Ana səhifə »  Sosial »  "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci mərhələsi Lənkəranda yüksək göstəricilərlə yekunlaşdırılıb
A+   Yenilə  A-
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci mərhələsi Lənkəranda yüksək göstəricilərlə yekunlaşdırılıb
Dövlət Proqramının davamı olaraq 2009-2013-cü illər üçün rayonun sosial-iqtisadi inkişafı ilə bağlı yeni tədbirlər planı hazırlanıb və görüləcək işlər proqnozlaşdırılıb
Ləngərməkandan Lənkəranadək...
Lənkəran Azərbaycanın çox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni, eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq edib. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirib.
Xatırladaq ki, 1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə çevrilib. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkinçilik, maldarlıq, bağçılıq, balıqçılıq, ipəkçilik və arıçılıq olub. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılıb, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynayıb, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, çin, Pakistan, Hindistanla ticarət əlaqələri yaradılıb.
1813-cü il “Gülüstan” sülh müqaviləsi ilə Azərbaycanın şimal hissəsi Rusiyaya qatıldıqdan sonra Lənkəran rus imperiyasının ucqarlarındakı əsas şəhərlərindən birinə çevrilib. Şəhərdə taxta, kirəmit, kərpic zavodları, şəkər qamışından qənd, üzüm, balıq məhsulları istehsal edən sənaye müəssisələri yaradılıb. XVIII-XIX əsrlərdə Lənkəran xarici ölkələrə düyü, kətan, ipək, tərəvəz, meşə materialları, balıqçılıq məhsulları ixrac edib. Bu məhsullar əsasən Rusiyaya ixrac olunub. Azərbaycanda sovet hakimiyyəti illərində Lənkəran iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə böyük uğurlar qazanıb.
ümumiyyətlə, Lənkəran rayonunun adı ilə bağlı alimlər bir çox versiyalar irəli sürürlər. Amma biz daha çox Lənkəranın gözəl təbiəti və əhəmiyyətli ticarət yollarının üzərində yerləşməsi ehtimalı ilə əlaqədar rayonun adının etimologiyasını araşdırmağa üstünlük veririk. çünki, Şərqlə Qərb arasında yerləşən Azərbaycan mühüm ticarət yollarının mərkəzində qərar tutduğundan bu ərazidən tacirlər tez-tez keçib digər ölkələrə gedirdilər. Əlbəttə ki, füsunkar təbiəti, soyuq bulaqları, müalicəvi suları həmin tacirləri, eyni zamanda, Lənkəranda ləngiməyə vadar edirdi. Bu baxımdan rayonun ilkin adlarından biri kimi Ləngərməkan adlandırılmağa başlandı...

Nəzərdə tutulan işlər yüksək keyfiyyətlə tamamlanıb...
Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) icrası istiqamətində görülmüş işlər nəticəsində 2004-cü ildən bəri ölkəmizdə yüzlərlə irihəcmli layihələr həyata keçirilib, 766 min iş yeri açılıb, 1600 məktəb, 240 tibb müəssisəsi, 14 Olimpiya İdman Kompleksi, 4 beynəlxalq aeroport tikilib istifadəyə verilib.
Qeyd edək ki, 5 illik üçün qəbul olunmuş Dövlət Proqramının ölkəmizin sürətli inkişafında misilsiz rolu olub. Dövlət Proqramında nəzərdə tutulmuş işlərin vaxtında görülməsi nəticəsində Azərbaycanın bütün bölgələri kimi, Lənkəran şəhərinin və bütövlükdə rayonun da siması tamamilə dəyişib.
ötən müddət ərzində rayonda geniş quruculuq-abadlıq işləri görülüb, yeni müəssisələr, emal sexləri, sosial-mədəni obyektlər, turizm mərkəzləri tikilib, yol infrastrukturu yaxşılaşdırılıb, minlərlə iş yeri açılıb.
Son 5 il ərzində rayonda 18 təzə məktəb binası tikilib istifadəyə verilib, bir məktəbin və bir uşaq bağçasının tikintisinə başlanılıb. Bu məktəblərdən 14-ü son 3 il ərzində tikilib istifadəyə verilib. Yeni tikilən məktəblərdən 9-u Heydər Əliyev Fondunun hesabına inşa olunub.
Müqayisə üçün deyək ki, son 25 il ərzində Lənkəranda 26 məktəb tikilib, onlardan 18-i son 5 ildə tikilib istifadəyə verilib. Osman Mirzəyev adına uşaq evi Heydər Əliyev Fondunun hesabına əsaslı təmir edilərək yenidən qurulub, ən müasir avadanlıqlar və dərs ləvazimatları ilə təchiz edilib.
Heydər Əliyev Fondunun hesabına Siyavar kənd orta məktəbində 60 yerlik 3 sinif otağı əsaslı təmir edilib, Separadi kənd orta məktəbində 180, Liman 2 saylı orta məktəbində 60, dövlət vəsaiti hesabına Şıxəkəran kənd orta məktəbində 180, Sirinsu qəsəbə orta məktəbində 120 şagird yerlik əlavə sinif otaqları tikilib, şəhər 5 saylı orta məktəb və Lənkəran Dövlət Universitetinin humanitar fakültəsinin binası təmir olunub, Lənkəran Humanitar Kollecinin binası isə əsaslı təmirdən sonra alkaponla örtülüb.
Rayonda əhaliyə göstərilən səhiyyə xidmətini yaxşılaşdırmaq üçün son 3 il ərzində Regional Müalicə Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq Mərkəzi, Əlillərin Regional Bərpa Mərkəzi, o cümlədən, 14 kənd feldşer-mama məntəqəsi və həkim ambulatoriyası tikilib. Tibb məntəqələrinin böyük əksəriyyəti son 2 il ərzində ucqar kənd ərazilərində tikilib, dağ kəndlərinin əhalisinə xidmət etmək üçün 2 ədəd təcili tibbi yardım maşını verilib.
Son 3 ildə şəhərdə Tikiş fabriki, emal sexləri, müxtəlif istehsal və xidmət müəssisələri, beynəlxalq hava limanı, futbol stadionu, süd zavodu, 16, 24 və 40 mənzilli yaşayış evləri, Fövqəladə Hallar Nazirliyinin regional inzibati binası, Heydər Əliyev xatirə müzeyi, Heydər Əliyev xatirə parkı, Əsgər Əliyev adına “Dostluq” parkı, həmin parkda Azərbaycanın iqtisadi rayonlarının göstəricilərini əks etdirən lövhələr quraşdırılıb, azərbaycanlıların soyqırımı qurbanlarına abidə ucaldılıb, ətrafında park salınıb, Həzi Aslanov parkı əsaslı bərpa olunub, orada yeni işıqlandırıcılar qurulub, Dənizkənarı park, Xalq Sənətkarlığı Şəhərciyi, Göyşaban dairəsində qədim Lənkəran qalasının rəmzi divarı və ətrafında abidələr kompleksi tikilib, Qumbaşı, Göyşaban və Gərmətük yol dairələrində mənzərəli guşələr yaradılıb, “Qafqaz sahil” oteli, Palıdlı sahil, Bəşəru turizm obyektləri tikilib, tarixi abidələr bərpa olunub, yeni xiyabanlar salınıb, yollar, körpülər təmir edilib, yeni küçə işıqlandırıcıları qurulub.
Eyni zamanda, Dövlət Proqramına uyğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə Aqrotexservis xidməti yaradılıb, bəzi kəndlərə təbii qazın verilməsi bərpa olunub, şəhərdə qazlaşdırma işi davam etdirilib. Bütün bunlar rayonun sürətli sosial-iqtisadi inkişafının göstəriciləridir.
Rayonun sosial-iqtisadi inkişafını əks etdirən digər statistik göstəricilər də 5 il əvvəlki dövrlə müqayisədə çox yüksəkdir. Bu dövrdə rayon üzrə orta aylıq əmək haqqı ilbəil artıb. Rayonda orta aylıq əmək haqqı 2004-cü ildə 37 manat, 2005-ci ildə 54 manat, 2006-cı ildə 71 manat, 2007-ci ildə 99 manat, 2008-ci ildə isə 140 manat olub.
2008-ci ildə rayonda sosial-iqtisadi inkişafın sürətlənməsində sahibkarlıq fəaliyyətinin güclənməsinin mühüm rolu olub. Sahibkarlarla işin canlandırılması, bu sahədə mövcud olan çətinliklərin aradan qaldırılması onları daha da ruhlandırıb və fəaliyyətlərini genişləndirməyə həvəsləndirib. İl ərzində sahibkarlara və fərdi əməklə məşğul olanlara bank-kredit təşkilatlarından 9 milyon 665 min manat kredit verilib. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, 2008-ci ildə rayonda ümumi məhsul buraxılışı 5,4 faiz çoxalıb.
2008-ci ildə bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının inkişafına 53,7 milyon manat və ya, 2007-ci illə müqayisədə 24,1 faiz çox əsas kapitala investisiya yönəldilib. ümumi investisiyanın tikinti-quraşdırma işlərində istifadə edilmiş həcmi 12,6 faiz artaraq 43,1 milyon manat təşkil edib.

Sənayeləşmə sürətlənir...
Sənayedə istehsalın 91,5 faizi, aqrar bölmədə 99,9 faizi və pullu xidmətlərin 83,2 faizi özəl bölmənin payına düşür. İl ərzində rayonda 6,4 milyon manatlıq və ya ötən ildəkindən 29,4 faiz çox sənaye məhsulu istehsal olunub.
Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 32,1 faiz artıb və sənaye məhsulunun ümumi həcmində onun xüsusi çəkisi 91,5 faiz təşkil edib. Sənaye müəssisələrində 1609 nəfər əməyə cəlb olunub. Bu da keçən ildən 10,4 faiz çoxdur. Sənayedə işləyənlərin orta aylıq əməkhaqqı 16,4 faiz artaraq 121 manat təşkil edib.
Balıq sənayesində “Xəzərbalıq” MMC, “Sara” MMC, “Kaspi” müəssisələri tərəfindən 560 ton müxtəlif növ balıq və balıq məhsulları istehsal edilib.
“Nur-süd” MMC-nin fəaliyyətə başlaması rayonda yeyinti məhsullarının həm çeşidini, həm də keyfiyyətini yüksəldib. Müəssisə tərəfindən il ərzində 2 milyon 417 min litr süd emal olunub və 7 adda süd məhsulları istehsal edilib. Müəssisədə 200-ə qədər insan çalışır.
“Lənkəran konserv” MMC-də, “çinar” firmasında, “Optimal” MMC-də 2004 ton tomat pastası, 9615 ton konservləşdirilmiş tərəvəz, meyvə şirəsi və kompot, “ümman” MMC-də xarici ölkələrə ixrac olunmaq üçün 735 min ədəd şərti banka nar şirəsi istehsal olunub.
Rayonda tikintinin geniş vüsət alması kərpic istehsalını 2 dəfə artırıb. İl ərzində 3 milyon ədəd kərpic və kərpic bloku istehsal edilib.

Kənd təsərrüfatında irəliləyişlər...
Digər sahələrdə olduğu kimi, Lənkəran da aqrar sferada yüksək göstəricilərlə diqqəti cəlb etməkdədir. Rayonda Aqrotexservis kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qaydada 328 ton mineral gübrə, hər hektar əkin sahəsinə görə isə 40 manat olmaqla, 1559 nəfərə 130434 manat subsidiya verilib.
İl ərzində heyvandarlıq sahəsində də inkişaf davam edib. Həm mal-qaranın baş sayı və həm də məhsul istehsalı dinamik olaraq artıb.
Hazırda rayonda kənd təsərrüfatı məhsulları emalı zavodunun tikintisi davam etdirilir. Zavod təkcə Lənkəranda deyil, ətraf rayonlarda istehsal olunan məhsulları da emal üçün qəbul edəcək. Zavodun fəaliyyət dairəsi öz işçilərindən əlavə minlərlə torpaq sahibi üçün də iş yeri olacaq. Torpaq sahibləri şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsulu əlverişli qiymətə zavoda satacaqlar. Bundan başqa, zavodun yaxınlığında məhsul tutumu 6700 ton olan soyuducu saxlama anbarı tikilib. Bu da sahibkarlara yetişdirdiyi məhsulu istənilən müddətə saxlamağa imkan verəcək.
Bu məsələ həm Prezident İlham Əliyevin imzaladığı “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, həm də 2009-2013-cü illər üçün rayonun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan yeni Dövlət Proqramının icrasında mühüm rol oynayacaq. Bu səbəbdən də rayonda ilk növbədə əkin sahələri genişləndirilir.

Yol tikintisi və təmiri...
ötən il şəhərin bəzi küçələrində, magistral yollarda təmir-bərpa işləri aparılıb, lazımi yerlərə çınqıl döşənib. Lənkəran çayı üzərindəki körpü, Mərkəzi Xəstəxanaya gedən yol asfaltla örtülüb, 3 istiqamətdə dağ kəndlərinə gedən yolların əsaslı təmiri başa çatdırılıb. ümumilikdə, son 3 ildə rayon ərazisində 67 km respublika və yerli əhəmiyyətli, habelə kəndlərarası yollar əsaslı şəkildə təmir olunaraq asfaltlaşdırılıb. Şəhərin turizm zonasına daxil olan Tofiq İsmayılov küçəsinin 4,6 kilometrlik hissəsi yenidən asfaltlanıb, yol boyu səkilərə keramik üzlük döşənib, ətrafı naxışlı dəmir şəbəkələrlə hörülüb, müasir küçə işıqlandırıcıları quraşdırılıb. Bundan başqa, şəhərin Məmmədəmin Rəsulzadə, Füzuli, Nəsimi, Şirəli Axundov, Paşa Təhməzov, Axundzadə, Fikrət Məmmədov və Koroğlu küçələri asfaltlaşdırılıb, Qala və Şəhidlər Xiyabanları əsaslı şəkildə yenidən qurulub, əraziyə mərmər üzlük döşənib, təyyarə limanına gedən yolda müasir işıqlandırıcılar quraşdırılıb, piyadalar üçün səkilər tikilib və əraziyə asfalt döşənib. Liman şəhəri, Qumbaşı, ürgə kəndləri ərazisində və Tofiq İsmayılov küçəsində 5 körpü əsaslı təmir olunub, üstündə yeni məhəccərlər və işıqlandırıcılar quraşdırılıb.
Rayonun giriş hissəsi olan Qumbaşı kəndi ərazisindən başlayaraq Astara rayonu sərhəddinə qədər magistral yollar boyunca və şəhərdə, habelə təyyarə limanı ərazisində hasarlar və evlərin barıları başdan-başa suvaqlanıb, bəzi yerlərdə hasarlar yenidən tikilib və ya bərpa edilib, qapılar, hasarlar və evlər rənglənib. Həmin ərazilərdə mövcud olan köhnə, yöndəmsiz şəxsi evlər, şəhərdə 4, 5 və 9 mərtəbəli 3 yaşayış binası əsaslı təmir edilib. Magistral yollar boyunca yaşayış məntəqələrinin adlarını bildirən müasir göstəricilər qurulub.

Məşğulluq və sosial müdafiə məsələləri prioritet olaraq qalır...
Lənkəran rayonunda, eyni zamanda, əhalinin yüksək maaşlı iş yerləri ilə təmin edilməsi məsələsi də prioritet xarakter daşıyır. Qeyd edək ki, ötən il əhalinin işlə təmini sahəsində fəaliyyətlər davam etdirilib, əmək yarmarkası keçirilib, məşğulluq mərkəzi tərəfindən 25 nəfərə işsiz statusu verilib, 801 nəfər işlə təmin edilib. ümumiyyətlə isə, 2008-ci ildə rayonda 4312 iş yeri açılıb. Onlardan da 2178-i daimi iş yerləridir. ümumilikdə, Dövlət Proqramının icrasına başlanandan bu günə qədər 24035 yeni iş yeri açılıb. Bunlardan 13230-u daimi iş yerləridir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımın, pensiyaların vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində olub.
Məlumat üçün bildirək ki, 2008-ci ildə rayon Sosial Müdafiə Fondu üçün yeni inzibati bina tikilib istifadəyə verilib. İl ərzində əmək pensiyalarının və müavinətlərin ödənilməsinə 26 milyon 88 min manat vəsait yönəldilib. Məcburi dövlət sosial sığorta haqqlarının yığımı üzrə proqnoza 94,5 faiz əməl olunub. Hər ay vətəndaşlara pensiyaların vaxtında ödənilməsi təmin edilib. Rayonda 27089 nəfər pensiyaçıya vəsait plastik kartlar vasitəsilə ödənilir, bu da ümumi pensiyaçıların 95 faizini təşkil edir.
2008-ci ildə 4410 aztəminatlı ailəyə ünvanlı sosial yardım ödənilib, 8 nəfər imtiyazlı şəxsə OKA avtomobili, 48 nəfərə kompensasiya verilib, Qarabağ əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evi, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi üçün inzibati bina tikilib istifadəyə verilib, Qarabağ əlilləri və şəhid ailələri üçün daha bir 36 mənzilli yaşayış evinin tikintisinə başlanılıb.
Hesabat ilində şəhərdə və rayon ərazisində əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması üçün zəruri tədbirlər də davam etdirilib. 2008-ci ildə rayon Paylayıcı Elektrik Şəbəkəsi istehlakçı qruplara 6 milyon 779 min 411 manat dəyərində 112 milyon 990 min 191 kvt/ saat elektrik enerjisi satıb, ödəniş isə 4 milyon 978 min 811 manat olub. Bu da enerji dəyərinin 73,4 faizini təşkil edib. Əhali sektorunda isə ödəniş 93,1 faiz olub.
Rayon Qaz İstismar İdarəsi il ərzində 11665 abonentə 1 milyon 392 min 794 manat dəyərində 28 milyon 591 min 700 kub/metr təbii qaz verib, ödəniş isə 737 min 526 manat olub. Bu da ümumi dəyərin 53 faizini təşkil edir. Kənd yerlərində qazlaşma işi davam etdirilir. Lənkəran və Liman şəhərlərindən başqa rayonun Digah, Şilavar, Xarxatan, Şağlaser, Separadi və Vilvan kəndlərinə qazın verilməsi bərpa edilib. Hazırda şəhərin mövcud qaz kəmərlərinin yeniləşdirilməsi və qaz xətti bərpa edilməyən küçələrinə yeni xətlərin çəkilməsi ilə əlaqədar quraşdırma işləri davam etdirilir.
Bununla yanaşı, rayonda su-kanal idarəsi tərəfindən 2008-ci ildə əhalinin içməli su ilə təmini işini yaxşılaşdırmaq üçün Xanbulan-Lənkəran ana su xətti üzərində iş davam etdirilib, 3 km uzunluqda diametri 530 mm olan su borusu yenisi ilə əvəz edilərək suyun şəhərə öz axını ilə gəlməsi təmin olunub, 4 km uzunluqda diametri 530 mm olan su boruları təmir edilib və suyun səmərəsiz yerə axmasının qarşısı alınıb. Bu işlərdən başqa, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər planına əsasən şəhərin Koroğlu, Nizami və 2-ci mikrorayon ərazisində diametri 300 mm-lik plastik borularla 1,4 km uzunluqda kanalizasiya xətti yenisi ilə əvəz edilib. Şəhərin mikrorayon ərazisində yaşayan sakinlərinin içməli su ilə təchizatı müəyyən qədər yaxşılaşıb. Hazırda 6900 abonentə içməli su verilir, 7083 abonentə isə kanalizasiya xidməti göstərilir. İl ərzində abonentlərə 60 min 814 manat dəyərində su xidməti göstərilib, ödəniş isə 35447 manat təşkil edib.
Məlumat üçün bildirək ki, Dövlət Proqramının davamı olaraq 2009-2013-cü illər üçün rayonun sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram layihəsi tərtib olunub və görüləcək işlər proqnozlaşdırılıb. Layihədə rayonda turizmin inkişafı ilə əlaqədar dənizsahili zonada yeni turizm istirahət mərkəzlərinin yaradılması, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, yol infrastrukturunun yaxşılaşdırılması, şəhər daxilində 178 km, rayon daxilində və kəndlərarası yollarda 750 km asfaltlaşma işi, Sutamurdov, Qumbaşı, Girdəni, Velədi və Veravul körpülərinin yenidən qurulması və əsaslı təmiri, şəhərdə yeni avtovağzal kompleksinin tikintisi nəzərdə tutulub. Mədəniyyət, təhsil, səhiyyə və idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi, mədəniyyət ocaqlarının təmiri, yeni səhiyyə obyektlərinin, məktəb binalarının tikintisi, Olimpiya İdman Kompleksinin əsaslı təmiri və orada üzgüçülük hovuzunun tikintisi, rabitə xidmətinin yaxşılaşdırılması üçün elektron ATS-lərin və yeni nəsil elektron telefon şəbəkəsinin quraşdırılması, yeni poçt binalarının, sənaye və kənd təsərrüfatının inkişafından ötrü tara müəssisəsinin, soyuducu anbarların tikintisi, xaçaçılıq sexinin yenidən qurulması nəzərdə tutulub. Eyni zamanda, imtiyazlı ailələr üçün yeni yaşayış binalarının tikintisi, mövcud çoxmərtəbəli yaşayış binalarının əsaslı təmiri planlaşdırılıb.

Lənkəranlılar ümummilli lider Heydər Əliyevin ideyalarına daim sadiqdirlər...
Qlobal böhranın təsirinə baxmayaraq, inkişafı ləngiməyən Azərbaycanın tərəqqisinin təcəssümü olan Lənkəranın əhalisi hər zaman dövlətçiliyə sadiq olublar. Lənkəranlılar ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliklərini 2008-ci ildə keçirilmiş prezident seçkilərində və bu il baş tutmuş referendumda bir daha təsdiq ediblər. Bütün bu işlərin həyata keçirilməsində, həmçinin, YAP Lənkəran rayon təşkilatının da rolunu qeyd etmək yerinə düşər.
Məlumat üçün bildirək ki, YAP Lənkəran rayon təşkilatının 8543 nəfər üzvü var ki, onların 3095-ni qadın, 2813-nü isə gənclər təşkil edir. 2009-cu ilin 5 ayı ərzində rayon təşkilatının sıralarına 118 nəfər daxil olub.
YAP Lənkəran rayon təşkilatının sədri İlqar Mikayılovun sözlərinə görə, lənkəranlılar Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir: “Lənkəranlıların siyasi proseslərdə aktiv iştirak etməsi və Ulu öndər Heydər Əliyev ideyalarına dəstək verməsi cənub zonasının sakinlərinin dövlətçiliklə sıx bağlı olduqlarını sübut edir”.
Ramil VƏLİBƏYOV
 
  • Oxunub:  27930  |  
  • Tarix:  18-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA