var. Kompensasiya ailələrin uşaqlarından müvəqqəti imtinasına yol aça bilər. Yəni, balansı elə qorumaq lazımdır ki, uşaq risk altına düşməsin.
N.Q:
- Xarici təcrübələrin öyrənilməsinə baxmayaraq, AQUPDK təkcə paytaxtda deyil, həm də regionlarda həyata keçirdiyi müxtəlif tədbirlərlə öz milli mentalitetimizi, necə deyərlər, cəmiyyətin psixologiyasını öyrənir. Biz təcrübələrdən bəhrələnsək də, ailə zorakılığı-qadın, uşaq problemlərinin həlli, onların hüquqlarının müdafiəsi üçün Azərbaycan modelini hazırlamaq üzərində çalışırıq.
KƏBUTƏR
 
  • Oxunub:  28350  |  
  • Tarix:  12-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18