Ana səhifə »  Sosial »  Abadlaşan, inkişaf edən turizm mərkəzi-İSMAYILLI
A+   Yenilə  A-
Abadlaşan, inkişaf edən turizm mərkəzi-İSMAYILLI
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonda yüksək səviyyədə icra olunub
Uca dağlar başında...
Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1934-cü ildə inzibati ərazi vahidi kimi qeydiyyata alınıb. Mərkəzi İsmayıllı şəhəri olan, dağ kurort mərkəzi sayılan rayon Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ (3629 m), Əsəddağ (3471 m), Qaraburğa (3345 m), Şahnəzərdağ (2874 m) zirvələridir.
Gil yatağı, mineral bulaqları, istirahətə yararlı əraziləri var. Rayonda 109 yaşayış məntəqəsi mövcuddur. Onlardan 1-i şəhər (İsmayıllı), 2-si şəhər tipli qəsəbə (Lahıc, Basqal), 106-sı isə kəndlərdir. Basqal qəsəbəsi öz kəlağayıları ilə məşhurdur. Lahıc qəsəbəsi isə qədimliyi ilə seçilir və dünya misgərlik incilərindən sayılır. XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda məhəllə məscidləri, su kəməri və dünyanın ən qədim kanalizasiya sistemlərindən sayılan kürəbənd, Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Azərbaycanın ən aparıcı turizm məkanlarından sayılır.
Rayonun ərazisi 2074 kv.km., əhalisinin sayı 79144 nəfərdir.
Elektrik, qaz və istilik təminatı yüksək səviyyədədir
2004-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda elektrik enerjisi, qaz və istilik təminatı sisteminin inkişafına xüsusi diqqət göstərilib. Elektrik enerjisi təminatının yaxşılaşdırılması üzrə 2008-ci ildə İsmayıllı şəhərində 3 ədəd müxtəlif tipli 10/04 kv-lıq yeni transformator, rayon ərazisində 8 ədəd köhnə transformator təmir olunub və quraşdırılıb. Gəndov kəndinin Dərə məhəlləsinin enerji ilə təmin olunması üçün transformator quraşdırılıb, 2,3 km uzunluğunda 0,4 kv-lıq kabel xətti çəkilib. Lahıc qəsəbəsinə 10 kv-lıq 9,5 km uzunluğunda yeni xətt cəkilib. 35 kv-lıq Basqal hava xəttində 13 dayaq dəyişdirilib, 11 dayaq əsaslı təmir olunub. Bizlan kəndi ərazisində 20, Diyallı kəndində 38,  Buynuz kəndi ərazisində 10, Yeniyol hava xəttində 12, Həzi Aslanov hava xəttində12, Xanlar hava xəttində 5, İsmayıllı şəhərində 27 dayaq dəyişdirilib. 100 k.voltluq Əli Bayramov hava xəttinin 5 km-i əsaslı təmir olunub, 42 dayaq dəyişdirilib.
Şəhərin mərkəzi meydanında, H.Əliyev prospektində, Nizami küçəsində  işıqlandırma dirəkləri dəyişdirilib, İvanovka kəndində işıqlandırma sistemi  yenidən qurulub, yeni salınan 20 min kv. metrədək park sahəsində müasir işıqlandırma sistemi quraşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində rayon ərazisi daimi və keyfiyyətli elektrik enerjisi ilə təmin edilir.
Kürdmaşı və Qubaxəlilli kəndlərində qazpaylayıcı stansiyalar işlək vəziyyətə gətirilib. Qubaxəlilli, Külüllü,  Uştalqışlaq, Mollaisaqlı, Hacıhətəmli, Kürd-Eldarbəyli, Gideyli, Göytəpə, Cülyan, Talıstan, II Yeniyol kəndlərinə qaz verilməsi bərpa olunub. İsmayıllı şəhərinin bir hissəsini və bəzi kəndləri qazla təmin etmək məqsədi ilə 7,5 km uzunluğunda yeni qaz xətti çəkilib. 5 saylı Qazpaylayıcı stansiya tikilib istifadəyə verilib. Nizami, Qələbə küçələrində, Günəşli məhəlləsidə və İsmayıllı kəndinin bir hissəsində əhalinin qazla təchizatında uzun illər mövcud olan problemlər həll edilib. Şəhərin C.Məmmədquluzadə, İ.Həsənov küçələrində və Mican kəndində bələdiyyələrin və əhalinin vəsaiti hesabına 538 p/m müxtəlif diametrli qaz kəmərləri yenisi ilə əvəz olunub. N.Səmədov, Babadağ, M.Ə.Sabir, N.Behdiyev küçələrində qaz xətti dəyişdirilib.
Rayonun su təchizatında inkişaf nəzərə çarpır
Yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sisteminin bərpası istiqamətində mühüm tədbirlər görülüb. İsmayıllı şəhərində əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib. Xanağah -İsmayıllı su xəttinin mənbəyində 500 metr məsafədə olan bulaqların suyu diametri 100 mm olan borularla çəkilib əsas su xəttinə qoşulub. Şəhərin Günəşli məhəlləsində, Mican və Gideyli kəndlərində subartezian quyusu  qazılıb istifadəyə verilib. Lahıc qəsəbəsində 400 kubmetr tutumu olan su anbarı tikilib. Quşencə kəndində bir ədəd subartezian quyusu qazılıb, tutumu 500 kub metr olan su anbarı əsaslı təmir olunub. Basqal qəsəbəsinə, Ağbulaq və Həftəsov kəndlərinə yeni su xətti çəkilib.
Şəhərin N.Nərimanov, Cavanşir, Axundov, S.Vurğun küçələrində su xətlərində təmir işləri aparılıb, Nizami, Natəvan və Qələbə küçələrinin su xətti yenilənib. Göyçay çayının İstisu kəndi yaxınlığından İsmayıllı şəhərinə su çəkmək üçün mənbədə hazırlıq işləri görülüb. Bundan başqa, kanalizasiya sisteminin yenilənməsi istiqamətində müəyyən tədbirlər görülüb. A.Aslanov, Babək və Əzizbəyov adına küçələrdən keçən kanalizasiya xətləri təmir edilib.
Yollar yenilənir, təmir olunur
Dövlət Proqramı çərçivəsində rayonlararası və rayondaxili yolların bərpası və inkişafı 2004-2008-ci illərdə əsas fəaliyyət istiqamətlərindən olub. Muğanlı-İsmayıllı yolunda genişləndirmə və yenidənqurma işləri başa çatdırılıb. Torpaq sürüşməsi nəticəsində yolun daralan hissələri genişləndirilib, bəzi hissələrə isə yeni asfalt-beton örtük vurulub. Qaraməryəm-İsmayıllı-Şəki yolunda suötürücü boruların giriş-çıxış hissələri təmizlənib. Yolun böyük bir hissəsində asfalt-beton örtüklərdə əmələ gələn çökmələr və çalalar təmir olunub. Magistralın çiyinləri çınqılla doldurularaq parametr ölçülərinə çatdırılıb. Yolun 8-ci kilometr hissəsində 0.5 km, 12-15-ci kilometr hissəsində 0,6 km, 16-19-cu kilometr hissəsində 0,4 km,  23-29-cu kilometr hissəsində 0,5 km və 31-35 ci kilometr hissəsində 0,7 km asfalt-beton örtüyü təmir olunub.
2008-ci ilin yanvar-dekabr aylarında şəhərin Heydər Əliyev prospektində 0,3 km əraziyə asfalt-beton örtüyü döşənib. Bundan başqa, M.Orucov küçəsində 1 km, Cavanşir küçəsində 600 kv.metr, Nizami küçəsində 2100 kv. metr ərazi təmir edilib. Heydər Əliyev prospektində, Ə.Ələkbərzadə, Qələbə, Müşfiq və Axundov küçələrində asfalt-beton örtükdə olan problemlər aradan qaldırılıb. Şəhərin digər küçələrində daxili yolların bərpası üçün tədbirlər görülür. Lahıc qəsəbəsinin giriş avtomobil  yolunun 12-14 cü və 14-17 ci km. hissələrində müntəzəm olaraq dağ uçqunları təmizlənir və 4-8 ci km. hissəsində çınqıl örtük təmir edilib. Lahıc qəsəbəsinə qədər olan yolda əsaslı yenidənqurma işləri aparılır. Basqal-Qıçatan avtomobil yolunda 1,7 km., Zərnava avtomobil yolunda 2 km. çınqıl örtük təmir olunub. İvanovka avtomobil yolunun 3 km. hissəsi təmir edilib, həmin yola 19,8 min kv.m asfalt-beton örtük döşənib. İsmayıllı kəndində 1565 kv.metr və Mican kəndındə 1300 kv.metr asvalt-beton örtük salınıb.
Səhiyyə, təhsil və mədəniyyət hər zaman diqqət mərkəzindədir
Rayonda səhiyyə, təhsil və digər sosial obyektlərin bərpası və tikintisi istiqamətində mühüm işlər görülüb. 2004-cü ildə Rayon Mərkəzi Xəstəxanasının nəzdində Ailə Planlaması və Reproduktiv Sağlamlıq Mərkəzində 24,8 min manatlıq əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2006-cı ildə Quşencə kənd həkim ambulatoriyasında əsaslı təmir işləri görülüb. 2007-ci ildə Qalacıq kəndində Yaponiya səfirliyi hesabına yeni həkim ambulatoriyası binası və Hacıhətəmli kəndində yeni ambulatoriya binası tikilib istifadəyə verilib. Mərkəzi Xəstəxanada 2004 -2008-ci illərdə 83 min manatlıq, Uşaq Xəstəxanasında 18 min manatlıq əsaslı təmir işləri aparılıb, tibb müəssisələrinə yeni LOR dəsti, kompyuter, soyuducu, kondisioner və s. tibbi  avadanlıqlar alınıb.
2004-2008-ci illərdə ümumilikdə rayon üzrə 1292 yerlik 5 məktəb binası, 10 məktəbdə 1140 şagird yerlik 58 əlavə sinif otağı tikilib istifadəyə verilib. 23 məktəb Dünya Bankının vəsaiti hesabına, 9 məktəb isə büdcə vəsaiti hesabına əsaslı şəkildə təmir olunub. Şəhər və kənd məktəblərinin texniki təchizatı ilə əlaqədar məktəblər üçün 290 min manat dəyərındə müxtəlif adda inventar və avadanlıqlar alınıb.
İsmayıllı şəhərində 480, Sulut kəndində 132, Cülyan kəndində 220, Xəlilli kəndində 240 və Ağbulaq kəndində 220 şagirdlik məktəb binası tikilib istifadəyə verilib. Rayonda 23 məktəb Dünya Bankının vəsaiti hesabına, 9 məktəb isə büdcə vəsaiti hesabına əsaslı təmir olunub.2004-2008-ci illərdə ümumilikdə rayon üzrə 10 məktəbdə  1140 şagirdlik 58 əlavə sinif otağı tikilib istifadəyə verilib.
Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin və Rayon Mədəniyyət Evinin dam örtüyü dəyişdirilib, Mərkəzi kitabxanada istilik və elektrik sistemləri yenidən qurulub. ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan rayon Mədəniyyət evinin daxilində təmir işləri aparılıb, fasadı müasir üslubda dəyişdirilib. Bundan başqa, klub və kitabxanalarda 45,1 min manatlıq cari təmir işləri aparılıb. Mərkəzi kitabxanaya 5 ədəd kompyuter dəsti quraşdırılıb.
Rayon İncəsənət məktəbinin və Rayon Tarix-Diyarşünaslıq Muzeyinin elektrik sistemi yenidən qurulub, Uşaq kitabxanasının fasadı əsaslı şəkildə təmir olunub. İsmayıllı və Qubaxəlilli kənd mədəniyyət evləri əsaslı təmir olunub. Qurbanəfəndi və Qalacıq kənd kitabxanalarında təmir işləri görülüb. İsmayıllı şəhərində Heydər Əliyev muzeyi istifadəyə verilib. Əhalinin mədəni istirahətinin təşkili üçün 20 min kv. metrdən artıq sahədə yeni parklar salınıb, 5 ədəd uşaq meydançası quraşdırılıb. İsmayıllı şəhərində və İvanovka kəndində Ulu öndər Heydər Əliyevin abidəsi qoyulub.
Telekommunikasiya sistemində yeniliklər
İsmayıllı şəhərində Türkiyənin “KAREL” şirkətinin istehsalı olan 5004 nömrəlik DS-200L tipli , Topçu kəndində 304 nömrəlik, Qubaxəlilli kəndində 320 nömrəlik elektron ATS, Zərnava kəndində “Peyk” avadanlığl ilə işləyən 48 nömrəlik mini ATS istifadəyə verilib. İsmayıllı ilə Qaraməryəm arasında 28 km. fibro-optik kabel qoyulub.
2004-cü ildə Qubaxəlilli və Təzəkənd kəndlərində, 2005-ci ildə Kürdmaşı və Talıstan kəndlərində, 2006-cı ildə Basqal qəsəbə, Qoşakənd və Topçu kəndlərində, 2007-ci ildə Qurbanəfəndi, Cülyan və Xəlilli kəndlərində, 2008-ci ildə Sumağallı kəndində yeni poçt binaları  tikilib istifadəyə verilib.
İsmayıllı şəhərində 16 mənzilli və 36 mənzilli yaşayış evləri tikilib Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, o cümlədən, qaçqınlara istifadəyə verilib.
Rayonun istehsal gücü artırılıb
2004-2008-ci illərdə üzümçülüyün və şərabçılığın inkişafı istiqamətində mühüm tədbirlər görülüb. Dövlət Proqramının icrası dövründə rayon üzrə 700 hektara yaxın sahədə üzüm bağı salınıb. Hazırda yeni üzüm bağlarının salınması istiqamətində də iş  aparılır. üzümçülük sahəsinin inkişafı ilə paralel olaraq rayonda şərabçılıq da inkişaf etdirilir. Belə ki, Kürdmaşı kəndində “İsmayıllı Şərab-1” ASC-də yeni texnoloji avadanlıqlar quraşdırılaraq, şərab və konyak məhsulları istehsalına başlanılıb. üzümçülük və üzümün emalı istiqamətində işlərini quran ASPİ-LAND MMC tərəfindən rayonun Kürdmaşı və Aşıqbayram kəndləri ərazisində 50 ha sahədə üzüm bağı salınıb və 2009-cu ildə 50 ha sahədə üzüm bağı salmaq üçün plantaj şumu qaldırılıb. Rayonun Hacıhətəmli kəndində üzümçülük və şərabçılıqla məşğul olan “Monolit” şirkəti üzüm bağlarının sahəsini 300 hektara çatdırıb, şərab istehsalı ilə əlaqədar xaricdən avadanlıqlar gətirilərək quraşdırılıb. üzüm emalı zavodu əsaslı təmir olunaraq istifadəyə verilib və 2008-ci ildə 1020 ton üzüm qəbul olunub.
Bunlarla yanaşı, Buynuz kəndi yaxınlığında saatda 25 m3 tikinti materialları - qum, çınqıl istehsalı müəssisəsi işə salınıb. İstehsal gücü ildə 6 milyon şərti ədəd olan kərpic zavodu istifadəyə verilib. Girdiman çayının yatağında yeni asfalt zavodu istifadəyə verilib.
Namazgah kəndində süfrə suyu istehsal edən sex genişləndirilərək yenidən fəaliyyətə başlayıb. Bundan başqa, Tircan kəndi yaxınlığındakı “MST” firmasının süfrə suları istehsalı sexi, Qaraqaya kəndi yaxınlığında isə “Fərid” LTD müəssisəsi uyğunlaşma sertifikatları alaraq fəaliyyətə başlayıb.
Heyvandarlıq və arıçılıq inkişaf etdirilir
Heyvandarlıq və quşçuluq məhsullarının istehsalı, o cümlədən, emalı Dövlət Proqramı çərçivəsində hər zaman diqqət mərkəzində olub. Heyvandarlıq məhsullarının emal olunması məqsədi ilə rayonda 3 emal sexi fəaliyyət göstərir. Rayonda yeni emal sexlərinin tikintisi istiqamətində işlər aparılır. Talıstan kəndində süd emalı zavodunun tikintisi üçün torpaq sahəsi ayrılıb və sutkalıq istehsal gücü 2 ton olan süd emalı zavodunun tikintisinə başlanılması nəzərdə tutulub.
Rayonda damazlıq arıçılıq təsərrüfatlarının yaradılmasına da xüsusi diqqət göstərilir. Tircan kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatı damazlıq təsərrüfat kimi Respublika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeydə alınıb. Arıçılıq sahəsinə göstərilən diqqət nəticəsində son 5 ildə rayon üzrə 1500 arı ailəsi artırılıb.
Kənd təsərrüfatı son beş ildə yüksək inkişaf yolu keçib
Meyvə, tərəvəz, konserv və digər ərzaq məhsullarının yetişdirilməsi və istehsalı sahəsində müəyyən tədbirlər görülüb. Qubaxəlilli kəndində 9 hektar sahədə nar bağı, Talıstan kəndində isə 3 hektar sahədə alma bağı salınıb. Bundan başqa, rayon mərkəzində gündəlik istehsal gücü 10 ton olan pivə zavodu tikilib istifadəyə verilib.
Taxılçılığın inkişaf etdirilməsi məqsədilə 2 özəl- “Eviar” MMC və Nikitin adına kolxoz taxıl toxumçuluğu təsərrüfatı kimi Respublika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunub, hər iki təsərrüfata şəhadətnamə verilib. Son iki ildə həmin təsərrüfatlar yüksək reproduksiyalı buğda toxumu satıblar.
Kənd təsərrüfatının inkişafına dövlət qayğısı sayəsində 2008-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 48 milyon 309 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 131,8 faiz çoxdur. ümumilikdə isə son beş ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalı 62,5 faiz artıb.
Rayon üzrə aqrotexservis xidmətinin təşkili olduqca yüksək səviyyədədir. Kəlbənd və Hacıhətəmli kəndlərində aqrotexservislər, Qubaxəlilli kəndində aqrokalon yaradılıb. Yeni yaradılan aqrotexservis mərkəzləri hər növ kənd təsərrüfatı texnikaları ilə təmin olunub. Bundan əlavə, Nikitin adına kolxoza yeni texnikaların alınması ilə əlaqədar “Aqrolizinq” ASC-yə edilən müraciətə uyğun olaraq kolxoza 6 ədəd kənd təsərrüfatı texnikasının icarəyə verilməsi barədə müqavilə imzalanıb. Daha 4 ədəd texnika lizinq qaydası əsasında alınıb.
2008-ci ilin iyun ayında rayon üzrə 6440 nəfər istehsalçıya hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 1 262 382 manat supsidiya ayrılıb.  Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli 181 nömrəli qərarının icrası ilə əlaqədar isə dekabr ayında 6462 buğda istehsalçısına maddi marağının artması məqsədilə 1 108 090 manat dövlət büdcəsinin vəsaiti hesabına yardım verilib. Həmçinin, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə “Aqrolizinq” ASC tərəfindən 430 ton azot, 274 ton fosfor kübrəsi verilib ki, bunun da dəyərinin 50 faizi dövlət büdcəsi hesabına ödənilib. Rayonun fermerlərinə 106 ton yüksək reproduksiyalı buğda toxumu verilib. Vaxtında görülmüş aqrotexniki tədbirlərin nəticəsidir ki, rayonun tarixində ilk dəfə rekord göstərici əldə olunub-72211 ton dənli-paxlalı bitki məhsulu istehsal edilib. İstehsal olunan taxılın məhsuldarlığı isə əvvəlki illə müqayisədə 22 sentner artıb.
İsmayıllı Azərbaycanın ən gözəl turizm mərkəzlərindəndir
Turizmin inkişafı ilə əlaqədar 2004-2008-ci illərdə Sumağallı kəndi yaxınlığında 110 yerlik “Green House”, İsmayıllı şəhərində 8 otaqdan ibarət 36 yerlik “Məhsul” və 10 binadan ibarət 40 yerlik “çıraqban”, Talıstan kəndində 60 yerlik “Şahbulaq”, Qaraqaya kəndi yaxınlığında 100 yerlik 39 otaqdan ibarət “Qaya” və 30 yerlik “Kələmərc”, Xanağah kəndi yaxınlığında 50 yerlik “Qız qalası”, Zərgəran kəndində 3 otaqdan ibarət “Zərgəran”, İsmayıllı-Qəbələ yolunun kənarında 8 yerlik “Orman” və 5 otaqdan ibarət 20 yerlik  “Şəlalə” istirahət mərkəzləri tikilib istifadəyə verilib. Talıstan kəndi ərazisində 502 yerlik Turizm istirahət kompleksi inşa olunub.
Lahıc qəsəbəsində “Lahıc-Tur” turizm-informasiya mərkəzi yaradılıb. Lahıc və Basqal qəsəbə qoruqları ərazisində olan tarixi və mədəniyyət abidələri, Qız qalası, Cavanşir qalası xarici və yerli turistlərin marağına səbəb olan əsas turizm obyektləridir. İsmayıllı şəhər mərkəzində yeni tikilən Heydər Əliyev muzeyi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, XIX əsrə aid olan məscid və digər tarix və mədəniyyət abidələri orijinallığı ilə göz oxşayır.
Lahıcda qədim misgərlik məmulatlarının və regionda tarixən  mövcud olmuş digər xalq sənətkarlıq, xalçaçılıq, toxuculuq məhsullarının  istehsalının tam bərpası və inkişafına dair tədbirlər həyata keçirilib. Xalçaçılığın inkişafı istiqamətində mövcud xalça müəssisəsinin fəaliyyəti genişləndirilib. Xalq sənətkarlığının inkişaf etdirilməsi məqsədilə Lahıc qəsəbəsində 3 qrupdan ibarət sənət kursu açılıb.
İdman kompleksində tikinti işləri davam etdirilir.
İsmayıllı sakinlərinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır
Yeni Azərbaycan Partiyası İsmayıllı rayonunun ən aparıcı siyasi qüvvəsidir. 1993-cü ilin mart ayında təsis olunan Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı o zaman 120 üzvü özündə birləşdirirdisə, bu gün təşkilatın sıralarında 6301 üzv var. Yaranarkən 28 ilk təşkilatı olan YAP İsmayıllı rayon təşkilatının üzvləri bu gün 86 ilk partiya təşkilatında fəaliyyət göstərirlər. üzvlərin 2085-i qadınlar, 2166-sı isə gənclərdir.
Rayonda ictimai-siyasi mühitin yaxşılaşdırılması ilə əlaqədar işlər ardıcıl, sistemli şəkildə həyata keçirilir. ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bu rayonun sakinləri həm 2008-ci il prezident seçkilərində, həm də ümumxalq referendumunda fəal iştirak ediblər. 2008-ci ilin Prezident seçkilərində İsmayıllı seçicilərinin fəallığı bir daha nümayiş olunub və onların 89,39 faizi Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səs verib. Azərbaycan xalqının sosial sifarişi olan, demokratik dövlət quruculuğunun xarakterindən doğan Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçirilən referendumda da  ismayıllılılar mütərəqqi yeniliklərlə səs veriblər.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” həqiqətən də İsmayıllı rayonunun həyatında yeniliklərlə yadda qalıb. Rayon sakinləri əmindirlər ki, gələcək illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında İsmayıllı daha da gözəlləşəcək və inkişaf edəcək.
Pərviz SADAYOÄžLU
 
  • Oxunub:  25560  |  
  • Tarix:  11-07-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18