Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

20.01.2017 [09:40]

Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in icraçı direktoru Azad Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatdığını qeyd edib. İcraçı direktor bu faciəni, eyni zamanda, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində yeni səhifə kimi səciyyələndirib. Azad Məmmədov bildirib ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında digər xalqların nümayəndələri də olub, bu isə bir daha sübut edir ki, vahid vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olub, birlik nümayiş etdirib.
İcraçı direktor deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizminin tədrisi, qurumun müxtəlif ölkələrdə fəaliyyət göstərən filialları və beynəlxalq elita ilə mütəmadi keçirilən görüşlər vasitəsilə 20 Yanvar faciəsini, ümumiyyətlə, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.
Mərkəzin Aparat rəhbəri, professor Aytən Qəhrəman qanlı gecənin dəhşətli statistikasından söz açıb: “Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Öncədən düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi ilə gerçəkləşdirilib. Ancaq xalqımızın azadlıq istəyinə qarşı yönələn bütün təcavüzlərə, zorakılıqlara və faciələrə baxmayaraq, aradan keçən 27 il ərzində heç bir şey suveren, sabit iqtisadiyyata, mütəşəkkil orduya malik və ümumxalq birliyinə müvəffəq olan güclü Azərbaycanın formalaşmasına mane ola bilmədi. Ona görə də biz indi - 27 il geriyə dönüb baxdığımızda 20 Yanvarda Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, canını əsirgəməyən vətən övladlarının yazdığı milli tariximizlə qürur duyuruq”.

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31