Ana səhifə »  Sosial »  Şəki - bayramlar və ənənələr şəhəri
A+   Yenilə  A-
Şəki - bayramlar və ənənələr şəhəri
Xalqımızın zəngin mətbəx mədəniyyətini nümayiş etdirmək, habelə bölgənin turizm potensialının genişləndirilməsinə nail olmaq üçün daha bir addım atıldı
ötən həftənin dördüncü günü redaksiya rəhbərliyinin “Hazırlaş, sabah Şəkiyə gedirsən” sözləri məni çox sevindirdi. çünki Şəkinin mənim üçün xüsusi önəmi var. Hələ orta məktəbdə oxuyarkən hər il “son zəng”dən bir həftə sonra sinif yoldaşlarımızla Şəkiyə gedər, orada dincələrdik. Bu qədim Azərbaycan torpağına-gülərüz və xoşxasiyyət insanları ilə tanınan Şəkiyə hər səfərimiz isə yeni bir xatirə ilə yadda qalardı. Lakin Bakıda jurnalist kimi fəaliyyətə başladıqdan sonra Şəkiyə səfərlərimə ara verildi. Və budur, uzun illərdən sonra yenidən o gözəl məkanı görmək imkanı qazanacaqdım. Budəfəki səfərin əsas məqsədi isə iyunun 27-də Şəkidə keçiriləcək “Milli kulinariya günü” bayramında iştirak etmək idi. İyunun 26-da tədbirə dəvət alan ölkənin aparıcı KİV təmsilçiləri bir araya gəldi və bizi gözləyən maraqlı səfər proqramına start verildi.
Şəkiyə xas qarşılanma
Axşam saatlarında KİV təmsilçilərinin olduğu mikroavtobus Şəkinin giriş qapısına yaxınlaşdı və məlum oldu ki, artıq burada bizim üçün xüsusi, sözün əsil mənasında, Şəkiyə xas mehriban, gülərüz, isti qarşılanma mərasimi təşkil edilib. KİV təmsilçiləri ilə sanki uzun illərin dostu, öz doğmaları kimi görüşənlərin bu qarşılanmaya xüsusi diqqətlə hazırlaşdığını təsdiq edən daha bir məqam isə qrupumuzdakı xanım jurnalistlərlə bağlı idi. Belə ki, öncədən qrupda iki xanım jurnalistin olduğunu bilən mehmandarlarımız - İsmayıl müəllim və Qabil müəllim onlar üçün gül dəstələri almağı belə yaddan çıxarmamışdı. Əslində, bu, təkcə jurnalist xanımlara olan diqqət deyil, eyni zamanda, turizm məkanı olan Şəkinin qonaq qarşılamaq mədəniyyətinin bariz nümunəsi idi.
Onu da vurğulamaq yerinə düşər ki, Şəki şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 27-də Şəki şəhərində keçirilən “Milli kulinariya günü” bayramının bütün qonaqları bu cür diqqət və qayğı ilə əhatə olunmuşdular. Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən prosesə cəlb olunan bütün şəxslər qonaqların ən xırda problemlərinin belə dərhal və yerində həll edilməsi üçün əllərindən gələni edirdilər. Tədbirlə bağlı diqqəti cəlb edən daha bir məqam isə proqramın xüsusi dəqiqlik və səliqə ilə hazırlanması idi. Hər halda, bir gün ərzində aralarında qısa zaman kəsiyi olan və şəhərin tamamilə başqa-başqa istiqamətlərində keçirilən 4-5 tədbirin cüzi bir axsaqlıq, ləngimə olmadan reallaşdırılması belə deməyə əsas veirir. Bütün bunlar təşkilatçıların sözügedən tədbirə böyük məsuliyyət hissi ilə yanaşmasından xəbər verirdi.
Yer kürəsində həyatın başlandığı yerlərdən biri
Beləliklə, iyunun 27-də səhər Azərbaycanda fəaliyyət göstərən 25-ə yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, ölkənin aparıcı KİV təmsilçiləri, elm, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin rəsmi açılış mərasimi keçirildi. Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsi önünə tər çiçəklər düzərək, Onun xatirəsini ehtiramla yad etdilər. Parkı gəzən tədbir iştirakçıları meyvə və giləmeyvələrdən hazırlanmış şərbətlərdən dadaraq, xatirə şəkli çəkdirdilər.
Sonra bayramın rəsmi açılışı oldu. Şəki şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov bildirdi ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin mədəniyyətin təbliğinə böyük diqqət göstərilir. Prezident İlham Əliyevin mədəni irsin qorunub saxlanması ilə bağlı imzaladığı fərman və sərəncamlar buna bariz nümunədir. İcra başçısının sözlərinə görə, Şəkidə milli adət-ənənələrimizi, qədim tariximizi, folklorumuzu özündə əks etdirən müxtəlif xarakterli bayramların, beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə şəklini alıb.
2006-cı ildə bu şəhərdə “İpək bayramı”, 2007-ci ildə “Sənətkarlar günü”, 2008-ci ildə isə ölkəmizdə fəaliyyət göstərən 29 xarici ölkə səfirliyi nümayəndələrinin, habelə tanınmış elm və incəsənət xadimlərinin iştirakı ilə “Şəki - qədim sivilizasiyalar diyarı” adlı tədbirlər keçirilib. Bu bayramların təşkilində əsas məqsəd tarixi-mədəni irsimizi qoruyub saxlamaq, təbliğ etmək, habelə bölgənin turizm potensialının genişləndirilməsinə nail olmaqdır.
Şəkinin məşhur aşbaz və qənnadıçılarının əldə etdikləri vərdiş, bilik və bacarıq daim zənginləşərək, bu günümüzə qədər gəlib çatıb.
N.İbrahimov bu cür bayramların xalqlarımızın daha da yaxınlaşmasına, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğuladı.
çıxış üçün söz alan AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov belə bir tədbirin Şəkidə keçirilməsinin təsadüfi olmadığını, Şəkinin Yer kürəsində həyatın başlandığı yerlərdən biri olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, 6 min il bundan əvvəl burada ilk insan məskənləri yaranıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanovun çıxışı da maraqla qarşılandı. Onun sözlərinə görə, sonuncu tədqiqatlar onu göstərir ki, Azərbaycan dünyanın mətbəx mədəniyyətinin beşiyidir: “Qobustan qayalarının üzərində çəkilmiş rəsmlər 37 min il bundan öncə Azərbaycanda çox böyük və gözəl kulinariya məktəbinin olduğunu sübut edir. Müasir ət bölgüsü ilk dəfə Qobustan qayalarında və Naxçıvandakı “Gəmiqaya”dakı rəsmlərdə öz əksini tapıb. Gildən hazırlanmış və 4 min ilə yaxın yaşı olan ən qədim samovar da məhz Şəkidə tapılıb”.
Hər bir ölkənin özünün kulinariya imici olduğunu vurğulayan T.Əmiraslanov onu da qeyd etdi ki, Azərbaycanda 200-dən çox plov növü vardır. Şəki aşbazları 100-dən artıq plov hazırlayırlar.
çıxışlardan sonra parkda meyvə və giləmeyvələrdən hazırlanmış 30-a yaxın şərbət və sərinləşdirici içkilərin təqdimatı oldu.
Daha sonra “Şəki xanlarının sarayı”na yollanan bayram iştirakçılarını burada da təmtəraqlı mərasim gözləyirdi. Belə ki, iştirakçılar sarayın həyətində çay süfrəsi arxasında müxtəlif növ mürəbbə, qənnadı məmulatları və Şəki şirniyyatını dadaraq, musiqi və rəqs kollektivlərinin çıxışlarını izlədilər. F.Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblının rəqsləri, İraqdan gəlmiş kərküklü bəstəkar, folklorşünas və müğənni Seyfəddin çaxmaqçıoğlunun ruh oxşayan mahnıları, yerli musiqiçilərin çıxışları hamıya xoş ovqat bəxş edi.
Maraqlı məqamlar və ya səfirlər də rəqs edir
Bayram proqramının növbəti dayanacağı isə Kiş kəndi idi. Daha doğrusu, proqrama əsasən, Kiş kəndindəki qədim Alban məbədinin həyətində davam etdirilən mərasim zamanı qonaqlara salat və soyuq qəlyanaltılar təqdim olundu. Bir-birindən fərqli və dadlı olan bu qəlyanaltılarla yanaşı, xarici ölkə səfirlərinin marağına səbəb olan daha iki məqam barədə də qeyd etmək yerinə düşər. Bu məqamlardan biri Alban məbədinin girişində norveçli məşhur səyyah Tur Heyerdalın büstünün qoyulması ilə bağlıdır. Daha doğrusu, həmin büst və büstün yanında Heyerdala məxsus sözlərin yazıldığı lövhə xarici diplomatların xüsusi marağına səbəb oldu. Məlumat üçün deyək ki, məlum lövhədə Tur Heyerdalın “Norveç mifologiyasında Skandinav Allahı Odin haqqında yazılır ki, o, Şimali Avropaya Azər adlanan yerdən gəlib. Mən bu yazıları dəfələrlə oxudum və belə qərara gəldim ki, bu heç də mifologiya yox, əsl tarix və coğrafiyadır” sözləri əks olunub.
Səfirləri riqqətə gətirən digər məqam isə mərasimdə səslənən bir-birindən oynaq yerli və xarici musiqilər idi. Məhz bu musiqilərin cazibəsi Kuba və Ukrayna diplomatlarının rəqs etməsi ilə nəticələndi. Xüsusilə, Kubanın ölkəmizdəki səfirinin öz xanımı ilə əsrarəngiz rəqs etməsi iştirakçıların alqışları ilə müşayiət olundu. Onu da qeyd etmək yerinə düşər ki, diplomatların rəqsləri günün ikinci yarısında “Yuxarı Karvansara”da təşkil edilən çay dəstgahı mərasimində də davam etdi. Daha doğrusu, “Cənnət bağı” istirahət mərkəzində ət, toyuq və tərəvəzlərdən hazırlanmış isti xörəklərin dadına baxan qonaqlara “Yuxarı Karvansara”da müxtəlif bitki və quru meyvələrdən hazırlanmış çay dəstgahı, habelə 30-a yaxın kabab və 30-dan artıq plov novü təqdim olundu.
Yeməklərin hazırlanması prosesini maraqla izləyən xarici diplomatlar, beynəlxalq qurumların nümayəndələri belə bir bayramda iştirak etməkdən məmnun qaldıqlarını bildirdilər. Onlar yüksək qonaqpərvərliyə görə Şəki şəhər rəhbərliyinə minnətdarlıq etdilər. Məsələn, İraqın Azərbaycandakı səfiri Ərşad ömər İsmayıl Şəkinin dadlı mətbəxinin olduğunu, amerikalı professor Qley Bledsoy isə hazırlanan yeməklərdən, xüsusilə də, Şəki halvasından xoşunun gəldiyini söylədi. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza isə “Artıq ikinci dəfədir Şəkidəyəm. Burada çox olmaq istəyimin əsas səbəbi təbiətin çox gözəl olması, şəhərin özünəməxsusluğu və mətbəxinin zənginliyidir” dedi.
Beləliklə, Şəki daha bir tədbirə ev sahibliyi etdi. Bağlanış mərasimində millət vəkili Yaqub Mahmudovun da qeyd etdiyi kimi, sözügedən tədbirin keçirilməsi üzrə təşkilat komitəsi öz məqsədinə çatdı. Yəni, tədbirin keçirilməsi ilə Şəkidə tarixən formalaşan mədəni irsin qorunmasına diqqəti daha da artırmaq, xalqımızın zəngin mətbəx mədəniyyətini nümayiş etdirmək, habelə bölgənin turizm potensialının genişləndirilməsinə nail olmaq üçün önəmli bir addım atılmış oldu.
Nadir AZƏRİ

 
  • Oxunub:  20310  |  
  • Tarix:  01-07-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18