Ana səhifə »  Sosial »  Müasirləşən, abadlaşan Göyçay
A+   Yenilə  A-
Müasirləşən, abadlaşan Göyçay

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonun əsas inkişaf istiqamətlərini müəyyənləşdirib
“Göy” çayın sahilində yerləşən ecazkar Göyçay
Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km2 sahəni əhatə edir. Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmir yolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal-şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir. Rayonun adı sahilində yerləşdiyi çayın adından götürülüb. çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılıb. Bəzi tarixi mənbələrə görə, rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşıb. Eyni zamanda XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçüb və bununla da yaşayış məntəqəsi genişlənməyə başlayıb. çar Rusiyasının Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılıb. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılıb. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilib. Göyçay şəhərinin inkişafı təxminən XX əsrin 30-cu illərindən başlayıb. Rayonun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr mövcuddur. Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilən və Ərəb xilafəti dövrünə aid “Surxay” qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılan və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilən yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir. Göyçay iki geoloji rayona - dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Heyvanat aləmi o qədər də zəngin deyil. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsində və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları var ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid verib, 44 nəfər itkin düşüb, 106 nəfər əlil olub.

Kənd təsərrüfatı yüksək templə inkişaf edir
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Göyçay rayonu üzrə nəzərdə tutulan tədbirlər, demək olar ki, tam yerinə yetirilib. Bu dövrdə kənd təsərrüfatı yüksək templə inkişaf edib. Meyvə bağlarının sahəsini artırmaq məqsədi ilə 2008-ci ildə 325 hektar sahədə yeni bağ salınıb və meyvə bağlarının ümumi sahəsi 4021 hektara çatdırılıb. Taxılçılığı inkişaf etdirmək məqsədi ilə 8, o cümlədən, keçən il 5 toxumçuluq təsərrüfatı yaradılıb. 2008-ci ildə rayonda 43069 ton taxıl istehsal edilib ki, bu da 2003-cü ilə nisbətən 8,1 faiz çoxdur. Rayonda üzümçülüyün inkişaf etdirilməsi məqsədi ilə 10,5 hektar sahədə üzüm bağı salınıb. “Şəki-İpək”” ASC-nin Göyçay barama idarəsi yaradılıb, son iki ildə rayona 31000 ədəd gər tingi gətirilərək əkilməsi təmin olunub, cari ildə rayonda 2750 kq. barama istehsal olunub. Rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 2008-ci ildə 2007-ci ilə nisbətən 42 faiz artaraq 69232,5 min manata çatıb. 2009-cu ilin yanvar-mart aylarında rayon üzrə məhsul istehsalının ümumi həcmi isə 21,3 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,1 milyon manat və ya 5,2 faiz çoxdur. Bu, iqtisadi inkişafın davamlı olmasının göstəricisi sayıla bilər. Heyvandarlıq sahəsinin inkişafına da diqqət artırılıb. Mal-qaranın baş sayı 2009-cu ilin əvvəlində 46407-yə, qoyun və keçilərin baş sayı isə 62663-ə çatdırılıb. Bu isə keçən ilə nisbətən müvafiq olaraq 177 və 1450 baş çoxdur. 2008-ci ildə rayon üzrə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına 737395 manat, həmçinin, buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə 2009-cu ilin məhsulu üçün əkilən buğda əkinlərinə görə 404145 manat yardım verilib. 580 nəfərə isə güzəştli qaydada 750 ton müxtəlif növ mineral gübrələr satılıb.
Rayonda quşçuluq sənayesi müəssisələrinin fəaliyyətinin canlandırılması üçün əməli tədbirlər görülüb. Uzun illər fəaliyyətsiz olan 528 min başlıq Göyçay-Broyler quşçuluq fabrikində əsaslı yenidənqurma işləri aparılıb, yeni kəsim və qablaşdırma sexləri istifadəyə verilib. Hazırda burada bazar rəqabətli məhsul istehsalına başlanılıb.
2006-cı ilin yanvar ayında “Aqrolizinq”in rayon şöbəsi, 2007-ci ildə “Aqrolizinq”in Bığır, Qaraməryəm mexanikləşdirilmiş dəstələri yaradılıb, hazırda lizinq qaydasında alınan 30-dan artıq çin və Rusiya istehsalı müasir kənd təsərrüfatı texnikası rayon fermerlərinə və ayrı-ayrı torpaq mülkiyyətçilərinə güzəştli qaydalarla xidmət göstəir. “Aqrotexservis” ASC-nin sərəncamındakı 20-yə yaxın müxtəlif markalı kənd təsərrüfatı texnikası əsaslı təmir edilərək yararlı hala salınıb və torpaq mülkiyyətçilərinin xidmətinə verilib.

Sənayeləşən Göyçay yeni texnologiya mərkəzinə çevrilir
Dövlət Proqramının əhatə etdiyi zaman kəsiyində rayonun sənaye müəssisələrinin fəaliyyəti də nəzərəçarpacaq dərəcədə güclənib. Göyçay Tikiş fabrikinin fəaliyyəti bərpa edilib, 200 nəfərə yaxın işçi işlə təmin edilib. Rayonda şərab, konserv və digər ərzaq sənaye məhsulları istehsalının inkişaf etdirilməsi üçün tədbirlər davam etdirilib. Mirzəhüseynli kəndində yerləşən “Göyçay-Şərab “Açıq Tipli Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa olunub, müəssisədə yeni qazanxana inşa edilib, 4 ədəd k-5 m markalı spirtçəkən aqreqatlar quraşdırılıb, məhsul qəbulu xətlərində əsaslı yenidənqurma işləri aparılıb. Göyçay Konyak zavodunda spirt istehsalı sexində avadanlıqlar quraşdırılıb, yeni şərabdoldurma sexi istifadəyə verilib.
Konserv zavodunda yeni konserv, meyvə konsentratları sexi və qazanxana istifadəyə verilib. Müəssisədə mövcud olan avadanlıq və axın xətlərinin İtaliyadan alınan ən müasir texnologiya ilə əvəz edilməsi təmin olunub. Zavodun laboratoriyasında əsaslı yenidənqurma işləri aparılıb və laboratoriya müasir avadanlıqlarla təchiz olunub. Göyçay Qida məhsulları kombinatında nar emalı sexində yenidənqurma işləri aparılıb və yeni axın xətti quraşdırılıb. Göyçay Süd zavodunda müasir standartlara cavab verən, dünya bazarlarına çıxarılmağa layiq süd məhsulları və meyvə şirələri istehsalı təşkil edilib. Burada istehsal olunan məhsullar MDB dövlətlərinə, həmçinin, Almaniya və İsrailə ixrac edilir.
Şəhərin sənaye zonasında “Garnet” Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus,ümumi sahəsi 6300 kv.m.,gün ərzində 150 ton meyvə emal edən müəssisə istifadəyə verilib. Burada ən müasir süzmə və avtomatik qablaşdırma xətləri quraşdırılıb. Rayonda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi üçün əməli tədbirlər görülür. Kərpic istehsalı sahəsində ixtisaslaşmış türk iş adamlarına məxsus “Kərpic-SAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kərpic zavodunda məhsul istehsalını artırmaq məqsədilə yenidənqurma işləri aparılıb, müəssisədə yeni kürələr və talvar istifadəyə verilib, əraziyə asfalt-beton döşənib. Müəssisəyə müasir texnika və nəqliyyat vəsaitləri alınıb. 2008-ci ildə zavodda ümumi sahəsi 3600 kv.m.olan yeni talvar istifadəyə verilib. Bununla yanaşı, rayonun Qarabaqqal kəndinin ərazisində yeni kərpic sexi istifadəyə verilib. Şəhərin sənaye zonasında iş adamlarının vəsaiti hesabına istehsal gücü saatda 45 ton olan müasir asfalt zavodu işə salınıb. Rayonun Cəyirli kəndinin ərazisində illik məhsuldarlığı 0,8-1,0 milyon kub metrə bərabər olan müasirtipli daşdoğrayan qurğu kompleksi, həmçinin, sənaye zonasında 2 yeni çınqıl-qum karxanası, Göyçay mebel sexi istifadəyə verilib.

Su, elektrik və qaz problemləri aradan qaldırılır
2004-2008-ci illər “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhatə etdiyi dövrdə rayonda əsaslı yenidənqurma işləri aparılıb. Bu dövrdə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanılıb. Layihənin həyata keçirilməsi, idarə olunması, mühəndis cizgilərinin hazırlanması, tikinti-quraşdırma işlərinə nəzarət üzrə məsləhət xidmətlərinin göstərilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi məqsədi ilə tender prosesi keçirilib. Artezian quyularının, su ambarının, təmizləyici qurğuların və yeni inzibati binanın tikintisi üçün torpaq sahələri ayrılıb. 2008-ci ildə 3 artezian quyusu qazılıb, daşıyıcı su kəmərinin, istehsalat bazasının və idarə binasının tikintisinə başlanılıb. Göyçay şəhərinin sel sularından mühafizəsi üçün 2000 p/m artıq daş-beton bənd çəkilib. Kənd yaşayış məntəqələrinin suvarma suyu təminatının etibarlılığını artırmaq məqsədilə Göyçay çayının məcrasında nizamlayıcı qurğunun tikintisində işlər başa çatdırılıb, obyektdə 2 milyon manata yaxın tikinti quraşdırma işləri görülüb.
“Kənd investisiyaları” layihəsi çərçivəsində Qarayazı, Kürdəmiş, çayarxı, Cəyirli, Məlikkənd, Hacalıkənd, Potu, Yeniarx, çərəcə, İnçə, Aşağı Qaraməryəm, Qaraməryəm, Qızılağac kəndlərinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Göyçay şəhərinin H.Z.Tağıyev küçəsindəki və İnternat məktəbinin həyətindəki artezian quyuları bərpa edilib, sahil zonasının içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 8 saylı məktəbin həyətində yeni artezian quyusu istifadəyə verilib.
Rayonun elektrik enerjisi ilə təminatı məsələsində də əsaslı dönüş əldə olunub. Göyçay yarımstansiyasında 20 mva-lıq transformator quraşdırılaraq yarımstansiyanın ümumi gücü 45 mva-ya çatdırılıb. 35 kv-luq “Şirvan” yarımstansiyasında yenidənqurma işləri aparılıb, 35 kv-luq “çörək zavodu” yarımstansiyasında 4 mva-lıq transformator 5,6 mva-lıq transformatorla əvəz edilib. Şəhər və kənd yaşayış məntəqələrində mövcud transformatorların daha güclü transformatorlarla əvəz edilməsinə, transformatorlara və elektrik avadanlıqlarına texniki xidmət göstərilməsinə diqqət artırılıb, şəhərdə və rayonun bir sıra kənd yaşayış məntəqələrində sıradan çıxan və ya gücü az olan transformatorlar yeniləri ilə əvəz olunub. Sayğaclaşma işi başa çatdırılıb.
Rayonun enerji təminatının etibarlılığını artırmaq məqsədi ilə 110 kv-luq 2-ci Göyçay hava xətti çəkilib, 110/35/10 kv-luq Göyçay yarımstansiyasında 3 komplekt 110 kv-luq yeni yağ açarı quraşdırılıb. Bundan əlavə, 110 kv-luq Göyçay-Qəbələ hava xətti əsaslı təmirdən sonra istifadəyə verilib. Bütün bunlar rayonun iki mənbədən - Mingəçevir, Şirvan şəhərlərindən fasiləsiz elektrik enerjisi götürməsinə imkan yaradıb.
2008-ci ildə şəhərin qaz kəmərlərinə 2007-ci illə müqayisədə 6,5 milyon kub metr çox qaz verilib, bir neçə küçə istisna olmaqla şəhər əhalisinin normal təbii qazla təchizatı tam təmin olunub.
Şəhər əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədi ilə 1 nömrəli qazpaylayıcı stansiyadan 214 mm-lik daşıyıcı kəmər, 2 nömrəli qazpaylayıcı stansiyadan isə 114 mm-lik borularla yeni qaz kəməri, Sabir və Ə.Kərim küçələrinə 1,6 km.uzunluğunda yeni orta təzyiqli qaz xətti çəkilib. Bütün abonentlər qaz sayğacları ilə təmin olunub. Şəhərə yaxın kənd yaşayış məntəqələrinə təbii qaz verilişini bərpa etmək üçün kənddaxili qaz kəmərlərində təmir işləri aparılır.
Bütün şəhər məktəblərinin qazanxana sistemləri yenidən qurulub. Mirzəhüseynli, Qarabağlar və Ərəbcəbirli kənd məktəbləri üçün yeni qazanxanalar istifadəyə verilib.
2007-2008-ci illərdə Göyçay şəhərində 572, Bığır kəndində 512 nömrəlik, Cəyirli, Qaraməryəm kəndlərində 256 nömrəlik elektron tipli avtomat telefon stansiyaları istifadəyə verilib. Şəhərdə 3 yerdə yeni poçt şöbəsi açılıb. Bununla yanaşı, Qarabaqqal, Qızılağac, Kürdşaban, Alpoud, Potu, İnçə, Məlikkənd, Qaraman, Müskürlü və Qarayazı kəndlərində də yeni poçt şöbələri istifadəyə verilib. Şəhər Avtomat Telefon Stansiyasının tam elektronlaşdırılması üçün əsaslı yenidənqurma işlərinə başlanılıb.
2008-ci ildə əhaliyə 723,6 min manatlıq rabitə və poçt xidmətləri göstərilib ki, bu da 2007-ci illə müqayisədə 4 faiz çoxdur. Rayon ATS-nin tutumu 2007-ci ilə nisbətən 604 vahid artırılaraq 10794-ə yüksəlib.

Təhsil, səhiyyə və idman hər zaman diqqət mərkəzindədir
2004-cü ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Göyçay şəhərində inşa edilən 21 mənzilli yaşayış binası istifadəyə verilib, Qarabağ müharibəsində həlak olan vətəndaşların ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin mənzil şəraiti yaxşılaşdırılıb. 2008-ci ildə rayon İcra Hakimiyyətinin sifarişi ilə inşa edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 24 mənzilli yaşayış binasında tikinti işləri başa çatdırılıb.
2005-ci ildə şəhər 8 saylı əsas məktəbi üçün 192 şagird yeri olan məktəb binası istifadəyə verilib, rayonun çaxırlı kəndində 5, şəhər 2 saylı orta məktəbində isə 10 əlavə sinif otağı inşa edilib. 2007-ci ilin sentyabr ayında Ərəbcəbirli kəndində 132 şagird yerlik məktəb binası və Şəkər kəndində 80 yerlik 4 əlavə sinif otağı istifadəyə verilib.
Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonun Bəydövül kəndində 200 yerlik, Kürdşaban kəndində 240 yerlik məktəb binası istifadəyə verilib. 2008-ci ildə Yekəxana kəndində 360 yerlik, Mirzəhüseynli kəndində 140 yerlik məktəb binası məktəblilərin istifadəsinə təqdim olunub. Şəhər 1, 4 saylı orta məktəblərində və Qarabağlar kənd orta məktəbində əsaslı təmir işləri aparılıb.
Bütün məktəblər kompyuterlə təmin olunub, 19 məktəbdə kompyuter sinifləri təşkil edilib. 3 məktəb İnternet şəbəkəsinə qoşulub.
Rayonun səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində 2005-ci ildə Qaraməryəm, İnçə, Ləkçıplaq, Bığır, çərəkə, Məlikkənd kənd həkim ambulatoriyalarının, Qızılağac kənd xəstəxanasının və şəhər poliklinikasının nəzdində sağlamlıq mərkəzləri yaradılıb. Digər sağlamlıq mərkəzlərində aparılan təmir işləri isə başa çatdırılıb. 2007-ci ildə Şəhadət kəndində feldşer-mama məntəqəsi, Göyçay şəhərində Ailə planlaşdırma mərkəzi inşa olunub. 2008-ci ilin may ayında rayonun çaxırlı kəndində “Naftalan sağlamlıq” MMC-nin 80 çarpayılıq naftalan nefti ilə müalicə sağlamlıq mərkəzi istifadəyə verilib.
Olimpiya İdman kompleksinin tikintisinə başlanılıb. Bundan başqa, şəhərin 7 saylı orta məktəbində süni örtüklü mini futbol meydançası istifadəyə verilib. Şəhər stadionunda təmir işləri aparılıb, yeni oturacaqlar quraşdırılıb. 2006-cı ildə Heydər Əliyev prospektində Ulu öndərin xatirə muzeyi inşa olunub. Bundan başqa, Göyçay şəhərində Tədris İstehsalat Kombinatı, 9 saylı ərazi vergilər İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib. 2005-ci ildə Göyçay şəhərində Uşaq əyləncə mərkəzi, 2006-cı ildə Regional pasport xidməti üçün inzibati bina istifadəyə verilib. 2005-ci ildə Xalq şairi Rəsul Rzanın doğulduğu evdə onun ev muzeyi açılıb.

Göyçay günü-gündən yenilənir
Rayonun yolları da Dövlət Proqramına əsasən əsaslı şəkildə yenilənib və təmir olunub. Heydər Əliyev prospektində 19850 kv.m. asfalt örtüyü vurulub, Yeniarx, Xəlitli və Hacağabəyli kəndlərində 5 km. uzunluğunda kəndarası yol əsaslı təmir olunub. Bununla yanaşı, Qarabaqqal və Kürdşaban kəndlərində kəndarası yollara 3 km. asfalt örtüyü vurulub. Şəhərin M.Hüseynzadə, Nizami, Natəvan, Əli Kərim küçələrində əsaslı yenidənqurma işləri aparılıb, şəhərdə 270 min kv.m-ə yaxın yeni asvalt örtüyü salınıb. “Kənd investisiyaları” layihəsi çərçivəsində Şəkər, Qaraxıdır, Mırtı, Şahsoltanlı, Mirzəhüseynli, Ləkçıplaq, Bığır, Müskürlü, Mallı-şıxlı, ünkütlü kəndlərində daxili yollar bərpa edilib. Potu, Ərəb, Mirzəhüseynli, ünkütlü, Qızılağac və Yalman kəndlərində isə 40,7 min kv.m yola yeni asfalt örtüyü salınıb.
Şəhərə giriş qapısı inşa olunub. Şəhərin ərazisindəki ictimai binaların fasadları yenilənib, 40-a yaxın ictimai binanın dam örtüyü yeniləri ilə əvəz edilib. 2007-ci ildə Heydər Əliyev Muzeyinin qarşısında musiqili fəvvarənin tikintisi başa çatdırılıb, Heydər Əliyev parkında kürəvi fəvvarə istifadəyə verilib. Ulu öndərin abidə kompleksi, Heydər Əliyev adına park əsaslı şəkildə yenidən qurulub. Şəhidlər xiyabanında şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yeni kompleks inşa olunub. Sabir adına mədəniyyət və istirahət parkı genişləndirilib. Böyük şairin adını daşıyan parkda uşaqlar üçün istirahət mərkəzi inşa edilib. Heydər Əliyev prospektində Ulu öndərin adını daşıyacaq mərkəzin tikintisinə başlanılıb.

Göyçaylılar Yeni Azərbaycan Partiyasını dəstəkləyirlər
Göyçay rayonu hər zaman öz siyasi aktivliyi ilə seçilib və ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirib. Regionun böyük rayonlarından biri kimi Göyçay bütün siyasi proseslərdə fəal şəkildə iştirak edir və xalqımızın, dövlətimizin gələcəyinin müəyyənləşməsində aktiv rol oynayır. İndiyə qədər keçirilən bütün seçkilərdə ümummilli liderimiz Heydər Əliyev siyasətinə, Yeni Azərbaycan Partiyasına sədaqət nümayiş etdirən Göyçay seçiciləri həm 2008-ci il prezident seçkilərində, həm də ümumrespublika səsverməsi-referendumda fəal surətdə iştirak ediblər. Rayon seçiciləri yekdilliklə Azərbaycanın gələcək inkişafına, sabitliyə, tərəqqiyə, Ulu öndər Heydər Əliyev siyasi kursuna - bu kursun layiqli davamçısı Prezident İlham Əliyevə səs veriblər. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasıdır. 1993-cü ilin mart ayının 6-da təsis olunan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı ölkədə ilk yaranan yerli təşkilatlardandır. Hazırda Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı 141 ilk ərazi təşkilatına malikdir və özündə 5741 üzvü birləşdirir. Rayon təşkilatı üzvlərinin 53 faizi qadınlardan, 33 faizi isə gənclərdən ibarətdir. Rayon təşkilatının binası yüksək səviyyədə təmir edilib və bu gün Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı öz inkişaf dövrünü yaşayır.
Pərviz SADAYOÄžLU

 
  • Oxunub:  27420  |  
  • Tarix:  26-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA