Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan və Rusiya nümayəndələri icbari tibbi sığortanın tətbiqi məsələlərini müzakirə ediblər

Azərbaycan və Rusiya nümayəndələri icbari tibbi sığortanın tətbiqi məsələlərini müzakirə ediblər

22.04.2017 [11:31]

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mütəxəssisləri Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəvəti ilə Moskvada səfərdə olublar.
İTSDA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin direktor müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətini Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Dmitriy Kostennikov qəbul edib. Nazir müavini görüşdə Rusiyada icbari tibbi sığortanın (İTS) tətbiqi təcrübəsi haqqında geniş məlumat verib. İcbari tibbi sığorta sistemi çərçivəsində vətəndaşlara göstərilən xidmətlər, onların əlçatanlığı, dəyərinin hesablanması və göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Rusiya Federasiyasında mövcud qanunvericilik bazası haqqında məlumat verərək, Azərbaycan Respublikası İTSDA ilə mümkün əməkdaşlıq istiqamətləri haqqında da söhbət açıb.
N.Bayramova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ildən ölkəmizdə tətbiq edilən icbari tibbi sığortanın pilot layihəsi haqqında məlumat verib.
Səhiyyə Nazirliyinin və Rusiya Federasiyasının icbari tibbi sığorta fondunun nümayəndələri İTS proqramı və tibbi xidmətlər, sığorta ödənişləri və vergilər, tibbi xidmətlərin ödənişi, tibb müəssisələri və onların fəaliyyətinə nəzarət, İTS üzrə məlumatların toplanma və təhlili və sair istiqamətlərdə Azərbaycan nümayəndə heyətini maraqlandıran sualları cavablandırıblar. İTS tətbiqi ilə əlaqədar mümkün çətinliklər və onların aradan qaldırılması sahəsində Rusiya Federasiyasının təcrübəsi haqqında ətraflı məlumat verilib.
Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Paylaş:
Baxılıb: 341 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30